USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Türkiyədəki rus səfir: Onlar Rusiyanı sevmir...

Siyasət / Müsahibə / Dünya

10-02-2021, 10:10

Türkiyədəki rus səfir: Onlar Rusiyanı sevmir...

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Komsomolskaya pravda”nın müxbirinə müsahibə verib. 1983-cü ildən bəri diplomatik xidmətdə olan Yerxov Mərakeş (1983 - 1987), Misir (1990 - 1994), İsrail (1996 - 2000) səfirliklərində çalışıb. 6 il Rusiya Federasiyasının İstanbuldakı baş konsulu vəzifəsində çalışıb, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzinə rəhbərlik edib.

Yerxovun müsahibəsində müxbirin Türkiyə haqda sualları yumşaq desək, qərəzli görünür. Amma səfir əlbəttə ki, suallara xeyli diplomatik tərzdə cavab verib.

Axar.az Musavat.com-a istinadla müsahibəni təqdim edir:

- Pandemiya Rusiya-Türkiyə münasibətlərinə necə təsir edib?

- Siyasi dialoq və nümayəndə heyəti səviyyəsində görüşlər azalıb. Ticarət dövriyyəsi də geriləyib: keçən ilin 11 ayına olan məlumatlara görə, ikitərəfli ticarət 2019-cu ilin eyni dövrünə nisbətən 22% azalaraq, 18,5 milyard dollar təşkil edib. Ancaq eyni zamanda, iki ölkənin prezidentləri təmasları daima davam etdiriblər. Üç şəxsi görüş keçirilib, üstəlik videokonfrans vasitəsi ilə Astana formatında sammit olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.

- Rusiya cəmiyyəti Türkiyəni ölkəmizin geosiyasi rəqibi kimi görür. Sizcə, bu fikir nə dərəcədə haqlıdır?

- Bir ingilis dövlət xadimi deyib ki, onun ölkəsinin daimi dostları yox, daimi mənafeləri var. Bu prinsip bütün digər dövlətlərə də aiddir. Hər ölkənin öz maraqları var və onları rəhbər tuturlar. Siyasət siyasətdir. Bəzən sərt, bəzən qəddar ola bilər. İki güclü ölkə, iki imperiya, necə deyərlər, sərhəd-sərhədə əsrlər boyu yanaşı yaşayırlarsa, bu və ya digər mərhələdə qarşıdurma qaçılmaz ola bilər. Türkiyə ilə üç əsrdə kiçik münaqişələri nəzərə almasaq, on iki böyük müharibəmiz olub. Bu səbəbdən Türkiyənin insanların şüurunda rəqibimiz olması təəccüblü deyil.

- Türklərin də eyni düşüncələri varmı?

- Kimsə rus turistlərin gəlməsinə sevinir, çünki mağazasında bundan əlavə gəlir əldə edirlər. Biri rusun ağıllı və gözəl qadınına görə sevinir. Ancaq tarixi stereotiplərin əsiri olanlar da var ki, onlar Rusiyanı sevmir, ona etibar etmir. Buna da tez-tez rast gəlirik.

- Dostlar və maraqlar haqqında sitatı xatırladınız. İndi Rusiya ilə Türkiyənin fərqli maraqları varmı?

- Bəli, yəqin ki, var. Ancaq türkiyəli həmkarlarımızla birlikdə balansı və qarşılıqlı hörmətə əsaslanaraq, kompromislərə imkan verən variantlar axtarırıq. Buna ən yaxşı nümunə Rusiya, Türkiyə və İranın Suriyadakı genişmiqyaslı döyüş əməliyyatlarını dayandıra bilməsidir.

- Türkiyə Ukraynaya pilotsuz təyyarələr tədarükünü və hətta birgə istehsal etməyi planlaşdırır. Bu silahların “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”na qarşı istifadə olunacağına dair hər hansı təhlükə varmı?

- Baxın, iki suveren dövlət hərbi-texniki əməkdaşlığı inkişaf etdirir. Prinsipcə, buna etiraz etmək çətindir. Amma etirazlar da olur. Məsələn, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması Qərbdə bəzilərində son dərəcə mənfi reaksiyasına səbəb oldu. Amma biz əlbəttə ki, bu kimi əməkdaşlıq məsələlərinə daha sakit yanaşırıq. Eyni zamanda, Rusiyanın ekspert dairələrinin, Kiyevin türk "Bayraqdar"a sahib olmasının üstünlüyüdən istifadə edə biləcəyi ilə bağlı narahatlıqları da bölüşmək lazımdır. Münaqişənin yenidən hərbi yolla həlli cəhdləri barədə narahatlıqlar haqlıdırmı? Mən deyə bilmirəm. Bu ssenarinin gerçəkləşməsini istəməzdim. Bunun baş verməməsi üçün çalışacağıq.

- Türkiyənin Dağlıq Qarabağdakı münaqişədəki rolunu necə qiymətləndirirsiniz? İstanbul Azərbaycanı fəal şəkildə dəstəklədi, onları “Bayraqdar”larla təmin etdi.

- Biz bölgədəki vəziyyətin gərginləşdiyi andan etibarən Türkiyə ilə sıx təmasda olduq, daim məsləhətləşdik. Nəticə etibarilə, 31 yanvarda Rusiya və Türkiyə tərəflərindən 60 zabitin sülh razılaşmalarının icrasını birlikdə izləyəcək Monitorinq Mərkəzi işə başladı.

- Rusiyanın sizdən əvvəlki səfiri öldürüldü. Burada özünüzü təhlükəsiz hiss edirsiniz?

- Bu faciədən sonra əlavə təhlükəsizlik tədbirləri görüldü. İndi bu barədə təfərrüata varmaq, detallar haqqında danışmağı lazımsız hesab edirəm.

- Türkiyə türkdilli dövlətlərin birliyini yaratmağa, bu birlikdə lider rolunu oynamağa hazır olduğunu fəal şəkildə təbliğ edir. Ankara keçmiş SSRİ respublikalarını da öz maraq zonalarına daxil etmək istəyir. Moskva bu cür ideoloji təşkilatlanmaya necə baxır?

- Həyatdan konkret misallara baxaq. Tələbənin türk və Türkiyə tarixini öyrənməsi yaxşıdır, yoxsa pis? Yəqin ki, yaxşıdır. Teatr, musiqi və rəqs qruplarının dövlətlərarası və bölgələrarası mübadiləsi inkişaf edir, bu necədir? Görünür, çox faydalıdır. Amma aşkar şovinizm fikirlər “hiyləgərliklə” təbliğ olunursa - bu, şübhəsiz ki, pisdir. Ancaq problem ondadır ki, bu cür prosesin tam məzmununu ayırd etmək, belə demək mümkünsə, dənəni samandan ayırmaq qədər çox çətindir.

Paylaş:
Digər xəbərlər

Siyasət / Dünya

10-02-2021, 09:34

Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü olub

İqtisadiyyat / Sosial / Dünya

6-02-2021, 02:02

Maldiv adalarına bu il turistlər ən çox hansı ölkələrdən gedib?

Gündəm / Siyasət

2-02-2021, 19:03

Sahibə Qafarova İran səfiri ilə müzakirələrdə

Siyasət / Dünya

27-01-2021, 17:31

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

Siyasət / İqtisadiyyat

26-01-2021, 01:08

Azərbaycanda Rusiyanın kənd təsərrüfatı attaşesi işə başlayacaq

Siyasət / Dünya

25-01-2021, 21:22

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Siyasət

10-12-2020, 12:54

Rusiya olmasa, Ermənistan ordusu... - Manukyandan ETİRAF

Dünya

19-10-2020, 10:16

Bəhreynlə İsrail rəsmi diplomatik əlaqələr qurdu

Siyasət

7-10-2020, 11:03

Paşinyan Putinlə bağlı bu sualdan yayındı

Siyasət

23-09-2020, 10:19

Rusiya bu iki obyektə görə hər şey edəcək - Starikov

Siyasət

18-08-2020, 11:56

Rusiya ilə Niderland arasında “juçok” qalmaqalı

Siyasət

5-06-2020, 13:38

İndoneziyanın yeni səfiri Azərbaycana payızda gələcək

Son xəbərlər
  • Bugün, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • Bugün, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • Bugün, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • Bugün, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • Dün, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • Dün, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • Dün, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
  • 9-05-2026, 20:42
    Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
  • 9-05-2026, 20:39
    Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
  • 8-05-2026, 20:00
    “Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu
  • 7-05-2026, 20:51
    Zaxarova: “Simonyan Belarusun uğurlarını qısqanır”
  • 7-05-2026, 20:46
    Maaş kartları ilə bağlı yeni sistem hazırlanır
  • 7-05-2026, 20:43
    Zelenski İlham Əliyevə zəng edib
  • 7-05-2026, 20:41
    Möhsün Rzayi: “ABŞ bölgədən geri çəkilə bilmir”
  • 7-05-2026, 20:39
    Azərbaycan üzərindən Ermənistana alüminium və taxıl daşınıb
  • 7-05-2026, 18:13
    VOA prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
  • 6-05-2026, 19:35
    Diplomatlar üçün hərbi xidmətlə bağlı yeni imtiyazlar nəzərdə tutulur
  • 6-05-2026, 19:34
    ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
  • 6-05-2026, 19:32
    Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
  • 6-05-2026, 19:29
    Tofiq Yaqublu tibb məntəqəsinə yerləşdirilib – vəziyyəti ağırdır
  • 6-05-2026, 19:26
    Mirzoyan: “Azərbaycanla artıq real sülh mövcuddur”
  • 6-05-2026, 19:24
    Simonyan: “Azərbaycana səfərə hazıram”
  • 6-05-2026, 19:22
    Yol hərəkəti qaydalarında dəyişiklik: cərimə bildirişi artıq şüşəyə qoyulmayacaq
  • 6-05-2026, 19:21
    Paşinyan Moskvadakı parada dəvət olunub
  • 6-05-2026, 19:19
    Uşaqlara qarşı zorakılıq gizlədilərsə – cərimə tətbiq olunacaq
  • 6-05-2026, 19:18
    Azərbaycandan tranzitlə Ermənistana alüminium və taxıl göndəriləcək
  • 6-05-2026, 19:16
    Ödənişli yolda sürətə nəzarət gücləndirilib
  • 6-05-2026, 19:12
    Makronun Türkiyəyə quru sərhəddən keçidi ilə bağlı iddialar yayılıb
  • 6-05-2026, 10:38
    3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
  • 5-05-2026, 20:33
    Prezident İlham Əliyev Kaya Kallası qəbul edib
  • 5-05-2026, 01:04
    Giorgia Meloni Azərbaycana səfərini başa vurdu
  • 4-05-2026, 19:27
    İlham Əliyev İrəvandakı sammitdə onlayn çıxış edib
  • 4-05-2026, 19:24
    Azərbaycan üzərindən Ermənistana gübrə göndəriləcək
Daha çox
Çox oxunanlar
5-05-2026, 01:04
Giorgia Meloni Azərbaycana səfərini başa vurdu
6-05-2026, 10:38
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
4-05-2026, 19:20
İtaliyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
4-05-2026, 19:22
İlham Əliyev Giorgia Meloni ilə təkbətək görüş keçirir
4-05-2026, 19:24
Azərbaycan üzərindən Ermənistana gübrə göndəriləcək
6-05-2026, 19:19
Uşaqlara qarşı zorakılıq gizlədilərsə – cərimə tətbiq olunacaq
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə