USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“RAMİZ MEHDİYEV SƏNİ İSTƏMİR, ONA HEÇ VAXT İNANIB ÜRƏYİNİ AÇMA…” – Heydər Əliyev vaxtilə Eldar Sabiroğluna nə üçün belə demişdi…

Siyasət

6-07-2020, 11:58

“RAMİZ MEHDİYEV SƏNİ İSTƏMİR, ONA HEÇ VAXT İNANIB ÜRƏYİNİ AÇMA…” – Heydər Əliyev vaxtilə Eldar Sabiroğluna nə üçün belə demişdi…SSRİ ləğv olunsa da, Rusiya bu gün də keçmiş müttəfiq respublikalarda yerləşdirdiyi nümayəndələri vasitəsi ilə həmin ölkələrdə münasibətlərin və qapalı saxlanılan digər əməkdaşlıq məsələlərinin prioritetlərini müzakirə etdikdən sonra müvafiq qərarlar qəbul edir. Bu, birmənalı belədir və kimsənin şübhəsi olmasın. Daha maraqlı cəhətlərdən biri odur ki, etibarlı nümayəndələr ayrı-ayrı ölkələri təmsil etsələr də, bir-biri ilə yaxın təmasda olur, baş verən qlobal regional prosesləri birgə təhlil edərək nəticələr barədə Mərkəzi Qərargahı məlumatlandırırlar.
Onların səhv etməyə, müxtəlif budaqlar üzərində dayanaraq fərqli hərəkətlərə yol verməyə, sadəcə, ixtiyarları yoxdur. Kremlin təlimatları çərçivəsindən azca kənara çıxılması inanılmış nümayəndənin taleyini birdəfəlik həll edə bilər. Bu konteksdə optimal variant olaraq onun barəsində seçim bu cür müəyyənləşir. İfşaedici materiallar dolayı vasitələrlə nümayəndənin təmsil olunduğu dövlətə ötürülür və üzərindən Mərkəzin əlini tam götürdüyü təsdiqini tapandan sonra “xüsusi agent” haqda ciddi ölçülər həyata keçirilir.
Belə geniş girişə münasibətim, yəqin ki, təsadüfi xarakter daşımır. Mən bu izahımla Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyi, xalqı və hakimiyyəti, ümumən ölkənin bütün siyasi düşərgələri üçün nə qədər təhlükəli və qorxunc fiqur olduğunu ictimai rəyə çatdırmaq istədim. Prezident İlham Əliyevin son illər bu adamla birgə işləməsindən təngə gəldiyi açıq-aydın müşahidə edilirdi. Lakin rusların Azərbaycanda etibarlı adamı kimi tanınan və Kremlin “5-ci kolon”dakı uzunömürlü, “mətin” rəhbəri olan və nəhayət, “pampersi” məcburi qaydada yaşayış tərzinə daxil edən 83 yaşlı Ramiz Mehdiyelə arasındakı körpünü özündən uzaqlaşdırsa da, onun çürümüş dayaqlarını tam sındıra bilmədi. Görünür, Rusiyanın barmağı oz rolunu bu dəfə də oynadı. Akademiyaya yola salınan ruspərəstə, bəli, bəli, həm də ermənipərəst “Boz Kardinal”a ilk təntənəli təbriklər də məhz oradan – Moskvadan, Kremldən, Rusiya Elmlər Akademiyasından, hətta Rusiyanın xüsusi xidmət generalı Narışkindən gəldi.
Və nəhayət, canlı bir misal. Təxminən R. Mehdiyevin Milli Elmlər Akademiyasında hələ ayı tamam olmamışdı. Xəyallar, keçmişin parlayan işıqları altında keçirilən dəmdəsgahlı görüşləri, təmtəraqlı qəbulları Azərbaycan elminə rəhbərlik edən Mehdiyevin belini əməlli- başlı büküb. Aldığım məlumatlara görə, iştahı pozulub, dad-iy bilmir. Qızdırması 38-dən düşmür. Tər də bir tərəfdən nəfəsini kəsir. Görəsən, bunlar hansı xəstəliyin əlamətləridir? Buna baxmayaraq, xəyanət və satqınçılıq kimi biabırçı əməllərindən qalmır… Ağ Sarayın xiffətini çəkir.
Bu düşüncələrlə AMEA-da keçirdiyi müşavirənin şaşırdıcı bir məqamı məni bu nəticəyə gəlməyə əsas verdi: Mehdiyev, deyəsən, nüfuzunu yenə qoruyur. Əlbəttə, KİV-də gedən foto-şəkildə Mehdiyevin yuxarı başda, aşağıda isə iki nazirin və dövlət başçısı İlham Əliyevin iki köməkçisinin əyləşdiyini görmək mənə çox ağır gəldi və qeyri-ixtiyarı daxilimdə yaranan iki sualla İlham Əliyevə virtual olaraq səsləndim: Doğrudanmı, xalqın içərisində nifrətə və hiddətə sahib olan bu xaindən hələ də ehtiyat edirsiniz? Doğrudanmı, hakimiyyətdə əksər qovğaların, düşmənçilik meyllərinin, regional qarşıdurmaların və özünüzə qarşı müxtəlif siyasi təxribatların dövriyyəyə buraxılmasına fitva verənlərdən birinin öhdəsindən gəlmək Sizə bu qədərmi çətindir?
Qərb Ramiz Mehdiyevi həmişə Azərbaycan üçün təhlükə mənbəyi hesab edib və müəyyən məlumatlara görə, bu haqda həm Heydər Əliyevi, həm də İlham Əliyevi müntəzəm bilgiləndirib. Əgər Rusiyanın Ramiz Mehdiyevin prezident olması üçün hazırladığı planın Qərb tərəfdən, xüsusən ABŞ-ın yüksək dairələri tərəfindən önü vaxtında alınmasa idi, bəli, bu gün ya özü, ya da eyni məsləyin sahibi indi ölkənin başında qoz sındırırdı.
İndi kəndlər, rayonlar, küçələr, döngələr- naxçıvanlı, qərbi azərbaycanlı, bakılı, qarabağlı, gürcüstanlı- hərə özünə bir səngər qazıb vətən müharibəsi aparırdı. Təəssüflər ki, Lavrenti Beriyanın ardıcılları və ondan təlimat alanlar bu gün yenə birlikdə öz işlərinin arxasınca yürüməkdən usanmırlar… Həm də heç utanmırlar…
1998-ci il prezident seçkiləri zamanı məhz Heydər Əliyevin sayəsində yetişən, ad-san qazanan, hiyləgər və milli məzmundan uzaq olan bu adam himayədarına qarşı siyasi təxribatla məşğul oldu. Yalan məlumat və informasiyalarla Heydər Əliyevi çaşdıraraq bir növ onda arxayınçılıq yaradırdı. Nə yaxşı ki, bu murdar niyyətin üstü tez açıldı və adam ifşa oldu. Rəhmətlik Heydər Əliyevin keçirdiyi müşavirədə iştirak etmiş və Ramiz Mehdiyevin riyakarlığının şəxsən şahidi olmuşam.
Müşavirənin səhərisi Gəncəyə yollanan Heydər Əliyev YAP-ın möhtəşəm mitinqində tarixi bir çıxışı ilə ölkədə seçkinin mahiyyətini tamamilə dəyişdi. Aparatın rəhbərinin Masallı, Lənkəran mitinqləri barədə də dövlət başçısına verdiyi yanlış, həqiqəti əks etdirməyən informasiyalarla xəcalət çəkmədən onu yükləməsi artıq Ramiz Mehdiyevə inamı tamamilə sarsıtdı. Heydər Əliyevin şəxsən mənə tapşırığı bu oldu ki, “Ramizin sənə hər hansı sözü olarsa, qətiyyən əməl etmə. Ya Tariyel Ağayev və ya Bəylər Əyyubovun vasitəsilə hökmən məni ara. Heç vaxt onlara da məni nə üçün axtardığının səbəbini demə. Ümumiyyətlə, Sabir, ürəyindəkiləri çox bölüşmə!!! Onlara demişəm. Zəng edən kimi məni məlumatlandıracaqlar. Mən səni tapacam”.
ALLAH SƏNƏ QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN!!!

Eldar SABİROĞLU

Paylaş:
Digər xəbərlər

Səhiyyə

29-06-2020, 14:13

“Əhədi kəsilmiş atları güllələyirlər” və ya NƏ ETMƏLİ? - GƏLİŞMƏ

Müsahibə

9-06-2020, 17:07

"Kiminsə yalan ifadələrinə inanıb ardıcıl qayda pozmayın" - Kamran Əliyev

Dünya

30-05-2020, 10:29

Jozef Borell: Koronavirusla mübarizədə birgə fəaliyyət planına ehtiyac var

Siyasət

13-05-2020, 10:15

Ramiz Mehdiyevin nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırıldı - zavodun rəsmi sahibi Rasim Məmmədov isə…

Müsahibə

10-05-2020, 15:10

Karantindən sonra bu xəstəliklərin yeni dalğası başlayacaq – Kremlin sabiq baş həkimindən CİDDİ XƏBƏRDARLIQ

Video

15-04-2020, 16:40

Yas adı ilə karantin rejimini pozan 115 nəfər cəzalandırılıb

Mədəniyyət

10-04-2020, 09:22

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi

Gündəm

7-04-2020, 10:42

Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı... - İLGİNC

Araşdırma

7-04-2020, 10:22

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İDDİA

Son xəbərlər
  • Bugün, 02:28
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • Dün, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 17:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
Daha çox
Çox oxunanlar
4-08-2026, 22:23
Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
Dün, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə