USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ağdaş rayonunda qadının oğlu tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, martın 23-də Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb və bu barədə prokurorluğa məlumat daxil olub.
İlkin araşdırmalar zamanı qadının 1989-cu il təvəllüdlü oğlu Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.