HƏMAS-ın İsrailə məlum hücumu ilə bağlı Bnai Brith International Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Salman “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb:
- Əlində silah, dilində Allah sözü olan HƏMAS üzvləri kimlərdir?
- HƏMAS radikal islamı özlərinə ideogiya olaraq seçən paramilitar bir təşkilatdır. Müsəlman qardaşlar (İxvanil Müslümün) cəmiyyətindən təsirlənən HƏMAS Fələstin bölgəsində radikal İslam dövləti qurmağı planlaşdırır. Yarandığı ilk gündən terrroru özünə bir istiqamət seçən HƏMAS İsraildə müxtəlif zamanlarda terror hadisiləri törədərək sivil insanların ölümünə səbəb olmuşdur. Bildiyiniz kimi Fələstin muxtariyyətində iki hakimiyyət mövcuddur. Qəzza zolağında HIMAS Ramallahda isə Fələstin Qurtuluş Təşkilatının hakimiyyəti mövcuddur. Qeyd edim ki, bu iki qüvvə bir-birinə ziddir daima mübarizə və müharibə içərisindədir. Dünyada Fələstin xalqının təmsilçisi Ramallahdakı fələstin hökümətidir. HƏMAS bu gün Qəzza zolağında fələstin xalqına göz yaşı acıdan başqa heç bir şey vermir. Hər il dünyadan və müsəlman dünyasından Qəzza xalqına milyon dollarla yardım ayrılır bu yardımlar məktəblər xəsdəxanların tikintisi, məzlum xalqın rifahı üçün yox, bomba və təxribatlar üçün xərclənir. Bu gün də HƏMAS fələstin xalqını yeni bir faciəyəyə aparır. Qeyd edim ki, HƏMAS Amerika, Avropa Birliyi tərəfindən terror təşkilatı siyahısına salınmışdır.
- İsrail HƏMAS-ın bu qədər güclü hava qüvvələrinə malik olduğunu düşünməzdi...
- Yuxarda qeyd etdiyim ki, HƏMAS dünyadan gələn yardımları xalqa yox təxribata bombaların hazırlanmasına xərcləyir. Düşünürəm ki, İsrailin daxili kəşfiyyat xidməti “Şin Bet” və “Mossad”ın bu məsələ də məsuliyyətsizliyi var və müharibə bitəndən sonra təqsirli şəxslər cəzalanacaq. Qeyd edim ki, HƏMAS dünyada radikal qruplarla əlaqələri və onlarla açıq və gizli əmakdaşlıq edir. Bu baxımından HƏMAS həmin ölkələr və təçkilatlardan silah-sursat və digər təxribat törədəcək vasitələr alır. İsrail dövləti bu hücümun qarşısını alacaq və bu müharibə yəhudi və fələstin xalqı arasında çətin sağalacaq daha bir yara açacaq və İsrail Fələstin arasında ola biləcək barışı çətinləşdirəcək
- Fələstin-İsrail münaqişəsində fikirlər haçalanır. Bir qism İsrailin Fələstin torpaqlarını işğal etdiyini söyləyir... Digər qism əksini fikirləşir və İsrailə haqq qazandırır...
- Mən bildirmək istəyirəm ki, 1948-ci ildə BMT qərarına əsasən bölgədə iki dövlət yaradılacaqdı - İsrail və Fələstin. Yəhudi xalqı bu qərara əsasən 14 may da öz dövlətlərini elan etdilər. Lakin Fələstin xalqı bu qərara etiraz etdi öz dövlətlərini yaratmadılar və bununla bərabər İordaniya Yürüsəlim daxil olmaqla İordan çayının qərb sahilini Misir Qəzzanı Suriyə isə Golan təpələrini işğal etdi və beş ərəb ölkəsi İsrailə müharibə elan etmişdir və bu müharibəni uduzmuşdur. Yenə Fələstin xalqı öz dövlətlərini qurmaq yerinə 1967-ci ildə yenidən Misir başdaq olmaqla ərəb ölkələri İsrailə hücum etmişdir və məğlub olmuşdur. Bu gün İsrail Orta Şərqin ən inkişaf etmiş demokratik ölkəsidir. Həmçinin o torpaqlar üç dininqəbul etdiyi Davud Peyğəmbərlə başlayır ki, Davud paytaxtı Yerüsəlim (Qüds) olmaqla İsrail krallığını qurmuşdur.
- Açıq etiraf edək ki, İsrail HƏMAS-ın hücumuna hazır deyildi…
- Bu hücüm yəhudi bayramına və Şabbat gününə təsadüf elədi. Hücum göstəriri ki, HƏMAS bu təxribata aylar əvvəl hazırlanıb. Yuxarda da, qeyd etdiyim kimi İsrail daxili kəşfiyyat xidməti Şin Bet və MOSSAD bu məsələdə məsuliyyət daşıyırlar və müharibədən sonra təqsirli şəxslər cəzalanacaq. Lakin İsrail ordusu dünyanın ən güclü və donanımlı ordusudur və tez bir zamanda vəziyyətə hakim olacaq və yenidən sabitliyi quracaq.
- İsrail son aylarda bir sıra ərəb dövlətləri ilə münasibətlərini normallaşdırsa da HƏMAS-ın bu hücumunu ərəb dövlətləri arasında dəstəkləyənlər də oldu...
- Son zamanlar İsrail ilə ərəb ölkələri arasında normallaşma başlayıb və bu bölgədə sülhün gəlməsi üçün çox vacibdir. Lakin mən düşünürəm ki, HƏMAS-ın bu təxribatı İsrail ilə ərəb ölkələri arasında olan yaxınlşamaya edilmiş bir təxribatdır. Çünki, dünyada və bölgədə İsrail ilə ərəb ölkələrinin yaxınlaşmasını bölgədə sülhün gəlməsini istətəmirlər. Məhz bu qüvvələr HƏMAS kimi radikal təşkilatlar vasitəsi ilə bu cür təxribatlara əl atırlar. Siz dediyiniz ölkələrə gəlincə, bəli, bəzi ərəb ölkələri var ki, radikalizmi və müharibəni dəstəkləri lakin, bölgədə sülhün tək yolunun qarşıqlı dioloq və yaxınlaşmadan keçir. İsraili tanımadan bölgədə nə sülh olar, nə də inkişaf ki, bəzi ərəb ölkələri bu səbəbdən İsraillə diplomatik münasibətləri bərpa edir hətda beynəlxalq layihələr keçirməyi planlaşdırırlar.
- HƏMAS və “İslami-Cihad” hərəkatı liderlərinin iyun ayında Tehranda İranın rəhbəri Əli Xamenei ilə görüşüblər. Bu onu deməyə əsas vermir ki, elə vaxtdan hücuma hazırlıq görülüb.
- İran nəinki Fələstində radikal qruplarla, Hizbullah təşkilatının qurucusu və əsas dəstəkçisidir. İran bölgədə barışın gəlməsini istəməyən əsas fiqurdur. Bu səbəbədən istər HƏMAS, “İslami Cihad” və Hizbullah terrror təşkilatları ilə təxribatlara əl atır. Iran tək məqsədi var ki, yəhudi dövlətinin varlığına son qoysun və bunun üçün bütün qüvvələrə açıq və gizli dəstək verilir. HƏMAS-ın bu hücumu region ölkələrinin İsraillə yaxınlaşmasınından sonra gəlməsi bir daha göstəririr ki, İran və digər qüvvələr bölgədə sülhün gəlməsini istəmirlər tək məqsədlərinin regionda İsrail dövlətinin varlığına son qoyulmasıdır. İran bölgə də sülhə ən böyük əngəldir .
- Sirr deyil ki, HƏMAS-ı İran maliyyələşdirir, dəstəkləyir, deməli, hücum planı İranda hazırlanıb. İsrailin İrana cavabı necə ola bilər?
- İran nəinki HƏMAS-I, bölgədə olan digər radikal qrupları dəstəkləyir. İsrail dövləti əlbəttə sabitliyi bərqərar etdikdən sonra bu məsələdə əli olan hər kəsə cavab verəcəkdir. Bu birbaşa və ya gizli ola bilər. Amma bir şey var ki, İsrail unutmur və zamanında və yerində günahsız vətəndaşlarının intiqamını alacaq. İsrail dəfələrlə beynəlxalq təşkilatların kürsüsündən İran təxribaları haqqında xəbərdarlıq edib. Düşünürəm ki, bu müharibə regionda çox şeyi dəyişəcək həm İsrailin xarici siyasət konsepsiyasını, həm də müdafiə konsepsiyasını. Lakin İsrailin İrana cavabı yalnız açıq müharibə ilə başqa üsüllarla da verilə bilər və veriləcək.
- ABŞ İsrailin yanındadır. Amma bu vaxtadək müharibə bəyanatları vermələrinə baxmayaraq heç bir ölkə İrana qarşı açıq mübarizəyə başlamayıb. Nədən çəkinirlər?
- ABŞ İsrailin yanındadır və Amerika ən böyük hərbi gəmisini İsrailə göndərir. Lakin Amerika və digər ölkələr İranla açıq müharibə yerinə onlarla danışıqlara üstünlük verirlər. Mən düşünürəm ki, artıq regionda İranla müharibə qismində olmasa da daha sərt mübarizə üsuluna keçiləcək. İranın əlində min kilometrlərlə uzağı vuracaq raketlət mövcuddur ki, bu regionu ciddi təhlükə altına qoyur. Mənim qənaətimə görə regionda İrana qarşı bundan sonra fərqli bir siyas konsept həyata keçirələcək.
- İsrail-Fələstin münaqişəsi hansı hallarda, şərtlərlə başa çata bilər.
- İsrail-Fələstin münaqişəsi həll olunması çox çətin bir prosesdir. İlk öncə bu məsələdə İran kimi təxribat törədən faktorları kənara atıb iki xalq arasında açıq dialoq olmalıdır. Ən əsas məsələlərdən biri fələstin xalqının İsraili qəbul etmələrindən keçir. Çünki hələ də bəzi qüvvələrdə İsrail xəritədən silib regionda varlığına son qoymaq istəyirlər. Bundan əlavə ən əsas məsələ Yerusəlim (Qüds) məsələsidir ki, bu şəhər problemin başlıca səbəblərindən biridir. Hər üç din üçün müqəddəs sayılan şəhər İsrailin paytaxtıdır. Məncə bu problemin tək yolu iki xalqında bir birinin varlığını qəbul etmələrində keçir və ən əsas digər qüvvələrin əlini bu məsələdən çəkmələri lazımdir ki, iki xalq bir biri ilə sülh içində yaşasınlar. Çünki hər iki dində də barışı sülhü səsləyir və iki xalqda sevsələrdə sevməsələrdə birlikdə yaşamağa məcburdurlar onun üçün bu problemin tək çıxış yolu bir birini qəbul etməkdən keçir.