![]()
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.
Məlumata görə, buğdanın ümumi çəkisi 350 tondur. Qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edilib ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq daşınıb. Sonuncu dəfə martın 19-da bu marşrutla Ermənistana 488 ton Rusiya taxılı göndərilmişdi.
Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl, gübrə və digər məhsulların daşınması mütəmadi şəkildə davam etdirilir.