USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Moskvada 9 May Qələbə Günü tədbirləri çərçivəsində planlaşdırılan ənənəvi atəşfəşanlıq keçirilməyib.
Rusiya mətbuatının yaydığı məlumata görə, axşam saatlarında şəhərin müxtəlif yerlərində atəşfəşanlığı izləmək üçün toplaşan sakinlərə tədbirin ləğv olunduğu elan edilib.
Bildirilir ki, təhlükəsizlik rəsmisi səsgücləndirici vasitəsilə:
“Hörmətli vətəndaşlar, Moskva boyunca atəşfəşanlıq ləğv edilib”, – deyə müraciət edib.
Atəşfəşanlığın hansı səbəbdən ləğv olunduğu barədə rəsmi açıqlama verilməyib.