USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Harada olmağımızdan asılı olmayaraq ürəyimizdə Azərbaycan var”

Müsahibə

2-11-2023, 10:41

"Harada olmağımızdan asılı olmayaraq ürəyimizdə Azərbaycan var””Elgiz Hacıyev: “Qalib Azərbaycanla fəxr edirik, ölkə Prezidenti İlham Əliyevin apardığı uzaqgörən və müdrik siyasəti həmişə dəstəkləmişik”

Rusiyada rəsmi məlumatlara görə, 1.5-2 milyon, qeyri-rəsmi rəqəmlərə görə isə 3 milyona yaxın azərbaycanlı yaşayır. Digər xarici ölkələrdə olduğu kimi Rusiyada da soydaşlarımız diaspora quruculuğu sahəsində nələrsə etməyə cəhdlər göstərirlər. Çox az bir qisim uğurlara imza ata bilir ki, bu da müvəqqəti xarakter daşıyır. Bu sahədə daha çox boşluqlar hiss olunmaqdadır.

Xüsusilə də ictimai-siyasi və hətta mediaya ermənilərin nüfuz etdiyi Rusiya kimi böyük bir ölkədə. Rusiyada yetərincə tanınan, nüfuz sahibi, hətta geniş imkanlara malik soydaşlarımızın olmasına baxmayaraq ölkənin ictimai-siyasi həyatında istənilən səviyyədə aktivlik nümayiş etdirmirlər. Azərbaycan diasporası nümayəndələrinin əksəriyyəti parlament seçkiləri sistemində iştirakdan kənarda durmağa çalışır, lakin eyni zamanda, Rusiya hakimiyyətinin onların vətəndaş maraqlarını təmin edəcəyinə ümid bəsləməkdə davam edir. Rusiya vətəndaşı olan azərbaycanlıların siyasi fəallığı bir qayda olaraq, şərti xarakter daşıyır. Siyasi fəallığı ilə seçilən azərbaycanlılara isə dəstək göstərilmir.

Bir neçə il öncə Udmurtiya Respublikasının bələdiyyə qanunvericiliyi şurasının deputatı Elgiz Hacıyev internet şəbəkəsinin rusdilli seqmentində çıxış edərkən qeyd edib ki, diaspora təşkilatları öz namizədlərini irəli sürməsələr, onların yerlərini hökmən opponentləri tutacaq və Rusiyada əvvəllər olduğu kimi, indən belə də Azərbaycanın maraqlarına etinasızlıqla yanaşılması üçün bacardıqları hər şeyi edəcəklər.

Diqqətəlayiq faktdır ki, Elgiz Hacıyev Udmurtiyanın parlamentçilik tarixində 2016-cı ildə seçilmiş ilk azərbaycanlı deputatdır.

1967-ci il avqustun 7-də Bakıda anadan olub. Bakının Binəqədi rayonundakı 248 saylı məktəbi bitirib, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub. 1994-2000-ci illərdə Bakı şəhər 8 saylı stomatoloji klinikada, daha sonra “AzMediEstetik” özəl tibb klinikasında çalışıb. 2005-ci ildə ailə səbəbi ilə əlaqədar İjevsk şəhərinə daimi yaşayış yerinə köçüb. Tanınan, böyük bir tibb mərkəzinə rəhbərlik edir, baş həkimdir, eyni zamanda aktiv stomatoloji praktika ilə məşğuldur. Rusiya Federasiyası Kommunist Partiyasının üzvüdür. İjevsk şəhərinin Pervomay rayonunun Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) şöbəsinin başçısıdır. Dediyinə görə, kommunist ideologiyası və sovet dəyərləri ilə böyüyüb. Onun üçün solçu ideologiya və beynəlmiləlçilik boş sözlər deyil. Kommunist Partiyası Rusiyada onun üçün məqbul olan yeganə siyasi qüvvədir.

2016-cı ildə Rusiya Federasiyası Kommunist Partiyasının Udmurtiya Respublika bölməsinin Sarapul rayon şöbəsi onun namizədliyini Deputatlar Şurasına proporsional seçki prinsipi üzrə siyahıda birinci olaraq irəli sürməklə ona böyük etimad göstərdi. Bu, Rusiya Federasiyasında ilk dəfə idi ki, etnik azərbaycanlı hansısa bir siyasi partiyanın seçki siyahısına başçılıq edir. Beləliklə, o, artıq Sarapul rayonun Deputatlar Şurasına deputat seçilib. 2021-ci ildən, ikinci dəfə deputat seçildikdən sonra deputat həmkarlarının yekdil qərarına əsasən, Deputatlar şurasının sosial məsələlər üzrə daimi komissiyasının rəhbəridir.


Elgiz Hacıyev toxunduğumuz mövzu ilə bağlı bir neçə sualımızı cavablandırıb.

- Udmurtiya ilə Azərbaycan arasındakı əlaqələr sizi qane edirmi, hansı sahələrdə boşluqlar var, təklifləriniz.

- Şəxsən mənim üçün rasional insan və siyasətçi kimi heç bir konkret sahədə məhdudiyyət yoxdur. Əlaqələr və münasibətlər daim inkişaf etməli və dərinləşməlidir. Azərbaycan və Udmurtiyanı sıx iqtisadi əlaqələr birləşdirə bilər və bu proses üçün çoxlu təmas nöqtələri tapmaq olar. Hər iki respublikanın bir-birinə təklif edəcəyi çox şey var. Əvvəla, hər iki respublikada neft sənayesi var ki, bu da əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır. Udmurt Dövlət Universitetinin nəzdində Neft və Qaz İnstitutu fəaliyyət göstərir. Bakıda isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti fəaliyyət göstərir. Tələbə və müəllim mübadiləsi apara bilərik. Əminəm ki, bu sahədə tərəflər bir-birini təəccübləndirməyə bacararlar.

Ənənəvi olaraq, Azərbaycanın kənd təsərrüfatı məhsullarına Rusiyada böyük tələbat var. Rusiya istehlakçılarını meyvə, tərəvəz, Azərbaycanın şərab məhsulları və şirniyyatlar sevindirir. Onu populyarlaşdırmaq üçün Bakıda Udmurtiya günləri və İjevskdə Azərbaycan günləri təşkil etmək olar. Əsas odur ki, bu addımlar ikitərəfli əlaqələrin daha da inkişafına təkan verir.

- Azərbaycan Udmurtiyada necə təbliğ olunur, bu sahədə fəaliyyətiniz, görülən və planlaşdırılan işlər barədənə deyə bilərsiz?

- Xaricdə yaşayan hər bir azərbaycanlı artıq öz tarixi vətənini təmsil edir. Təbii ki, başqaları onun vətənini, millətini hərəkətlərinə görə qiymətləndirirlər. Bunu hər bir azərbaycanlı yadda saxlamalıdır. Udmurtiyada 20 mindən artıq azərbaycanlı yaşayır. Bu respublikada bir çox millətlərin və dinlərin nümayəndələri yaşayır. Udmurtiya hökumətində hətta millətlər üzrə nazirlik də var. Bu idarənin olması artıq Udmurtiyada millətlərarası münasibətlərə nə qədər yüksək diqqət yetirildiyinin göstəricisidir. Azərbaycan icması öz milli bayramlarını keçirir, başqa xalqların tədbirlərində iştirak edir. Bu yolla başqa xalqların mədəniyyətini tanıyırıq və öz mədəniyyətimizi təbliğ edirik. Biz Azərbaycanın nailiyyətləri və Azərbaycan-Rusiya əlaqələrinin dərinləşməsi ilə çox fəxr edirik. Azərbaycanın qələbəsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tamamilə bərpası bütün Rusiya azərbaycanlılarına nəinki parlaq sevinc, həm də azərbaycanlı olduqları ilə fəxr etmək üçün daha bir əsas verdi!

- Soydaşlarımızın Respublikanın ictimai-siyasi həyatındakı fəaliyyətləri sizi qane edirmi?

