USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Cəmil Həsənli siyasi riyakarlıq davranışlarının ustasıdır"

Siyasət

7-07-2023, 17:31

"Cəmil Həsənli siyasi riyakarlıq davranışlarının ustasıdır"Mən “professor” Cəmil Həsənlinin bir neçə gün öncə 2023-cü ilin ilk 6 ayı ərzində fəaliyyətini dayandıran partiyalarla bağlı Facebook səhifəsində bölüşdüyü fikirlərini, şər-şəbədələrini oxudum və bu adamın həm alimliyinə, həm də müxalifət liderliyinə sadəcə və sadəcə heyrət etdim. Elə “professor” rütbəsini də məhz buna görə dırnaq arasında yazdım. Bu qədər bəsit mühakimə qabiliyyəti (oxu: qabiliyyətsizliyi) olan, dərin təhlilə deyil, trafaret və şablon düşüncələrə söykənən, marginallaşmış siyasi fərdlər kimi hamını ucdantutma qaralayan belə bir adama gerçəkdən professor deməyə adamın dili gəlmir. Mirzə Cəlil və yaxud, Mirzə Ələkbər Sabir sağ olsaydı, yəqin ki, belələrinə professor yox, alimi-biəməl deyərdi.

C.Həsənlinin bərbad alimliyi bir yana qalsın, üstəlik də qərəzliliyinin sərhədi yoxdur. Bu adam son aylarda bir sıra partiyaların niyə bağlanmasının səbəbini siyasi tarixdən xəbəri olan, özü də illərdir siyasi proseslərin içində olan bir şəxs kimi real, obyektiv amillərə əsaslanaraq izah etməli olduğu halda, əksinə, özünün ənənəvi radikal-inkarçı müxalifətçiliyinə və “Milli Şura”çı subyektivizminə vararaq, hakimiyyətin son illərdə aktiv surətdə yürütdüyü siyasi dialoq, yeni siyasi konfiqurasiya kursu ilə əlaqələndirməyə çalışır və deyir ki, “hakimiyyət 60-a yaxın partiyanı səfərbər edib dialoqa cəlb etdi, onlardan həftədə bir kollektiv bəyanatlar aldı, heç bir sosial bazası olmayan bu partiyaçıqlardan yeni konfiqurasiya düzəltdi, kəmali-ehtiramla onları avtobuza bindirib səyahətlərə apardı, indi də biletsiz sərnişinlər kimi qolarından tutub avtobuzdan bayıra atır”.

Bu “alim”in siyasi dərrakəsinin dayazlığı ilə bərabər, savadsız yazı üslubu da heyrət və təəccüb doğurur. Sitat gətirdiyim yuxarıdakı cümləsində “dünya şöhrətli professor”un yol verdiyi qrammatik səhvlər bu adamın dövlət dilimizə münasibətini də ortaya qoyur. Cəmil Həsənlinin məntiqsiz “məntiq”inə görə, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə - Ağdama, Zəngilana, Şuşaya baş tutan səfərləri siyasi hadisə yox, sadəcə səyahət imiş. Parlaq elmi zəka sahibi kimi bütləşdirilən, cəmiyyətə sırınan bu cür reklamlı-piarlı bir alimin bu səfərlərin Qarabağın işğaldan azad edilməsini həzm və qəbul etməyən qüvvələrə siyasi mesaj olduğunu görə bilməməsi, dərk etməməsi həqiqətən də təəccüb doğurur.

Mən əminəm ki, Cəmil Həsənlinin yerində hər hansı bir gerçək vətənpərvər alim olsaydı, iqtidar rəsmiləri ilə müxalif partiya sədrlərinin bir araya gəlib işğaldan azad olunmuş torpaqlarımıza birgə səfər etmələrini qeydsiz-şərtsiz olaraq dialoq və siyasi mədəniyyət nümunəsi kimi təqdim edərdi. Ancaq Cəmil Həsənlinin qərəzli mövqeyi isə ona sözügedən səfərləri dialoq və siyasi mədəniyyət, siyasi həmrəylik nümunəsi kimi görməkdə, təqdim etməkdə mane olur. Bu da onun bir alim kimi də, bir siyasətçi kimi də obyektivliyinin, ədalətliliyinin üzərindən qalın bir xətt çəkir.

Adı olub, özü mövcud olmayan “Milli Şura”nın hər şeyi qara rəngdə görməyə və qaranlıq kimi göstərməyə vərdiş etmiş rəhbərinin dialoq, konfiqurasiya və siyasi həmrəylik faktını heç cürə qəbul edə bilməməsi və birmənalı olaraq inkarçı mövqe tutması həm də ondan irəli gəlir ki, o və onun yandaşı – AXCP sədri Əli Kərimli son illərdə daim seyrçi mövqedən çıxış edib və dialoq prosesini boykot etməyə çalışıblar. Lakin bu cür qeyri-sağlam mövqe sonda onların özlərinin ölkənin real siyasi proseslərindən çıxdaş olunmalarına, “offsayd”da qalmalarına gətirib çıxarıb. Bu mənada, Cəmil Həsənli kimi siyasi korazehinlərin bu gün “bəs indi harada qaldı dialoq, konfiqurasiya və avtobus?” deyib, özlərinə əl qatmaları, yaxalarını cırmaları tamamilə yersiz görünür.

Cəmil Həsənli, onun öz təbirincə desək, “özünü buraxan” partiyaların təəssübkeşi, müftə vəkili obrazına girib timsah kimi saxta gözyaşları axıtmamalıdır. Bu “müdrik professor”un real tarixi-siyasi şəraitdən irəli gələrək fəaliyyətinə xitam verən partiyaların “müdafiəçi”si rolunda çıxış etməyə sadəcə və sadəcə mənəvi ixtiyarı yoxdur. 44 günlük Vətən müharibəsi zamanı ölkədəki siyasi partiya rəhbərləri Ermənistanın terror və işğalçı siyasətinə qarşı birgə bəyanat imzalayanda, siyasi qüvvələr Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Ordumuza dəstək nümayiş etdirəndə, Əli Kərimli ilə siyasi həmrəylik nümayiş etdirib öz yaxasını kənara çəkən, sözügedən birgə bəyanatı imzalamaqdan xaincəsinə imtina edən antimilli, satqın “professor”un indi də gəlib dialoqdan, siyasi konfiqurasiyadan dəm vurması və partiyaların təəssübkeşi obrazında çıxış etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil. Cəmil Həsənli bu cür riyakar hərəkətlərinə son qoymalıdır. Çünki fəaliyyətini dayandıran partiyalar ona belə bir mandat verməyiblər.

Bəlkə də Cəmil Həsənlini hardasa başa düşmək olar. Axı bu adam siyasi riyakarlığa vərdiş edib. Vaxtilə AXCP sədrinin müavini vəzifəsindən deputat mandatı naminə imtina edən, Milli Məclisin deputatı kimi hər cürə üstünlüklərdən yararlanan və deputat olduğu dövrdə siyasi buqələmunluq edərək, Ulu Öndər Heydər Əliyevə həsr olunan bir çox kitabların ön sözünü həvəslə yazan, lakin deputatlıq erası bitən kimi isə yenidən əski radikal müxalifətçilik düşərgəsinə geri qayıdan, müxalifət lideri “şinel”inə sığınan Cəmil Həsənli siyasi riyakarlıq davranışlarının ustasıdır.

Bu adam həm də eyni zamanda fürsətçidir. Burada söhbət əlbəttə ki, siyasi fürsətçilikdən gedir. Bu aralar fəaliyyətini dayandıran partiyaların sayının artması mövzu qıtlığından əziyyət çəkən qocaman “professor” üçün lap göydəndüşmə mövzudur. Adam bu mövzunu siyasi gündəmə daşımaqla öz aləmində sensasiya yaratmağa və yerlərdə sürünən siyasi reytinqini “diriltməyə” çalışır. Lakin əsl həqiqətdə isə Cəmilin bu cəhdi suyu bulandırmaqdan, nəlbəkidə “fırtına” yaratmaqdan başqa bir şey deyil.

Mənim bu alim-siyasətçiyə, yaşlı-başlı tarixçiyə bir tövsiyyəm, önərim var: Cəmil Həsənli özünü normal siyasətçi, adekvat siyasətçi, sivil siyasətçi hesab edirsə, partiyaların fəaliyyətlərinə xitam verilməsi barədə qərarlarına hörmətlə yanaşmalı və guya, onların haqq və hüquqlarını müdafiə edirmişcəsinə çıxış edərək siyasi spekulyasiyalara yol verməkdən əl çəkməlidir. Bu, həm də ona ömrünün ahıl çağlarında yaraşan ən yaxşı siyasi etika nümunəsi olardı.

Üzvlərinin sayı və nüfuz-reytinq göstəriciləri müxtəlif səviyyələrdə olan bir çox partiyalar bugünləri milli dövlətçiliyimizin təhlükəsizliyi naminə, ölkəmizə olan təhdidlərə qarşı milli birliyə və siyasi həmrəyliyə töhfə vermək niyyətilə fəaliyyətlərinə xitam vermək qərarına gəlirlərsə, cəmillərin, əlilərin, gültəkinlərin və başqalarının da vəzifəsi onların qərarlarına sayğı duymaqdır, anlayış göstərməkdir. Siyasi etikadan, siyasi mədəniyyətdən bixəbərsinizsə, hələ də gec deyil, zəhmət çəkin, gedin öyrənin. Bu və ya digər partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərarını təftiş etmək digər partiyalar üçün ayıbdır. Bu cür ən adi elementar həqiqəti dərk etmək üçün qocaman siyasətçi olmaq lazım deyil.

Cəmil Həsənli kimi siyasət “professor”ları, “bəs indi harada qaldı dialoq, konfiqurasiya və avtobus?” deyib siyasi mərsiyəxanlıqla məşğul olmaq və köhnə palan içi eşməklə məşğul olmaq əvəzinə, siyasi partiyalarının sayının azalmasının həm ölkənin siyasi mühiti üçün, həm də fəaliyyətini davam etdirəcək partiyaların elə özləri üçün də müsbət, faydalı tərəfləri barədə düşünməlidirlər. Dar düşüncə sahibi olan “müdrik alim” Cəmil Həsənliyə isə elə gəlir ki, guya, son vaxtlar partiyaların ard-arda fəaliyyətlərini dayandırmaları AXCP kimi radikal siyasi təşkilatların sıradan çıxarılmasına hesablanıb. Bu cür absurd fikir yalnız bəsit düşüncəli insanların ağlına gələ bilər.

Cəmil Həsənli proseslərə pozitiv yanaşa bilmir. Çünki onun içindəki yersiz nifrət və qərəz sağlam və işıqlı düşünməyə imkan vermir. Və bu cür qara düşüncəli siyasət piyadaları adətən, elə öz daxili qaranlığının dərinliklərində boğulub məhv olur, siyasət meydanını birdəfəlik tərk edirlər. Odur ki, sizi öz qaranlıq bataqlığınızla baş-başa buraxırıq, Cəmil müəllim!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-06-2023, 07:14

Polisi tənqid edən gənc siyasi fəallar həbs edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-06-2023, 21:11

Almaniyada siyasi mühacir həyatı yaşayan DAS təşkilatı fəalları Berlində XİN qarşısında aksiyaya hazirlaşır

Siyasət

2-04-2023, 19:57

"AXCP nəhayət ki, “uşaqlığın son gecəsi”ndən artıq əl çəkməli, böyüməlidir"

Gündəm / Siyasət / Sosial / Araşdırma

30-03-2023, 18:55

Cəmil Həsənli: "Əlzamin Salayev tanıdığım ən fədakar adamlardan biridir"

Gündəm / Siyasət / Sosial / Araşdırma

4-02-2023, 23:29

Müstəqil fotoqraf Vəli Şükürovun saxlanıldı

Siyasət

15-02-2022, 18:12

"Ramiz Mehdiyevin altdan-altdan suyu bulandıracağı şəksizdir"

Siyasət

2-08-2021, 09:51

Payızda referendum keçirilir, MM buraxılır? Niyə? – Professor

Siyasət

27-05-2021, 16:03

Tahir Kərimli nazirə sual verdi: partiyaların pulu niyə azalıb? - YENİLƏNİB

Siyasət

29-03-2021, 21:29

CƏMİL HƏSƏNLİ: "Özü bilər"

Siyasət

25-02-2021, 16:35

Partiyalar arasında görüş zərurətə çevrilib - Partiya sədri yazır

Siyasət

11-06-2020, 09:58

"Vurulmuş ideoloq"un DOLAŞIQ STATUSU - Daha redaktə edəni yoxdur?

Siyasət

26-05-2020, 11:31

Deputatla professor arasında böyük qalmaqal - Sərt ittihamlar

Son xəbərlər
  • Bugün, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • Bugün, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • Bugün, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • Dün, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • Dün, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • Dün, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • Dün, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • Dün, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • Dün, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • Dün, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • Dün, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • Dün, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • Dün, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • Dün, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 23-12-2025, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • 23-12-2025, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • 23-12-2025, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • 23-12-2025, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • 23-12-2025, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
  • 23-12-2025, 15:20
    Podolyak vəzifəsindən azad edilib
  • 23-12-2025, 13:18
    AZAL təyyarə qəzası ilə bağlı istintaqın müddətinə aydınlıq gətirilib
  • 23-12-2025, 00:02
    Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
  • 22-12-2025, 19:47
    Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
  • 22-12-2025, 16:50
    Podolyak vəzifəsindən azad edilib
  • 22-12-2025, 15:18
    Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
  • 22-12-2025, 02:35
    Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
  • 20-12-2025, 15:44
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
  • 19-12-2025, 23:48
    Gültəkin Hacıbəyli saxlanıldığı mərkəzdən MİT rəhbəri İbrahim Kalına müraciət edib
  • 19-12-2025, 23:46
    Samirə Cavanşir qızı Məmmədova-Filologiya üzrə fəlsəfə doktoru, dosent SelEdu Academy-nin təsisçi-rəhbəri
  • 19-12-2025, 16:51
    Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
  • 19-12-2025, 16:45
    Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmiri üçün vəsait ayrılıb
  • 19-12-2025, 16:42
    Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası çatıb
  • 19-12-2025, 16:40
    Arayik Harutyunyan: “Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir”
  • 19-12-2025, 16:37
    DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
18-12-2025, 10:47
34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
18-12-2025, 10:42
Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
18-12-2025, 10:50
Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
17-12-2025, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
Sosial
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə