USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 103-cü kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Qəza nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda onların vəziyyəti barədə məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.