USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Siyasətçi Tofiq Yaqublu səhhətində yaranan ciddi problemlərə görə tibb məntəqəsinə yerləşdirilib.
Onun qızı Nigar Həzi bildirib ki, son günlər ayağında yaranan şiş səbəbindən Yaqublu yeriyə bilməyib və vəziyyəti kəskin ağırlaşıb. Məlumata görə, o, bu gün təcili olaraq tibb məntəqəsinə aparılıb.
Nigar Həzi həmçinin Hepatit C virusuna yoluxma ilə bağlı yayılan iddialara da münasibət bildirib və qeyd edib ki, analiz nəticələri ailə ilə bölüşülmür.
Hazırda Tofiq Yaqublunun vəziyyəti ilə bağlı rəsmi tibbi qurumlardan əlavə açıqlama verilməyib.