- Udmurtiyada yaşayan azərbaycanlılar ictimai-siyasi həyatda çox fəaldırlar. Azərbaycan icmasından yerli nümayəndə orqanlarına 4 deputat seçilib. Azərbaycanlılar Udmurtiyanın inkişafına mühüm töhfələr veriblər. Mən sizə iki ad çəkəcəyəm - Mustafa Cəfər oğlu Rəhimzadə və Tofiq Haqverdi oğlu Kərimov. Mustafa Cəfər oğlu Rəhimzadə «Udmurtneft» neft və qaz çıxarma müəssisəsinin ilk rəhbəri olub.Respublikada Mustafa Rəhimzadəni “Udmurtiyanın neft generalı” adlandırırdılar. Onun həssas rəhbərliyi altında Udmurtiyanın neft yatağları işlənilirdi. T.Kərimov 36 il polis orqanlarında işləyib, onun 34 ilini İjevsk şəhərinin Ustinov Rayon Daxili İşlər Şöbəsində rayon polis işçisi kimi keçirib. Təqaüdə çıxana qədər sahə müvəkkili çalışıb. Fövqəladə bir yaddaşa sahib olan o, mikrorayonunun bir neçə nəsil sakinlərini tanıyırdı, həmkarları və adının ərazisində haqlı olaraq əfsanəyə çevrildiyi Ustinov rayonunun bütün sakinləri tərəfindən hörmət edildi. O, Udmurtiyanın əməkdar jurnalisti, Rusiya Yazıçılar Birliyinin üzvü olub. Bu iki azərbaycanlının fəaliyyəti Udmurtiyanın tarixində nəzərəçarpacaq iz qoyub. İndi bu şərəfli və məsuliyyətli missiya bizə həvalə olunub.

- Udmurtiyada yaşayan 20 mindən çox soydaşımız üçün Azərbaycan nə deməkdir?

- Rusiya vətəndaşı olmağımıza baxmayaraq ana vətənimiz Azərbaycandır. Harada olmağımızdan, hansı vəzifə tutmağımızdan asılı olmayaraq ürəyimizdə Azərbaycan var. Tarixi vətənimizin güclənməsi, çiçəklənməsi, inkişafı hər birimizi sevindirir. Azərbaycanlı olmağımızdan qürur duyuruq. Bu yaxınlarda vətənimizdə oldum. İldən-ilə gözəlləşən Bakı, inkişaf, əhalimizin üzündəki qələbə sevinci, firavanlıq məni sevindirdi. Biz vətəndən uzaq olsaq da ona hər an xidmət etməyə hazırıq. Qalib Azərbaycanla fəxr edirik, ölkənin Ali Baş Komandanı İlham Əliyevin apardığı uzaqgörən və müdrik siyasəti həmişə dəstəkləmişik.

- Söz yox ki, soydaşlarımız Azərbaycandan kənarda bizim qədim tarixi adət-ənənələrimizi yaşadırlar, təbliğ edirlər.

- Təbii. Bütün milli, dini bayramlarımız burada yüksək səviyyədə keçirilir. Udmurtiyada yaşayan digər millətlərin nümayəndələrini də tədbirlərimizə dəvət edirik. Bizim əsas məqsədlərimizdən biri vətənimizi, onun zəngin mədəni irsini, mədəniyyətini təbliğ etməkdir. Biz ölkəmizi bütün dünyada tanıtmalıyıq. Fəaliyyətimizlə, intellektimiz, savadımız, təcrübəmiz, mədəniyyətimizlə. Buna layiqik. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuz 44 gün ərzində 30 il ermənilərin işğalı altında qalan torpaqlarımızı azad etdi. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndində dalğalanır. Ali Baş Komandan İlham Əliyev yeni tarix yazdı. Bu tarixi yaşatmalıyıq.

"Xalq Cəbhəsi"

Oxunub: 347
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

18-02-2023, 20:53

Münhendə etiraz aksiyası keçirən azərbaycanlı siyasi mühacirlərə hücum olunub

Gündəm / Siyasət / Sosial / Müsahibə

11-01-2023, 18:07

Medianın İnkişafı Agentliyi mediya subyektlərini və jurnalistləri siyasi mənsubiyyətinə görə qeydə alır

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

12-11-2022, 21:40

Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist, hüquq müdafiəçisi, siyasətçi və ictimai-siyasi fəalların birgə bəyanatı

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

9-03-2022, 22:11

Siyasi və ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanıldı.

Müsahibə

16-12-2021, 11:49

"Azərbaycanda multikulturalizm ən yüksək səviyyədə inkişaf edib "

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

19-10-2021, 00:47

Ictimai-siyasi fəal Bəxtiyar Hacıyev özünü PA qarşısında yandırmağa cəhd etdi

Müsahibə

8-09-2021, 16:35

"Bütün hücumları dəf etməyə gücümüz var"

Müsahibə

29-10-2020, 17:41

"Qafqazda sadəcə Rusiyanın deyil, bir çox başqa dövlətlərin də maraqları vardır"

Müsahibə

16-10-2020, 17:26

"10-dan çox beynəlxalq təşkilata ermənilərin təxribatlarıyla bağlı məlumatlar göndərmişik"

Müsahibə

24-07-2020, 17:13

“Avropa və ABŞ-da polisləri ələ almalıyıq” - Sabiq səfirdən AÇIQLAMA

Müsahibə

17-07-2020, 16:34

Azərbaycanın xarici siyasət kursunda nə dəyişəcək? - ŞƏRH

Müsahibə

16-04-2020, 14:01

Azerbaycanlı deputat : Koronavirus pandemiyası səmərəli dövlət idarəçiliyi qarşısında əlacsızdır

Son xəbərlər
  • 2-12-2023, 22:48
    Daha bir jurnalist Rüfət Muradlı 30 sutka həbs olundu
  • 1-12-2023, 12:22
    Sumqayıtda avtomobii 43 yaşlı kişini vuraraq öldürüb
  • 1-12-2023, 12:19
    Gəncədə vətəndaşlar saxladıqları qanunsuz silahları polisə könüllü təhvil verib
  • 1-12-2023, 12:18
    Rusiyada "Boeing" təyyarəsi təcili qəza enişi edib
  • 1-12-2023, 12:17
    Qüdsdə törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var
  • 1-12-2023, 12:15
    Kim Çen In Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını gücləndirməy əmr etdi
  • 1-12-2023, 12:14
    Qurban Qurbanov: “Daha yaxşısı nəticə gözləyirdim”
  • 1-12-2023, 12:12
    Ararat Mirzoyan: “Sülh müqaviləsini yekunlaşdırmaq üçün Ermənistan Azərbaycanla görüşə hazırdır”
  • 1-12-2023, 12:10
    Nazir: “Azərbaycan sülh danışıqların ən qısa zamanda bərpasına sadiqdir”
  • 1-12-2023, 12:09
    Şabranda silah-sursat tapılıb
  • 1-12-2023, 12:08
    Kürdəmirdə 56 yaşlı kişi intihar edib
  • 1-12-2023, 12:07
    Bu gen Bakının 3 rayonunda suyun verilişində məhdudiyyətlər olacaq
  • 1-12-2023, 12:06
    Gömrük Komitəsində vakant vəzifələrə təyinat ilə bağlı növbəti müsabiqə keçirəcək
  • 1-12-2023, 11:58
    Mixail Mişustin azərbaycanlı həmkarına zəng edib
  • 1-12-2023, 11:57
    Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı qəbul etdiyi hesabatları pisləyib
  • 1-12-2023, 11:54
    Türkiyə HHQ-yə məxsus 4 “F-16” təyyarəsi patrul xidməti üçün Rumıniyadadır
  • 1-12-2023, 11:51
    BƏƏ əmiri Azərbaycana səfər edəcək
  • 1-12-2023, 11:31
    Cəlilabadda silah sursat aşkarlanıb
  • 30-11-2023, 23:41
    Jurnalist Nərgiz Absalamova həbs olundu
  • 30-11-2023, 18:38
    Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi təxirə salınıb
  • 30-11-2023, 18:35
    Əfran İsmayılov: "Yuxarı pillələrdə yer almaq üçün əlimizdən gələni edəcəyik"
  • 30-11-2023, 18:33
    Azərbaycanla Ruanda arasında diplomatik pasport sahibləri viza tələbindən azad olunub
  • 30-11-2023, 18:32
    Dövlətə xəyanətdə ittiham olunan şəxsə 17 il 6 ay həbs cəzası verilib
  • 30-11-2023, 18:30
    Əfran İsmayılov: "İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər"
  • 30-11-2023, 18:28
    İran general: "Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yaxşılaşdırmağa hazırıq"
  • 30-11-2023, 18:20
    Baş Prokurorluq Tərtərdə minaya düşən kənd sakininin ölümü ilə bağlı iddialara aydınlıq gətirib
  • 30-11-2023, 18:17
    Erməni nazir: "Normallaşma prosesi ilə bağlı Azərbaycana təkliflər paketi təqdim etmişik"
  • 30-11-2023, 12:08
    Sərhəddə Azərbaycan və Ermənistan rəsmilərinin görüşü keçirilir
  • 29-11-2023, 21:44
    Bakı-Sumqayıt yolunda avtobus zolağı hazırlanır
  • 29-11-2023, 21:42
    Bu gün metroda kişi vəfat edib
  • 29-11-2023, 21:40
    Bakı Apellyasiya Məhkəməsi 180 min manatlıq dələduzluq edən şəxsi 5 il 11 ay 27 gün azadlıqdan məhrum etdi
  • 29-11-2023, 21:37
    Şəmkirdə kişi özünü asıb
  • 29-11-2023, 21:35
    AAYDA: “Bərdə-Ağdam avtomobil yolunun tikintisi yaxın müddətdə təhvil verəcək
  • 29-11-2023, 21:32
    Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident olub
  • 29-11-2023, 21:29
    HƏMAS bütün qadın və uşaqları azad edərsə İsrail Qəzzada atəşkəsi üç gün uzadacaq
Daha çox
Çox oxunanlar
27-11-2023, 12:16
Qızılca xəstəliyinə görə Kürdəmirdə məktəblər bağlanıb
27-11-2023, 12:12
Polis Goranboyda vətəndaşlardan odlu silah aşkarlayaraq götürüb
27-11-2023, 11:55
İranda güclü zəlzələ olub
27-11-2023, 12:08
Gəncədə sexdə yanğın olub, üç avtomobil yanıb
27-11-2023, 12:21
Tələbə dəm qazından boğularaq ölüb
27-11-2023, 12:20
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşəcək
Müsahibə
27-11-2023, 20:14
Kanal 13 internet televiziyasının icraçı direktoru Əziz Orucovun yaşadığı evdə axtarışa başlayıb.
2-11-2023, 10:41
"Harada olmağımızdan asılı olmayaraq ürəyimizdə Azərbaycan var”
12-10-2023, 13:10
"HƏMAS fələstin xalqını yeni bir faciəyəyə aparır"
7-10-2023, 20:18
Professor Qubad İbadoğlunun ittiham məsələsi dərinləşir
23-09-2023, 13:34
Bir igidin ömrü
21-09-2023, 22:37
Sabah saat 11.00-da Nərimanov məhkəməsində Qubad İbadoğlunun məhkəmə prosesi keçiriləcək
Araşdırma
2-12-2023, 22:48
Daha bir jurnalist Rüfət Muradlı 30 sutka həbs olundu
30-11-2023, 23:41
Jurnalist Nərgiz Absalamova həbs olundu
28-11-2023, 18:12
Jurnalist Əziz Orucov həbs olundu
27-11-2023, 21:37
Rza Səfərsoy həbs olundu
27-11-2023, 21:31
Apellyasiya Məhkəməsi Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərini yenə həbsdə qaldı
27-11-2023, 20:25
"Abzas Media"nın rəsisçisi Ülvü Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbsdə qaldı
Sosial
Daha bir jurnalist Rüfət Muradlı 30 sutka həbs olundu
Sumqayıtda avtomobii 43 yaşlı kişini vuraraq öldürüb
Gəncədə vətəndaşlar saxladıqları qanunsuz silahları polisə könüllü təhvil verib
Rusiyada "Boeing" təyyarəsi təcili qəza enişi edib
Qüdsdə törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar var
Şabranda silah-sursat tapılıb

Sizin reklam burada

E-mail:[email protected]

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: [email protected] | [email protected]
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə