USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Nikol Paşinyan şokdadır - MHP sədri

Siyasət

23-09-2020, 15:29

Nikol Paşinyan şokdadır - MHP sədriƏlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Cənab Prezidentin 19 sentyabr tarixində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi sensasiyon fikirlər barədə artıq həm Azərbaycanda, həm də xaricdə bir çox siyasi müşahidəçilər, ekspertlər açıqlamalar verib, münasibət bildiriblər.

Məni isə hamıdan çox məhz düşmən ölkənin baş nazirinin və ekspertlərinin İlham Əliyevin müsahibəsinə necə reaksiya verəcəkləri maraqlandırırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan hələ ki, susur. Çünki şokdadır. İlham Əliyevin çıxışı ona şok yaşadıb. Çünki Azərbaycan Prezidenti bu çıxışında Paşinyanı rəzil edib və onun gerçək simasını (daha doğrusu, yalançı, riyakar, məsuliyyətsiz, qeyri-ciddi simasını) açıb ortaya qoyub, ifşa edib.

Mən bu fikrimi, bu qənaətimi, öz təxminlərim əsasında yox, Ermənistan KİV-lərində, erməni social şəbəkə istifadəçilərinin şərhlərində yer alan fikirlərin əsasında deyirəm. Bəli, istər bir çox erməni siyasətçiləri və ekspertləri, istərsə də sıravi ermənilər Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyi barədə səsləndirdiyi fikirləri anlayışla qarşılayır və bu fikirlərin həqiqət olduğunu etiraf edirlər.

Mən indi Ermənistanın nüfuzlu şəxslərindən ikisinin - Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyanın və politoloq Stepan Danielyanın Prezident İlham Əliyevin müsahibəsi ilə və Nikol Paşinyanla bağlı fikirlərini təqdim etmək istəyirəm. Bu fikirlər Prezident İlham Əliyevin siyasi və hərbi ritorikasının təsir gücünü, effektini qiymətləndirmək baxımından çox önəmlidir.

Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərlə görüşündə bildirib ki,“Qarabağ münaqişəsi ətrafında baş verən proseslər çox narahatvericidir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları aydın siyasi məqsədə malikdir. Türkiyə tərəfinin də bəyanatlarını nəzərdən keçirsək, başa düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir”.

O qeyd edib ki, İlham Əliyevin bəyanatları barədə ciddi düşünmək lazımdır və bu bəyanatların arxasında aydın şəkildə tanklar və toplar görünür. Aşotyan həmçinin Paşinyan-Mnasakanyan cütlüyünün Qarabağla bağlı siyasətini uğursuz siyasət kimi qiymətləndirib. Aşotyan Qarabağ məsələsinin həlli haqqında danışarkən deyib: “Prosesə öz nöqteyi-nəzərlərindən başlayaraq bütün prosesi ayaqlarının altına atıblar. Proses hələ başlamamış biz potensial günahkarıq, niyə? Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılmışdılar, iki il yarım ərzində bizi dinləmirlər”. Respublikaçılar partiyasının sədr müavini deyib ki, Nikol Paşinyan bütün bunlara görə cavab verməlidir. “Müharibə olsa, Ermənistan bu müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan Baş naziri - Xarici İşlər naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması təəccüblüdür”, - deyə o qeyd edib.

Aşotyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Nikol Paşinyan keçmiş iqtidar komandasının yenidən hakimiyyətə geri qayıtmaması üçün ondan atəşkəsi gücləndirməyi xahiş edib və Qarabağ məsələsinin həlli üçün vaxt istəyib. Aşotyanın fikrincə, Ermənistanda baş verən bütün proseslər Qarabağ məsələsi ilə əlaqəlidir. Aşotyan qeyd edib ki, hazırda Azərbaycan təbliğatı qalib gəlir.“Ermənistan-Qarabağ münasibətlərində heç vaxt bu cür xaos olmayıb”, - deyə Aşotyan bildirib.

