USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu böyükdür

Sosial

14-10-2022, 11:26

Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu böyükdür“Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.
Heydər ƏLİYEV


İnsan bəşər cəmiyyəti yaranandan kamilliyə, mükəmməlliyə və dünya sirlərini öyrənməyə cəhd göstərib, bu yolda müəyyən cığırlar açıb, seçimlər edib, özündən sonra gələn nəsillərə rəvan bir yol qoyub getməyə səy edib. Dünya sirlərini öyrənə-öyrənə hər bir xalqın özünün, onu digər xalqlardan fərqləndirən, mənəvi sərvəti – milli dəyərləri formalaşıb. Qədim tarixi köklərə malik, lakin sadə, müdrik həyat tərzi nəticəsində xalqımız qətrə-qətrə əldə etdiyi milli dəyərləri əsrlərin süzgəcində cilalayaraq, bənzərsiz özünəməxsus zənginliyə malik mənəvi irs olan milli dəyərlər yaradıb, bu irsi zaman-zaman böyüyən nəslin yaddaşına hopdurub, nəticədə bu milli-mənəvi dəyərlər xalqımızın mentalitetinə çevrilərək, müasir dövrə qədər gəlib çıxıb.
Hazırda Azərbaycanda yaranmış hüquqi, demokratik dövlət möhkəmlənib və inkişaf edir. Belə bir dövrdə gənc nəsli biliklər sistemi ilə silahlandırmaq, onlarda elmi dünyagörüşü formalaşdırmaq nə qədər vacibdirsə, cəmiy¬yətimizin özülünü möhkəmləndirmək məqsədilə əxlaqca saf, mənəviyyatca kamil, öz kökünə, milli adət- ənənələrinə sadiq, yetkin şəxsiyyətlər tərbiyə etmək bir o qədər mühüm məsələdir. Milli-mənəvi dəyərlər xalqın varlığı, onun mövcudluğu kimi dəyərləndirən Ümummilli Liderimiz deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Milli-mənəvi dəyərlərimizi toplamaq, qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin ən müqəddəs borcumuzdur. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın fəaliyyətində formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan millətin mövcudluğu, yaşaması və gələcəyi onun tarixən formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, zənginləşdirməsindən asılıdır”.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birlıiyinin sədri Füzuli Kərimov deyib ki, Azərbaycan qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malikdir və gənclərin layiqli vətəndaş, hərtərəfli şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi normaların ictimai şüura təsirində Azərbaycan xalqının zəngin adət-ənənələri, mental dəyərləri xüsusi rola malikdir. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, eləcə də hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində daha ardıcıl və davamlı işlər aparılır: “Milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasına təsir göstərməklə bərabər dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm rol oynayır. Öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq. Milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan, son hadisələr Azərbaycan gəncliyinin həm də milli mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. Milli-mənəvi dəyərlərimizin təbliği həm də radikalizmlə mübarizə çərçivəsində önəmli amillərdən biridir. Son hadisələr bir daha göstərdi ki, bizim savaşacağımız yer də, şəhid olacağımız məkan da Qarabağ oldu, cənnətə gedən yolumuz da Qarabağdan keçdi”.

Onu da qeyd edək ki, bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri olduğu üçün, belə bir vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Bu dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər - vətən, doğma ocaq sevgisi, namus-qeyrət təəssübkeşliyi, vətənpərvərlik, böyük-kiçik, ədəb-ərkan, bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimizdir. Öz qədim tarixi irsinə, milli-mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olunmalıdır. Gənclərimizi düzgün istiqamətləndirmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların üzərinə düşür. Milli-mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin təsir dairəsi və tərbiyəvi rolu da böyük önəm daşıyır.

Politoloq Mirsamir Məmmədov deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycana yenidən siyasi hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Ulu Öndərin Azərbaycan rəhbərlik etdiyi dövrdə xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, Azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi. Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı.

Politoloq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışaraq, gənclərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini diqqətə çatdırıb: “Azərbaycan gəncliyi qəhrəmanlıq göstərdi, meydanda ərlik nümayiş etdirdi. Bu onun millətinə, xalqına, torpağına, Ali Baş Komandanına olan inam və sədaqətin göstəricisidir. Bu gəncliyimizin milli dəyərlərə bağlılığıdır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılması vacibdir”.

Mənəvi şüurun formalaşmasında milli dəyərlər böyük rola malikdir, bu dəyərlər mənəviyyatın kamilləşməsinin əsasıdır. Təsadüfi deyildir ki, milli dəyərlər ali hisslər kimi, insanın fəaliyyətini stimullaşdıran amillər kimi qiymətləndirilir. Milli-mənəvi dəyərlər vətənpərvərlik müs¬təvisində çulğalaşaraq, insanın yaşam amalına çevriləndə əsl vətəndaş formalaşır. Bu çətin prosesdir, hər bir insan vətəndaşa çevrilə bilmir. Xalq şairi Səməd Vurğun “əsl mənada vətəndaş olmaq həqiqi vətənpərvər olmaq – məslək və əqidə sahibi olmaq deməkdir,” – deyirdi. Səməd Vurğunun bu fikri Məmməd Arazın aşağıdakı misraları ilə necə də tamamlanır:
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.

Tarixi köklərə malik vətənpərvərlik insanın elinə, xalqına, dilinə, tarixinə, adət-ənənələrinə, ata və anaya məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlmişdir. Hər bir kəsin tarixi qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür.
Vətən övladı həyatının hər anında bu hissi ifadə etməlidir. Bu hissi Vətəninin üzərini qara buludlar alanda elini, xalqını sevən övladların ayağa qalxmasında görmüşük. Uşaq dünyaya gələndə gərək ona verilən ilk dərs bu ola: Sənin borcun doğma torpağı – vətəni qorumaq, onu ana kimi sevməkdir. Adama elə gəlir ki, bu sözlər ana laylası qədər doğmadır.

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
Digər xəbərlər

Sosial

10-10-2022, 11:22

Xalqın çox mütərəqqi, əsrlərin sınağından çıxan adət-ənənələrı qorunmalıdır

Sosial

30-09-2022, 12:50

"Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir"

Sosial

20-09-2022, 11:08

Milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq

Sosial

16-09-2022, 15:27

Milli-mənəvi dəyərlər xalqın sərvətdir

Sosial

1-09-2022, 10:46

“Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» adlı layihəyə start verilib

Sosial

1-08-2022, 15:21

"Ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir"

Sosial

6-04-2022, 14:30

Hər bir gənc vətənpərvər olmalıdır

Sosial

18-03-2022, 17:16

Dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edib

Sosial

2-02-2022, 17:32

"Bizim gənclərimiz milli ruhun daşıyıcıları olan, sağlam əqidəli, Vətənə, dövlətə bağlı fərdlərdir"

Sosial

2-02-2022, 08:35

Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir

Sosial

20-07-2021, 19:00

"Qurban bayramı respublikamızda tolerantlığın təntənəsinə çevrilib"

Sosial

4-05-2021, 08:20

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb

Son xəbərlər
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə