USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"İlham Əliyevin “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” telekanallarına verdiyi müsahibələr “yol xəritəsi” rolunu oynaya bilər"

Siyasət

5-10-2020, 17:11

"İlham Əliyevin “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” telekanallarına verdiyi müsahibələr “yol xəritəsi” rolunu oynaya bilər" Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Prezident İlham Əliyevin son günlərdə dünyaca məşhur “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” televiziya kanallarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından və həm Ermənistan, həm də Fransa rəhbərliyinin son günlər dünya mediasında bizə qarşı dövriyyəyə buraxdığı feyk-xəbərləri, dezinformasiyaları yalanlamaq, zərərsizləşdirmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Mən hesab edirəm ki, hər iki müsahibədəki əsas məqamları xarici dilləri yaxşı bilən bizim
öz soydaşlarımız da müxtəlif dillərə tərcümə edib yaşadıqları ölkələrin ictimaiyyətlərinin diqqətinə çatdırmalı, sosial şəbəkə platformalarında yaymalıdırlar.

Maraqlıdır ki, hər iki telekanal Azərbaycan Prezidenti ilə müsahibəni tamamilə Qarabağda baş verən son proseslər üzərində qurmuşdu. Bütün suallar məhz bu mövzuya həsr edilmişdi. Mən burada bir mühüm məqamı xüsusilə qeyd etmək istərdim ki, sözügedən telekanalların ikisinin də sualları başdan-başa ermənipərəst mövqedən hazırlanmışdı. Yəni ki, bu suallar obyektiv və neytral suallar deyildi. Əksinə, bəzi suallar açıq şəkildə təxribatçı məzmuna malik idi. Sanki bu kanallar Azərbaycan lideri ilə müsahibə zamanı Ermənistanın vəkilliyini edir və onun maraqlarına xidmət edən suallar verirdilər. Lakin İlham Əliyev “Əl-Cəzirə”-nin də, “Əl-Ərəbiyə”-nin də suallarını kifayət qədər tutarlı məntiqi əsaslarla, dolğun şəkildə cavablandırdı. Bu baxımdan, mən dövlət başçımızın cavablarını uğurlu hesab edirəm və bu müsahibələr də səsləndirilən bir neçə məqam üzərində xüsusilə dayanmaq istəyirəm.

Belə ki, “Əl-Cəzirə”-nin suallarından biri vasitəçilərlə bağlı idi. Prezident İlham Əliyev həmin sualı cavablandırarkən qeyd elədi ki, həm Rusiya, həm də digər iki həmsədr ölkə “birlikdə işləməyə davam
etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat
edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırıb, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”. Prezidentin bu fikirləri əslində birbaşa Fransa prezidenti Emmanuel Makrona ünvanlanmışdı. Mən əminəm ki, İlham Əliyevin bu sözləri Fransanın rəhbəri üçün “soyuq duş” və ya siyasi şillə effekti verəcək. Makron bu sözləri, bu iradları haqq edir. Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə” kanalına müsahibəsində də Makronun son günlərdəki destruktiv mövqeyinə kifayət qədər sərt münasibət bildirdi.

“Əl-Cəzirə” telekanalının təxribatçı suallarından biri də beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına bizim necə reaksiya verəcəyimizlə bağlı idi. Belə ki, müxbir açıq şəkildə təxribatçılıq edərək soruşdu ki,
“siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaq seçimini edirsiniz?”.

Azərbaycan Prezidenti isə bu suala cavabında bildirdi ki, xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Əlbətə, biz atəşkəsə hazırıq. Amma hansı şərtlərlə? Əsas məsələ də bax budur. Prezident bir daha qeyd elədi ki, onlar ərazilərdən çıxmalıdırlar. Qoy onlar çıxmağa başlasınlar və çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər. Bəli, yalnız bu halda atəşkəs haqqında danışmaq olar. Əks halda isə Azərbaycan təktərəfli qaydada atəşkəs rejiminə heç cürə razı ola bilməz. İlham Əliyev bu məqamı prinsipial olaraq həm Ermənistan rəhbərliyinin, həm də vasitəçilərin diqqətinə çatdırdı. “Əl-Ərəbiyyə” kanalı da sülh danışıqlarının mümkünlüyünə, atəşkəs məsələsinə toxundu və Azərbaycanın bununla bağlı mövqeyini öyrənmək istədi. Prezident İlham Əliyev də birmənalı şəkildə sülhün tərəfdarı olduğumuzu bildirdi: ”Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, mən artıq dedim, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz, işğal olunmuş bütün ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz və Azərbaycan ərazisində “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri
Azərbaycan xalqı qarşısında üzr istəməli və deməlidir “Qarabağ Ermənistan deyil” və onda biz dayanaraq. bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq. Mən razıyam. Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm. Lakin danışıqların məğzi olmalıdır”.

“Əl-Cəzirə”nin müxbirinin dövlət başçımıza ünvanlanan daha bir qərəzli və hiyləgər sualı isə ermənilərin maraqlarına xidmət edən xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı sual idi. Müxbirin “Siz xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınızmı?” sualına Azərbaycan Prezidentinin cavabını parlaq zəkanın və əsl diplomatik ustalığın təzahürü, göstəricisi hesab edirəm. Belə ki, dövlət başçımız qeyd etdi ki, “bu, erməni təbliğatının əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz”. Azərbaycan Prezidenti bu mövzuya “Əl-Ərəbiyyə” kanalına müsahibəsində də toxundu və son günlər Ermənistanla bağlı xüsusi canfəşanlıq göstərən, ermənilər üçün timsah kimi saxta gözyaşları axıdan Fransa Prezidentinə olduqca maraqlı bir tövsiyyə də verdi. Belə ki, İlham Əliyev qeyd etdi ki,“əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy başlara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar”. Məncə, İlham Əliyevin bu cür əzici sözlərindən və məntiqli əks-arqumentlərindən sonra Fransa prezidentində az da olsa siyasi etika və həya varsa, bir daha Azərbaycanın dövlət başçısına zəng etməməli və Ermənistanın vəkili kimi danışmamalıdır.

Azərbaycanın dövlət başçısı “Əl-Ərəbiyyə”yə müsahibəsində son günlər bəzi dünya liderlərinin və KİV- lərinin Azərbaycana qarşı məqsədli, qərəzli şəkildə feyk-xəbər kampaniyası aparmalarına da münasibət bildirdi və bu saxta “xəbər”ləri yayanlardan ölkəmizdən üzr istəməyi tələb etdi:”Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu.

Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub”. Məncə də, Prezidentimizin bu tələbi tamamilə haqlı tələbdir. İlham Əliyevin ölkəmizlə bağlı yayılan feyk-xəbərlərə bu cür sərt reaksiyası özünə hörmət edən dünya siyasətçiləri və özünü “vicdanlı mətbuat” nümunəsi kimi təqdim etməyə çalışan bəzi dünya KİV-ləri üçün dərs olmalıdır.

Mən hesab edirəm ki, İlham Əliyevin “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” telekanallarına verdiyi müsahibələr bütövlükdə həm beynəlxalq vasitəçilər üçün, həm də Ermənistanın avantürist rəhbərliyi üçün proseslərin bundan sonra hansı məcrada inkişaf etdirilməsi baxımından sözün tam mənasında “yol xəritəsi” rolunu oynaya bilər. Əlbəttə, əgər onlar gerçəkdən də münaqişənin sülh yoluyla həllində maraqlıdırlarsa. Əks təqdirdə isə, Qarabağ məsələsində son sözü səmərəsiz, qərəzli və riyakar diplomatiya yox, Azərbaycan əsgəri deyəcək və deyir də. Prezidentin də qeyd etdiyi kimi əgər beynəlxalq ictimaiyyət beynəlxalqqətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir.

Paylaş:
Digər xəbərlər

Siyasət

28-09-2020, 14:30

"Röyters" Qarabağla bağlı ŞAD XƏBƏRİ dünyaya çatdırdı - Azərbaycan Ordusundan BÖYÜK ZƏFƏR

Siyasət

23-09-2020, 15:29

Nikol Paşinyan şokdadır - MHP sədri

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Siyasət

22-09-2020, 19:47

"Prezident düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir"

Siyasət

21-09-2020, 16:48

"Müsahibədə səsləndirilən cəsarətli fikirlərlə həqiqətən də qürur duydum"

Siyasət

20-09-2020, 15:30

Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdı

Gündəm / Siyasət / Video

22-07-2020, 14:55

Döyüş bölgəsində olduğu kimi, kompüter qarşısında da Azərbaycan mövqeyinin müdafiəsi hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyevanın “İnstagram” hesabinda paylaşılanlara MXP-nin dəstəyi

Siyasət

6-07-2020, 11:58

“RAMİZ MEHDİYEV SƏNİ İSTƏMİR, ONA HEÇ VAXT İNANIB ÜRƏYİNİ AÇMA…” – Heydər Əliyev vaxtilə Eldar Sabiroğluna nə üçün belə demişdi…

Siyasət

30-05-2020, 09:00

ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib

Siyasət

2-05-2020, 17:00

“Xaricdəki müəyyən dairələrin planları var idi...” - İLGİNC

Siyasət

23-02-2020, 11:21

Prezident və Birinci vitse-prezident Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Son xəbərlər
  • Dün, 17:50
    Kiyevdə matəm elan olunub
  • Dün, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • Dün, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • Dün, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • 13-05-2026, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • 13-05-2026, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • 13-05-2026, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • 13-05-2026, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • 13-05-2026, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • 13-05-2026, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • 13-05-2026, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
  • 11-05-2026, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • 11-05-2026, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • 11-05-2026, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • 11-05-2026, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • 10-05-2026, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • 10-05-2026, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • 10-05-2026, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
13-05-2026, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 00:36
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
11-05-2026, 00:40
Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
11-05-2026, 00:33
Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
11-05-2026, 00:38
Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə