USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Müsahibədə səsləndirilən cəsarətli fikirlərlə həqiqətən də qürur duydum"

Siyasət

21-09-2020, 16:48

"Müsahibədə səsləndirilən cəsarətli fikirlərlə həqiqətən də qürur duydum"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Ölkə Prezidentinin Bakı Dərin Özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli telekanallara verdiyi geniş müsahibə sıradan bir müsahibə və ya ənənəvi açıqlama deyil. Biz bu çıxışı birmənalı şəkildə tarixi çıxış, tarixi hadisə kimi qiymətləndirməliyik. Dövlətimizin bu günü üçün və gələcək nəsillər üçün strateji proqram, "yol xəritəsi" anlamı kəsb edən bu müsahibədə ölkə başçısı bölgədə və dünyada baş verən hadisələrə, Qarabağla bağlı proseslərə, qonşularımızla və müttəfiqlərimizlə bağlı məsələlərə, Azərbaycan-Türkiyə münasibətlərinə, Ermənistan rəhbərliyinin təxribatçı hərəkətlərinə, Sovet İttifaqının son dönəmlərində Azərbaycana qarşı edilmiş tarixi ədalətsizliyə, eləcə də xüsusi xidmət orqanlarımızın peşəkar fəaliyyətinə və bu kimi bir çox önəmli məsələlərə son dərəcədə soyuqqanlı, rasional, obyektiv yanaşma ortaya qoydu. Prezidentin müsahibə zamanı səsləndirdiyi fikirlər haqlı olaraq istər Azərbaycanda, istərsə də qonşu ölkələrdə və dünya mətbuatında böyük maraqla qarşılandı və geniş müzakirə predmetinə çevrildi.

Cənab Prezidentin müsahibəsində əsas məqamlardan bir neçəsini qeyd etmək istərdim. Dövlətimizin başçısı bir daha Azərbaycanın Qarabağ məsələsində dəyişməz mövqeyini öz müsahibəsində ortaya qoydu, işğalçı dövləti, onun keçmiş və indiki cinayətkar hakimiyyətlərini Qarabağ münaqişəsinin həllinə hər cür maneçilik törətməkdə, onların apardığı "siyasət"in nəinki Azərbaycan, ümumilikdə bölgə və bütün dünya üçün təhdid olduğunu bəyan etdi. Eləcə də Qarabağ məsələsinin həlli ilə bağlı sülh danışıqlarının Ermənistan rəhbərliyinin qeyri-konstruktiv hərəkətləri və təxribatçı davranışları üzündən faktiki olaraq dayandığını, “dalan”a dirəndiyini və işğalçı ölkənin yenidən müharibəyə hazırlaşdığını xüsusi olaraq vurğuladı. Prezident İlham Əliyev danışıqlar prosesinin pozulmasına, münaqişənin hələ uzun illər dondurulmuş vəziyyətdə qalmasına və növbəti təhlükəli planlarını həyata keçirməyə çalışan Ermənistanın, bədnam Paşinyan hakimyyətinin Azərbaycan qarşısında şərtlə danışmasını çox kəskin və sərt üslübda cavabladı: "Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır".

Ölkə başçısı Ermənistanın təxribatları davam etdirəcəyi təqdirdə hərbi əməliyyatları işğalçı ölkənin ərazisində keçirə biləcəyimizə də işarə vurdu. O, ermənilərin Tovuz hücumundan sonra alınan tədbirlər sayəsində ordumuzun Ermənistan ərazisinə keçəcək qədər mühüm hərbi fürsət əldə etdiyini, amma başqa ölkənin torpaqlarında gözümüz olmadığından bu fürsətdən yararlanmadığını açıq şəkildə bəyan etdi və bildirdi ki, Azərbaycan dövlətinin, Azərbaycan ordusunun bu təmkini sərhədsiz, limitsiz deyil . Dövlət başçısı açıq şəkildə mesaj verdi ki, əgər Ermənistan bu cür təcavüzlərinə davam edərsə, Azərbaycan öz ərazilərinin, habelə Gəncə keçidindən keçən beynəlxalq enerji və kommunikasiya xətlərinin müdafiəsi üçün zəruri tədbirlər barədə düşünəcək. Zənnimcə, bu, Prezident İlham Əliyev tərəfindən verilən çox ciddi mesajdır və Azərbaycanın tarixi şərait yaranan kimi öz əzəli torpaqlarını geri qaytarmaq barədə düşünəcəyinin qəti şəkildə ifadəsidir. Və bu təkcə Ermənistana yox, həm də dünyaya mesajdır. Əgər dünya birliyi, beynəlxalq təşkilatlar işğalçı Ermənistanın təxribatlarının qarşısını almaq, onun işğalçılıq siyasətindən əl çəkməsini təmin etməzsə, o zaman Azərbaycan birmənalı olaraq ərazi bütövlüyünü təmin etmək üçün bütün gərəkli addımları atacaq.

"Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma biz buna getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq",- deyən dövlət başçımız Ermənistanın təxribatlarının düşmən ölkənin özü üçün nə ilə nəticələnə biləcəyini açıq şəkildə düşmənin hərbi-siyasi rəhbərliyinin diqqətinə çatdırdı. İlham Əliyev eyni zamanda Dağlıq Qarabağın bizim qədim, tarixi torpağımız olmasını və mütləq o torpaqlara qayıdacağımızı açıq mətnlə bildirdi: ”Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var".

Prezident bir daha qeyd etdi ki, biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyik. O həmçinin, Qarabağın Azərbaycan demək olduğunu qətiyyətlə bəyan etdi.

Prezident çıxışında işğalçı ölkənin ərazilərimizi qeyri-qanuni şəkildə məskunlaşdırması və beynəlxalq hüquqa qarşı saymazyanalıqla yanaşmasına da özünəməxsus formada münasibət bildirdi və bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa, lakin bu zaman beynəlxalq birliyin sərt təpkisi ilə, sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Bu, qana susayan, işğalçı niyyətlərindən əl çəkməyən, müharibə üçün yerikləyən Ermənistan rəhbərliyinə öz yerini, öz həddini bildirmə ismarıcı idi. Azərbaycanın birinci şəxsi bu sözləri ilə düşmən ölkənin avantürist baş nazirinə “həddini bil” siqnalını verdi. Bu o demək idi ki, ay Ermənistan rəhbərliyi, siz müharibə istəyirdiniz, buyurun, biz hazırıq, ancaq bunu da bilin ki, başlamaq istədiyiniz müharibə sizin öz ölkəniz, öz xalqınız üçün fəlakətlə bitəcək. Azərbaycan rəhbərinin bu ismarıcları ölkəmizin həm hərbi, həm də psixoloji baxımdan müharibəyə tam hazır olduğunu göstərir. Əgər Ermənistan rəhbərliyində az da olsa sağlam ağıl varsa, qoy bu ismarıclardan özü nəticə çıxarsın. Hərçənd ki, bugünləri Paşinyan rejiminin sağlam ağıl nümayiş etdirməsi az inandırıcıdır. Çünki cənab Prezidentin də qeyd etdiyi kimi Paşinyan və onun komanda üzvləri Sorosun və bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatlarının əlaltıları, nökərləridir.

Ölkə rəhbəri öz müsahibəsində Ermənistanın şirniklənməsində rol oynayan, işğalçı ölkəyə bu və ya digər şəkildə havadarlıq edən, lakin eyni zamanda da guya ki, bizə yaxın və müttəfiq sayılan bəzi ölkələrin “ikili standartlar” prinsipindən çıxış etməsinə və işğalçı ölkəni silhalandırması məsələsinə də toxundu, öz narazılığını dilə gətirdi: "Serbiyadan və Rusiyadan onlara silahlar göndərildi. Xüsusilə Serbiyadan göndərildi. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon söhbətim oldu və mən narahatlığımı ifadə etdim. Onu bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklərin daşınmasının intensiv xarakter alması, eyni zamanda, toqquşmaların dayandırılmasından dərhal sonra baş verməsi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmalıyam. Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik. Biz bunu dilə gətirməliyik və bunu da etdik". Güman edirik ki, adları qeyd edilən ölkələrin siyasi rəhbərliyi və xarici siyasət idarələri Azərbaycanın dövlət başçısının bu haqlı iradları barədə ciddi şəkildə düşüncəklər.

Həmçinin, Azərbaycan Prezidentinin çıxışından ciddi nəticə çıxarmalı olan daha bir ölkə zənnimcə İran və bir sıra digər müsəlman ölkələri olmalıdır. Çünki cənab Prezidentin “əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar?”,- deyə səsləndirdiyi sual ilk növbədə məhz bu ölkələrə yönəlib. Bu isə onu göstərir ki, müsəlman dünyasında da “ikili standartlar”la hərəkət edən ölkələr var. Lakin sözügedən müsəlman ölkələri bundan sonra konkret seçim etməlidirlər: ya əsl müsəlman həmrəyliyi nümayiş etdirərək haqqı tapdalanan, torpaqları qəsb olunan müsəlman ölkəsinin – Azərbaycanı müdafiə etməli, yadaki müsəlman-türk dünyasına qənim kəsilən, Allah evlərini – məscidləri tövləyə çevirən, müsəlmanları kütləvi qətliama məruz qoyan işğalçı Ermənistanın yanında yer almalı. Onlar bu iki yoldan birini seçməli və necə deyərlər, öz sıralarını, yerlərini müəyyənləşdirməlidirlər. Azərbaycanın düşmənin qanlı əlini sıxan sözdə “müsəlman” ölkələrinin riyakar siyasətinə göz yummaq fikri yoxdur. Bunu hər kəs bilsin!

Azərbaycan Prezidentinin qardaş Türkiyə və strateji müttəfiqimiz Gürcüstanla bağlı səsləndirdiyi fikirləri ayrıca qeyd etmək lazımdır. Ermənistanın iyulda törətdiyi silahlı təxribat zamanı Türkiyənin sərgilədiyi prinsipal mövqeyə və əsl qardaş dəstəyinə toxunan dövlət başçımız qeyd etdi ki, Türkiyə daim ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir. Eyni zamanda Azərbaycanın da hər zaman Türkiyəyə dəstək verdiyini və bundan sonra da belə olacağını qeyd edən Prezident İlham Əliyev bir daha qardaşlığımızın, dostluğumuzun əbədiliyinin, dönməzliyinin əhəmiyyətinə toxundu: "Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, - bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, - Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir”.

İlham Əliyev son müsahibəsində qardaş Türkiyədən danışarkən həm də tarixi təftiş və təhrif etməyə həmişə həvəsli olan Ermənistan rəhbərliyinə və siyasi elitasına, erməni tarixçilərinə sözün həqiqi mənasında tarix və diplomatiya dərsi keçdi. Belə ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq, “diriltmək” istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı qeyd etdi ki, “ağlı başında olan heç bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir”.

Prezident həmçinin, ermənilərin Gürcüstan və Azərbaycanın dostluq əlaqələrini daim zədələməyə, korlamağa çalışan hərəkətləri barədə də ətraflı danışdı və eyni zamanda iyul döyüşləri əsnasında qonşu Gürcüstanın öz ərazisindən Ermənistana silah daşınmasına icazə verməməsini yüksək qiymətləndirdi: “Həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda gürcü familiyalı altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xaraketrli hadisələrin mənbəyi dünya erməniliyidir. Onların Gürcüstanda əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan və Gürcüstan etibarlı tərfdaşlardır və biz bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub”.

Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın və ermənilərin hər zaman Gürcüstana qarşı məkrli davrandığını qeyd etdi:”Amma baxın, Ermənistan özünü necə aparır. Ermənistan rəhbərliyinin təhriki ilə Gürcüstanda yaşayan bəzi yerli ermənilər orada qızışdırıcı fəaliyyətlə məşğul olurlar. Onlar separatizmə meyl göstərirlər, altdan-altdan orada təxribat xarakterli və ideoloji işlər aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddia edirlər, ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər, orada Gürcüstanın dövlət rəmzlərinə lazımı hörmət göstərmirlər. Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verir: “Ermənistan ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə səs verir. Bu, necə ola bilər? Sən bu ölkənin ərazi bütövlyünü tanımırsan. Eyni zamanda gürcü xalqı, əminəm ki, unutmayıb Abxaziyada gedən müharibədə erməni “Baqramyan” batalyonu hansı vəhşiliklər törədib və kimin tərəfində vuruşub”.

Dövlət başçımızın dost gürcü xalqına mesajı xüsusilə təqdirəlayiq idi və hesab edirəm ki, qonşu Gürcüstanda həm sıravi insanlar, həm də dövlət ərkanı İlham Əliyevin bu sözlərini yüksək qiymətləndirəcək və heç vaxt unutmayacaqlar: “Azərbaycan bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe göstərib və göstərəcək. Bu gün Gürcüstan xalqı hesab edirəm ki, kimin onun dostu, kimin isə onun düşməni olduğunu yaxşı bilir”.

Mən bu müsahibəyə görə cənab Prezidentə təşəkkür edirəm. Müsahibədə səsləndirilən cəsarətli fikirlərlə həqiqətən də qürur duydum. Əminəm ki, Ermənistanın avantürist siyasətinə qarşı səsləndirilən bu cür kəskin ifadələrin və xəbərdarlığın müsbət nəticəsi olacaq.

Paylaş:
Digər xəbərlər

Siyasət

4-09-2020, 12:59

Bakı diplomatik dillə danışmaqdan yorulub... - GƏLİŞMƏ

Gündəm / Siyasət / Sosial

2-09-2020, 12:42

Azərbaycan Milli Elimlər Akademiyasının Rəyasət Heyətinə

Siyasət

19-08-2020, 14:00

Gürcüstanla Azərbaycan arasında “silah tranziti” insidenti yoluna qoyuldu - TİFLİS-BAKI OXU REGİONAL SABİTLİYİN ƏSASI KİMİ

Siyasət

20-07-2020, 16:30

“Bu təkcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə hücumdur...” - TÜRKİYƏLİ GENERAL TOVUZ DÖYÜŞLƏRİ HAQDA

Siyasət

1-07-2020, 13:35

Britaniya Honkonqda təhlükəsizlik haqqında qanunu araşdıracaq

Siyasət

26-06-2020, 11:27

Cavid Qurbanov son günlərdə heç bir media orqanına eksklüziv müsahibə verməyib - ADY

Siyasət

12-06-2020, 12:38

Azərbaycana qarşı növbəti erməni-yunan TƏXRİBATI: - “Kiprə təcili nota verilməlidir”

Siyasət

8-05-2020, 14:41

Türkiyə XİN rəsmisi: “Şuşa 28 ildir bizim qanayan yaramızdır”

Siyasət

4-05-2020, 12:54

Surət Hüseynovdan YENİ İDDİA: Seçkilərdə Elçibəyi dəstəkləyib? - AÇIQLAMA

Siyasət

27-04-2020, 16:44

Rusiyalı deputat: "Ermənistan Qarabağ münaqişəsi ilə bağlı razılaşmaya əməl etməlidir"

Siyasət

27-04-2020, 14:31

Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

Son xəbərlər
  • Bugün, 13:53
    “Abzas Media”nın həbsdəki qadın əməkdaşları ictimaiyyətə müraciət edib: “Su verilməməsi ilə bizə təzyiq göstərilir”
  • Dün, 18:16
    Makron: Fransa sentyabrda Fələstini dövlət kimi tanıyacaq
  • Dün, 18:11
    Ülvi Həsənli “karser”də huşunu itirdikdən 5 gün sonra müayinə edilib – Ailəsi narahatdır
  • Dün, 16:06
    Bakı Hava Limanında BRİLYANT ƏMƏLİYYATI: Qaş qaçaqmalçılığına cəhdin qarşısı alındı
  • Dün, 15:56
    Gubad İbadoğlunun həbsindən iki il keçir – beynəlxalq təşkilatlar birgə bəyanat yaydı
  • 25-07-2025, 15:13
    Azərbaycan Amonbek Yusupovu Özbəkistana ekstradisiya edib
  • 25-07-2025, 13:20
    “Abzas Media”nın həbsdəki qadın əməkdaşları ictimaiyyətə müraciət edib: “Su verilməməsi ilə bizə təzyiq göstərilir”
  • 25-07-2025, 13:17
    Fazil Mustafaya qarşı sui-qəsd ittihamı ilə 20 il həbs alan məhbus aclıq aksiyasına başlayıb
  • 25-07-2025, 13:14
    Goranboyda dəhşətli cinayət: 15 yaşlı yeniyetmə anasını və nənəsini qətlə yetirib
  • 25-07-2025, 11:21
    "AzerGold" QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub
  • 25-07-2025, 00:06
    Qusman vəzifəsindən azad edildi
  • 25-07-2025, 00:03
    Prezident Sərəncam imzaladı. Tələbələrin təqaüdü artırıldı
  • 24-07-2025, 23:21
    Ramzan Kadırov Bodrumda dənizdə boğulma təhlükəsi keçirib
  • 24-07-2025, 23:06
    Azərbaycan pasportunun mövqeyi yaxşılaşıb: 72 ölkəyə vizasız və ya sadələşdirilmiş giriş imkanı
  • 24-07-2025, 19:14
    Almaniya millisinin qadınları Avropa çempionatının finalına çıxa bilmədi
  • 24-07-2025, 19:11
    Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayır – pauza gözlənilir
  • 24-07-2025, 19:10
    Mərkəzi Afrikada hərbi cinayət işinə dair hökm elan olunur
  • 24-07-2025, 19:07
    Rusiya-Ukrayna danışıqları yenə nəticəsiz qaldı – döyüşlər davam edir
  • 24-07-2025, 19:05
    Tayland və Kamboca sərhədində hərbi qarşıdurma yenidən alovlanıb
  • 24-07-2025, 18:38
    Avropa liderləri Pekində: Aİ ilə Çin arasında ticarət gərginliyi artır
  • 24-07-2025, 18:34
    İlham Əliyev Vladimir Putinə başsağlığı verib
  • 24-07-2025, 18:33
    Aclıq edən “Abzas Media”nın qadın jurnalistlərinə təcridxanada təzyiq göstərilir
  • 24-07-2025, 18:30
    Yevlaxda maşın su kanalına düşdü
  • 24-07-2025, 18:28
    Sərhədi pozmağa cəhd göstərən İraq vətəndaşı saxlanılıb
  • 24-07-2025, 18:26
    Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib
  • 24-07-2025, 17:17
    Daha bir inanclı fəal 3 il azadlıqdan məhrum edildi
  • 24-07-2025, 17:04
    Almaniya humanitar vizaları dayandırıb
  • 23-07-2025, 23:31
    İstanbul danışıqları: Rusiya və Ukrayna hərbi əsirlərlə yanaşı mülki şəxslərin də dəyişdirilməsinə razılaşıb
  • 23-07-2025, 21:42
    ABŞ Avropaya nüvə silahı daşıyır – Moskva narahatdır
  • 23-07-2025, 21:40
    “Amnesty International”: Azərbaycanda müstəqil media qurumu qalmayıb
  • 23-07-2025, 21:37
    Azərbaycanda bəzi siqaretlərin qiyməti bahalaşıb
  • 23-07-2025, 21:00
    Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu İstanbulda keçiriləcək
  • 23-07-2025, 20:43
    Ali Məhkəmə Əli Kərimli ilə bağlı şikayəti rədd etdi
  • 23-07-2025, 13:24
    “Sələmçi Qiyas” həbs olundu – Onlarla zərərçəkmiş var
  • 23-07-2025, 13:19
    Elxan Əbdürrəhimov yenidən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat aldı
Daha çox
Çox oxunanlar
23-07-2025, 12:42
Almaniyada yaşayan bir qrup siyasi fəallar Nürnberq şəhərində etiraz aksiyası keçirir
21-07-2025, 19:40
Almaniyada DAS təşkilatı və azərbaycanlı siyasi fəallar etiraz aksiyası keçirəcək
21-07-2025, 23:49
DAS təşkilatının yaranmasından 7 il ötür: Demokratiya uğrunda mübarizəyə 7 il
21-07-2025, 00:06
İranda Bakı–Naxçıvan avtobusları saxlanılıb: 50-yə yaxın sərnişin məsciddə girov kimi saxlanır
23-07-2025, 13:19
Elxan Əbdürrəhimov yenidən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat aldı
21-07-2025, 11:59
Netanyahu qidadan zəhərləndi
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Bugün, 13:53
“Abzas Media”nın həbsdəki qadın əməkdaşları ictimaiyyətə müraciət edib: “Su verilməməsi ilə bizə təzyiq göstərilir”
Dün, 18:11
Ülvi Həsənli “karser”də huşunu itirdikdən 5 gün sonra müayinə edilib – Ailəsi narahatdır
Dün, 15:56
Gubad İbadoğlunun həbsindən iki il keçir – beynəlxalq təşkilatlar birgə bəyanat yaydı
25-07-2025, 13:20
“Abzas Media”nın həbsdəki qadın əməkdaşları ictimaiyyətə müraciət edib: “Su verilməməsi ilə bizə təzyiq göstərilir”
24-07-2025, 18:33
Aclıq edən “Abzas Media”nın qadın jurnalistlərinə təcridxanada təzyiq göstərilir
24-07-2025, 17:17
Daha bir inanclı fəal 3 il azadlıqdan məhrum edildi
Sosial
“Abzas Media”nın həbsdəki qadın əməkdaşları ictimaiyyətə müraciət edib: “Su verilməməsi ilə bizə təzyiq göstərilir”
Ülvi Həsənli “karser”də huşunu itirdikdən 5 gün sonra müayinə edilib – Ailəsi narahatdır
Bakı Hava Limanında BRİLYANT ƏMƏLİYYATI: Qaş qaçaqmalçılığına cəhdin qarşısı alındı
Gubad İbadoğlunun həbsindən iki il keçir – beynəlxalq təşkilatlar birgə bəyanat yaydı
“Abzas Media”nın həbsdəki qadın əməkdaşları ictimaiyyətə müraciət edib: “Su verilməməsi ilə bizə təzyiq göstərilir”
Aclıq edən “Abzas Media”nın qadın jurnalistlərinə təcridxanada təzyiq göstərilir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə