
Milli Məclisin bu gün keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, eləcə də Mülki Prosessual Məcəllə və Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər müzakirə olunub.
Təklif edilən dəyişikliklərə əsasən, vəkillərə yeni hüquqlar verilir. Belə ki, bundan sonra vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə biləcək.
Eyni zamanda, Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklərə görə, bəzi hallarda vəkil özü-özünü təmsil etmək hüququna malik olacaq. Belə hallara aşağıdakılar daxildir:
• Təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;
• Şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;
• Şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya barəsində həbs qətimkan tədbiri seçildikdə;
• Cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;
• Təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcud olduqda və vəkil onlardan birinin müdafiəçisi kimi çıxış etdikdə.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.