
Ararat Mirzoyan Azərbaycanla münasibətlərin artıq sülh mərhələsinə keçdiyini bildirib.
Ermənistanın xarici işlər naziri qeyd edib ki, sülh sazişi hələ imzalanmasa da, iki ölkə arasında faktiki olaraq sülh vəziyyəti yaranıb. Onun sözlərinə görə, sərhəddə uzun müddətdir insident qeydə alınmır və iki ildən artıqdır ki, atəşkəs pozuntuları nəticəsində itkilər baş verməyib.
Mirzoyan bildirib ki, Azərbaycanın tranzit məhdudiyyətləri aradan qaldırması mühüm addım olub və artıq tərəflər arasında iqtisadi əlaqələr də formalaşmağa başlayıb.
Nazir həmçinin qeyd edib ki, Ermənistan Azərbaycandan neft məhsulları alır və gələcəkdə bəzi malların Azərbaycan şirkətlərinə satılması da planlaşdırılır:
“Bu, sülhün real göstəricisidir. Hələ bütün məsələlər həll olunmayıb, amma istiqamət nikbindir”, – deyə o vurğulayıb.