Armen Aşotyan Azərbaycan Prezidentinin çıxışını Nikol Paşinyanın iç üzünü açıb ifşa etmək baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. “Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır. Nikol Paşinyan Qarabağ danışıqları məsələsi üzrə elə bir günah toplayıb ki, bu günahdan təmizlənə bilməz, günah çantasını götürməli və getməlidir”, - deyə Aşotyan vurğulayıb.

Erməni politoloq Stepan Danielyan isə İlham Əliyevin çıxışlarını etibarlı mənbə kimi qiymətləndirib və ermənilərin əsl həqiqətləri Azərbaycan Prezidentinin çıxışlarından öyrənə biləcəyini qeyd edib. O, bununla bağlı erməni ictimaiyyətinə belə bir çağırış da edib: “İlham Əliyevin çıxışlarını diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və bir çox hallarda həqiqəti məhz ondan öyrənmək olur, bizim pəltək yalançıdan yox”.

Politoloq S.Danielyanın bu fikiri erməni sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Danielyan isə etiraf edib ki, Prezident İlham Əliyevin son müsahibəsi Ermənistanda həqiqətdən də böyük rezonans doğurub və zəlzələ effekti verib. Çünki İlham Əliyev Ermənistanın son təxribatlarının nə ilə nəticələnəyini erməni ictimaiyyətinin diqqətinə çatdırdı və bir növü onları ayıltmış oldu. Azərbaycan Prezidenti işğalçı ölkənin baş nazirinin hazırki siyasətinin Ermənistana çox baha başa gələcəyini ermənilərin diqqətinə çatdırdı. Paşinyanın yalanları ilə, Feysbuk üzərindən populistcə etdiyi canlı yayımlarla (əslində isə canlı nağıllarla) bəslənən sıravi ermənilər yəqin ki, İlham Əliyevin bu çıxışından özləri üçün lazımi nəticələr çıxaracaqlar.

Paylaş:
Digər xəbərlər

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Siyasət

22-09-2020, 19:47

"Prezident düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir"

Siyasət

21-09-2020, 16:48

"Müsahibədə səsləndirilən cəsarətli fikirlərlə həqiqətən də qürur duydum"

Siyasət

20-09-2020, 15:30

Prezident İrəvana mesaj verdi, Türkiyə mediası yazdı

Siyasət

10-09-2020, 11:02

Klan savaşında taym-aut: - “Paşinyan qorxur ki, Rusiya çevriliş edər”

Siyasət

3-08-2020, 15:20

"Baxın, dəstək verdiyiniz ölkənin baş naziri görün kimlərlə əlbirdir" - GƏLİŞMƏ

Siyasət

7-07-2020, 17:40

Paşinyanın saxta reytinq oyunu - Erməni baş nazir rəzil durumda

Siyasət

20-06-2020, 12:00

Yeni bazarlıq: Köçəryanı buraxır, Tsarukyanı həbs edir... - GƏLİŞMƏ

Siyasət

9-05-2020, 17:10

İndoneziya mətbuatında Heydər Əliyevlə bağlı məqalələr dərc olunub

Siyasət / Sosial / Hadisə

7-03-2020, 12:07

Paşinyan metroda biabır oldu: Qız bukleti cırıb üstünə atdı (VİDEO)

Siyasət

22-02-2020, 16:00

Dağlıq Qarabağda “Təhlükəsizlik Şuraları”nın qapalı iclası keçirilir - Paşinyanın iştirakı ilə

Son xəbərlər
  • Bugün, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • Bugün, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • Bugün, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • Bugün, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • Bugün, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • Dün, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • Dün, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • Dün, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • Dün, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • Dün, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • Dün, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • Dün, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • Dün, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
Daha çox
Çox oxunanlar
Dün, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
Bugün, 15:46
Zəfər günün mübarək Azərbaycan!
Dün, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
Dün, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
Dün, 22:04
Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə