USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Saatlı rayonunda qətl hadisəsi baş verib.
Rayon prokurorluğundan verilən məlumata görə, martın 22-də Saatlı rayonunun Fətəlikənd kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R. Söhbətov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda fakt üzrə ibtidai istintaq davam edir.