USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Gəncədə yük avtomobilinin iştirakı ilə zəncirvari qəza baş verib.
Şəhər ərazisində hərəkətdə olan “Qazel” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı “Opel” və “Chevrolet” markalı minik avtomobillərinə çırpılıb. Qəzadan sonra yük maşını yolun kənarına aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb, lakin nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır və hadisə yerinə DYP əməkdaşları cəlb olunub.