USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yerləşən ödənişli avtomobil yolunda sürət həddinə nəzarət gücləndirilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib. Məlumata görə, yolun müxtəlif hissələrində quraşdırılmış radar qurğuları vasitəsilə sürət həddinə riayət olunmasına intensiv nəzarət həyata keçirilir.
Qurum sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə və təhlükəsizlik tələblərini gözləməyə çağırıb.