USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Toplum TV" işi üzrə 2 nəfər polis nəzarətində olmaqla 7 jurnalist həbs edilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-03-2024, 08:24

"Toplum TV" işi üzrə 2 nəfər polis nəzarətində olmaqla 7 jurnalist həbs edilib

Martın 8-də Bakı Şəhəri Xətai Rayon Məhkəməsində "Toplum TV" işinə görə saxlanılanlar barəsində həbs qətimkan qərarı seçilib.

Vəkillərin Turana verdiyi məlumata görə, bu iş üzrə saxlanılan Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabbar və Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkillərin dediyinə görə, jurnalistlər və Akif Qurbanov ittihamlarla razı deyil.

Onlar hesab edir ki, ictimai-siyasi və jurnalist fəaliyyətlərinə görə həbs ediliblər.

Akif Qurbanovun vəkili Şəhla Hümbətova Turana bildirib ki, Akif Qurbanov və digərləri məhkəməyə gətiriləndə pis rəftara məruz qalıblar.

"Akif Qurbanov məhkəmədə ona qarşı fiziki təzyiq olmadığını dedi. Lakin bu gün məhkəməyə gətiriləndə biz bunun şahidi olduq. Həm mən, həm də mənim həmkarlarım. Akif Qurbanovu və İlkin və Ramili vəhşicəsinə elə bir şəkildə - yəni qollarını arxadan burub, başını aşağı əyərək məhkəməyə gətiriblər. Ondan sonra Akif Qurbanovu gətirəndə mən eşitdim ki, "sındırdınız" dedi. Mən belə başa düşdüm ki, onu belə zorakı şəkildə gətiriblər. Bununla bağlı video çəkiliş var. Təqdim edəcəyik şikayətimizi. Mən başa düşmürəm ki, bu zorakılıq hansı zərurətdən doğur. Pis rəftarın heç bir izahı yoxdur", vəkil deyib.

Eyni zamanda İlkin Əmrahovun vəkili Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, müdafiə etdiyi şəxsin hüquqları saxlanılan zaman pozulub. Vəkillə təmin olunmayıb. Valideynləri məhkəmə iclasına buraxılmayıb.

Bundan əlavə vəkil İlkin Əmrahovun hüqunun pozulduğunu deyib.

"Onun dediyinə görə istintaqda sadəcə hazır suallar var idi. İttihama aid olmayan suallar idi. O məhkəmədə bildirib ki, sadəcə texniki işlərlə məşğul olub. Özünü təqsirli bilmir. Bu gün təqsirləndirilən şəxs qismində cəlb olunan zaman o, ifadə veməkdən imtina etdi", Rövşanə Rəhimli əlavə edib.

Bu deyilənlərlə bağlı istintaq tərəfindən şərh almaq mümkün olmayıb.

Bakı Xətai Rayon Məhkəməsi "Toplum TV" işinə görə saxlanılan Fərid İsmayılov və Elmir Abbasov barəsində isə polis nəzarətində qətimkan tədbiri seçib və onlar azadlığa buraxılıb.
"Toplum TV" işi üzrə 2 nəfər polis nəzarətində olmaqla 7 jurnalist həbs edilib
Qərardan sonra jurnalistlərə açıqlama verən Fərid İsmayılov bildirib ki, məhkəmənin belə qərarını gözləmirdi.

“Həbs olunacağımı gözləyirdim. İndi isə çöldəyəm. Şok içindəyəm. Martın 6-da bizim ofisimizə özlərini təqdim eləməyən, amma polis geyimində olan onlarla polis daxil oldu. Hətta biz yemək yeyirdik. Telefonlarımızı dərhal əlimizdən aldılar. Başladılar axtarışlara. Nə axtarırdılar bilmirdik. Amma onların əllərində konkret siyahı var idi. Bizim ofisə gələnə qədər onların əlində evdə axtarış aparılması ilə bağlı məhkəmənin qərarı var idi. Hazırda yaşadığım evin ünvanına getdim. Vəkil istədim. Təmin eləmədilər. Axtarış oldu. Evdən tapılanlar mənə məxsus olmayıb. Bütün nəyimiz var hamısını müsadirə ediblər. Ona yaxın şəxs məndən ifadə almağa çalışdı”, Fərid İsmayılov bildirib.

Onun sözlərinə görə, gecəni Xətai rayonunda yerləşən müvəqqəti saxlanma məntəqəsində keçirib.

“Heç kəslə ünsiyyət qurmağa imkan verməyiblər. Dörd nəfərlik kamerada tək qalmışam. Digər yoldaşlar da həmçinin. Bir epizoddan başqa, hansı ki o zaman vəkilim yox idi. Vəkil gələndən sonra digər münasibətlər yaxşı olub. Mən indi də deyirəm ki, onların soruşduğu suallarla bağlı mən həqiqətən heç nə bilmirəm. Heç nəyə imza atmamışam. Heç nə ifadə verməmişəm. Bütün vərəqələrdə yazmışam ki, ifadə verməkdən imtina edirəm,” o əlavə edib.

Azərbaycan Daxili İşlər Nazirliyi birmənalı olaraq saxlanılan və tutulan şəxslərin pis rəftar və işgəncəyə məruz qalması ilə bağlı deyilənləri təkzib edir.

Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

"Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".

Baş redaktor deyib ki, "Toplum TV"-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.

"Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır", İsmayıl qeyd edib.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 23:01

Toplum TV-nin əməkdaşı İlkin Əmrahov barəsində də 4 aylıq müddətinə həbs qətimkan tədbiri seçilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 22:13

Toplum TV-nin jurnalisti Müşfiq Cabbar həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-03-2024, 21:31

“Toplum TV” cinayət işi ilə bağlı Akif Qurbanov həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-03-2024, 09:13

Saxlanılan Akif Qurbanovun vəkili polis tərəfindən zorakılığa məruz qalıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-03-2024, 22:39

"Toplum TV" -nin 7 jurnalist əməkdaşı saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-03-2024, 19:26

“Toplum TV" redaksiyasının fəalliyyəti dayandırıldı. Jurnalistlər polis tərəfindən saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-01-2024, 15:24

Polis həbs olunan fəalın şəxsi əşyalarını qaytarmır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-01-2024, 01:48

“AbzasMedia” işi ilə bağlı 6 jurnalist həbs olunub

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-01-2024, 17:33

Jurnalist Elnarə Qasımova həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma / foto

24-07-2023, 17:44

Qondarma FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib

Sosial / Hadisə

3-06-2023, 20:59

Model sevgilisini döyən Ziya Hüseynzadə həbs olundu

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

21-01-2023, 18:07

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 30 gün uzadıldı

Son xəbərlər
  • Dün, 13:34
    İlham Əliyev “Euronews”a müsahibə verib
  • Dün, 13:31
    Dövlət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
  • Dün, 13:28
    Trampdan Paşinyana təklif
  • 19-01-2026, 20:11
    Bakıda oğurluq edən qardaşlar saxlanılıb
  • 19-01-2026, 20:08
    FİFA prezidentindən qalmaqallı finalla bağlı açıqlama
  • 19-01-2026, 20:05
    İran Ermənistana uçuşları dayandırdı
  • 19-01-2026, 20:04
    Suraxanıda narkotacir saxlanılıb
  • 19-01-2026, 20:02
    İlham Əliyev Davosda “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
  • 19-01-2026, 16:44
    “Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
  • 19-01-2026, 15:43
    Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Davosda səfərdədirlər
  • 18-01-2026, 23:21
    Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
  • 18-01-2026, 23:19
    Pezeşkian Xamenei ilə bağlı xəbərdarlıq edib
  • 18-01-2026, 23:17
    Hindistan Ermənistana yeni raket partiyası göndərib
  • 18-01-2026, 00:53
    Tramp: “İranda yeni liderlik axtarmağın vaxtıdır”
  • 17-01-2026, 21:58
    Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
  • 17-01-2026, 18:20
    Fərid İsmayılovun həbsindən bir il ötür
  • 17-01-2026, 18:20
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 17-01-2026, 15:07
    Minimum əmək haqqı anlayışı dəyişdirildi
  • 17-01-2026, 14:55
    Tovuzda kişi su kanalında boğularaq ölüb
  • 17-01-2026, 14:53
    Paytaxtda oğurluq edən 5 nəfər saxlanılıb
  • 17-01-2026, 14:38
    Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
  • 16-01-2026, 14:50
    Nərimanovda oğurluq edən şəxslər saxlanılıb
  • 16-01-2026, 14:42
    Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
  • 16-01-2026, 14:40
    İran molla rejimi etirazlarda ölənlərin meyitlərini ailələrinə pulla verir – BBC
  • 15-01-2026, 17:22
    “Qarabağ” – “Ayntraxt” oyununun biletləri satışa çıxarılır
  • 15-01-2026, 17:19
    Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
  • 15-01-2026, 17:14
    Azərbaycan və Ermənistan nümayəndələri Sədərək–Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
  • 15-01-2026, 13:56
    Narkotik satan iki nəfər saxlanılıb
  • 15-01-2026, 13:53
    Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
  • 15-01-2026, 02:53
    İran hava sahəsini bağladı
  • 14-01-2026, 21:52
    Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
  • 14-01-2026, 20:26
    Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib
  • 14-01-2026, 15:05
    Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
  • 14-01-2026, 14:39
    İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
  • 13-01-2026, 22:40
    Tərtər sakinləri üçün pulsuz hüquqi məsləhət keçiriləcək
Daha çox
Çox oxunanlar
15-01-2026, 02:53
İran hava sahəsini bağladı
15-01-2026, 13:53
Qərb Sənaye Parkı yaradılır – Prezident Fərman imzaladı
14-01-2026, 21:52
Tramp İranda etirazlara çağırış etdi: “Yardım yoldadır”
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
14-01-2026, 14:39
İsrailli ekspert: ABŞ-ın müdaxiləsindən sonra İranda hakimiyyət Pezeşkiana ötürülə bilər
14-01-2026, 15:05
Zabitlərin həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
17-01-2026, 18:20
Fərid İsmayılovun həbsindən bir il ötür
17-01-2026, 14:38
Meydan TV işi üzrə məhkəmədə etiraz və aclıq aksiyası elan edilib
15-01-2026, 17:19
Gültəkin Hacıbəyli MİT rəhbərinə səslənib
7-01-2026, 23:36
Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlının psixoloji vəziyyətinin ağır olduğu bildirilir
7-01-2026, 21:29
Dizel yanacağı son 4 ildə iki dəfəyə yaxın bahalaşıb
5-01-2026, 22:21
“Toplum TV işi” üzrə məhkəmədə etirazlar: Xarici səfərlərin ittiham predmeti olması absurd adlandırıldı
Sosial
İran Ermənistana uçuşları dayandırdı
“Yüksəliş” müsabiqəsinin qaliblərinin ÇİRES-ə səfəri baş tutub
Binəqədidə oğurluq edən şəxslər saxlanılıb
Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya düşüb
Narkokuryerlikdə şübhəli bilinən şəxsdən 5 kiloqramdan çox marixuana aşkar edilib
Azərbaycan 4 erməni məhbusu Ermənistana təhvil verib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə