
Nikol Paşinyan seçki kampaniyası zamanı etdiyi çıxışda Qarabağın heç vaxt Ermənistanın olmadığını bildirib.
Ermənistan baş naziri ölkəsinin Qarabağı “itirməsi” ilə bağlı fikirlərlə razılaşmadığını deyib:
“Deyirlər ki, torpaqlarımızı itirmişik. Bəs bu torpaqlar necə bizim idi? Onlar necə bizim idi? Zəhmət olmasa, izah edin”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, Qarabağda Ermənistan tərəfindən real dövlət quruculuğu aparılmadığını iddia edir:
“Orada məktəb tikmişikmi? Uşaq bağçası? Zavod? Orada yaşayırdıqmı? Qəsəbə yaratdıqmı? Qarabağın bizim olması nə demək idi? Qarabağ bizim deyildi”, – Ermənistanın baş naziri qeyd edib.
Paşinyanın bu açıqlamaları Ermənistanda daxili siyasi müzakirələrə və müxalifətin tənqidlərinə səbəb olub.