USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Vətəndaş və İnkişaf Partiyası bəyanat yaydl

Gündəm / Siyasət / Sosial

13-01-2023, 16:35

Vətəndaş və İnkişaf Partiyası bəyanat yaydl

Vətəndaş və İnkişaf Partiyasının (VİP) BƏYANATI

2021-ci ilin ikinci yarısından başlayaraq, prinsipial siyasi mübarizə aparan, mühafizəkar və ənənəçi prinsiplərə söykənən sağ-mərkəzçi VİP və onun sədri hücumlara məruz qalmağa başladı. Bu müddət ərzində Əli Əliyevin rəsmi “Facebook” səhifəsi 2 dəfə oğurlanmış, pandemiya bəhanəsi ilə əmək fəaliyyətinə əngəllər yaradılmağa başlanmışdır. 2021-ci ilin avqust-sentyabr aylarında Parlamentin hakimiyyətə yaxın seqmentindən təşkil olunmuş kampaniya çərçivəsində mətbuat üzərindən ona qarşı geniş hücumlara və böhtana start verildi. 22 sentyabr 2021-ci il tarixdə VİP sədri Respublika Prokurorluğuna çağırılmış və ona hüquqi deyil, siyasi tələblərlə xəbərdarlıq edilmişdir. Bir müddət sonra Əli Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılmış, yalnız günün sonunda, heç bir əsas olmadan 10 saata yaxın müddət saxlandıqdan sonra azad edilmişdir. Əli Əliyev 2021-ci ilin oktyabr-noyabr aylarında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən pandemiya bəhanəsi ilə 2 dəfə cərimə olunmuşdur.

16 dekabr 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) 2 zabiti eyni məzmunlu 2 ərizə ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək Əli Əliyevin həbs olunmasını tələb etmişlər. 13 yanvar 2022-ci il tarixdə məhkəmə qərarı ilə VİP sədri Əli Əliyev danışdığı sözə, ifadə etdiyi fikrə görə, “Osmanqızı” “YouTube” kanalındakı çıxışı əsas götürülərək 5 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. Bu, son 20 il müddətində Partiya sədri və Prezidentliyə namizədin ilk həbsi idi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (AR CM) 147-ci (böhtan) maddəsi ilə Azərbaycan Respublikasının son 10 illik praktikasında ilk hüquqi akt olan VİP sədrinin ictimai statusu, alimliyi, müəllim, ailə başçısı, himayəsində azyaşlı övladının olması, səhhətindəki problemlər nəzərə alınmadan maksimum 6 ay göstərilən cəza müddətinin tam 5 ayı hökmdə öz əksini tapdı. Bu prosesin ilk olması, Əli Əliyevin bu vaxta qədər məsuliyyətə cəlb edilməməsi də hakim üçün əhəmiyyət kəsb etmədi. Sifariş icra olundu. Məhkəmənin gedişində Yasamal rayon Məhkəməsinin icraatında ikinci eyni belə işin olması, onların qanunvericiliyə uyğun şəkildə bir icraatda birləşdirilməsi tələbləri də cavabsız qaldı.

2022-ci ilin aprel ayında Əli Əliyev ikinci şikayət üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsində eyni məzmunlu ərizə əsasında DSX zabitinin tələbi ilə yenidən eyni çıxışa görə təkrarən 5 ay müddətinə həbs cəzasına məruz qaldı. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyası və AR CM-nin 8-ci maddəsi eyni əmələ görə 2-ci dəfə məhkumluğu qadağan edir. Azərbaycan hökumətinin imzaladığı və bununla üzərinə məsuliyyət çəkdiyi Avropa Konvensiyası da bir əmələ görə 2 məhkumluğu açıq şəkildə rədd edir. Diffamasiya prinsiplərinə hörmətsizliklə yanaşı, Avropa Şurasının (AŞ) üzvü, Avropa İttifaqı (Aİ) ilə bir sıra Proqramlarda əməkdaşlıq edən Azərbaycan hökumətinin belə davranışı avtoritarizmin bariz nümunəsidir.

Birinci 2 iş cəmlənərək 6 ay həbs cəzası almış Əli Əliyevin azadlığa çıxmasına az qalmış Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sabiq sədrinin şikayəti əsasında hakimiyyət 3-cü dəfə öz siyasi opponentinin həbs müddətini süni şəkildə artırmaq yolu seçdi. 23.07.2022-ci il tarixdə Yasamal rayon məhkəməsində Əli Əliyevə AR CM-nin 148-ci (təhqir) maddəsi ilə maksimum sanksiya - 6 ay cəza kəsildi.

Bununla ürəyi soyumayan hakimiyyət 23 avqust 2022-ci il tarixdə Əli Əliyevin saxlandığı Bakı İstintaq Təcridxanasında öyrədilmiş bir məhkum və Təcridxana əməkdaşlarının iştirakı ilə sifariş əsasında ssenariləşdirilmiş gedişatla artıq 4-cü cinayət işinin başlanmasına rəvac verdi. Guya VİP sədri yaşadığı kamerada heç kəsin gözləmədiyi şəraitdə 149 nəfərdən dələduzluq yolu ilə 200 min manata yaxın pul mənimsəmiş və həmin hərəkəti özündə ehtiva edən maddə ilə məhkum olunan bir nəfəri banka ilə başından vurub xuliqanlıq törətmişdir. Bu dəfə artıq AR CM-nin 227.2.3 maddəsi ilə 5 ilə qədər həbsi nəzərdə tutulurdu. 27 oktyabr 2022-ci il tarixdən Sabunçu rayon Məhkəməsində Əli Əliyevə qarşı sayca 4-cü məhkəmə prossesi başlandı.

22 noyabr 2022-ci il tarixdə bu məhkəmə məzhəkəsinin növbəti tamaşasında VİP sədrini gələcək Prezident və Parlament seçkilərindən kənarlaşdırmaq məqsədini daşıyan siyasi sifarişli 3 il 6 ay müddətinə həbs qərarı çıxarıldı. Beləliklə, Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmətin əməkdaşlarının da bu saxta məhkəmə prosesinə cəlb olunması və Əli Əliyevin şərlənməsi prosesində iştrakı ilə 2025-ci il Prezident seçkilərində hakimiyyət əsas rəqibindən özlərinin məntiqi ilə “xilas olur”. Belə addımlar yalnız avtoritar hakimiyyətlər üçün xarakterikdir. Nəzərə alaq ki, Putin rəqibdən xilas olmaq üçün opponentləri Aleksey Navalnı ilə İlya Yaşini müvafiq olaraq 19 və 8,5 il müddətinə həbsə atıb, İvanişvili komandası Gürcüstana demokratiya gətirmiş Saakaşvilini zindanda çürüdür, Qazaxıstanın yeni prezidenti Tokayev də hakimiyyət məsələsini xalqın etirazını rus qoşunlarının hesabına boğmaqla “çözdü”. Mövcud Türkiyə iqtidarı 2023-cü ilin birinci yarısında keçirilməsi gözlənilən seçkilərin nəticəsini əvvəldən dəqiq hesabladığından, siyasi opponenti, İstanbulun CHP-dən olan meri Əkrəm İmamoğluna qarşı məhkəmə davası açıb.
Ölkədə siyasi reallıq və mənzərə bundan ibarətdir. Azərbaycanda da YAP hakimiyyəti ictimai prosesləri xeyrinə dəyişmək üçün əsas alternativini həbslə, qanunsuz və ədalətsiz məhkəmələrlə sıradan çıxarmaq cəhdi edir.

Azərbaycanın yerləşdiyi siyasi coğrafiyada cərəyan edən son dərəcə ciddi proseslər ölkədə daxili siyasi sabitliyin və milli həmrəyliyin qorunmasını qaçılmaz zərurətə çevirib. Bu şərtlər təmin edilmədən ölkənin mövcud mürəkkəb şəraitdə dayanıqlığının qorunması və artan təhdidlərə davam gətirməsi xeyli çətinləşir. Qeyd olunanları önə çəkən Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan hakimiyyətindən ölkədə prinsipial siyasi müxalifətə və alternativ fikir daşıyıcılarına qarşı repressiyaya son qoymağı, vətəndaşların Konstitusion hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, Əli Əliyevin, digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını növbəti dəfə tələb edir.

VİP mətbuat xidməti.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Araşdırma

30-12-2022, 15:40

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı ilin yekunlarına dair hesabat təqdim edib

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

12-11-2022, 21:40

Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist, hüquq müdafiəçisi, siyasətçi və ictimai-siyasi fəalların birgə bəyanatı

Gündəm / Siyasət / Sosial / Araşdırma

17-10-2022, 23:11

VIP sədri Əli Əliyev Ali Məhkəməyə çıxarılır

Gündəm / Siyasət / Sosial / Araşdırma

7-08-2022, 21:34

VIP partiyasının sədri Əli Əliyevin apelyasiya məhkəməsi 9 avqust tarixində keçiriləcək

Gündəm / Sosial / Hadisə

15-07-2022, 10:33

DTX Gömrük Generalı, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Rəsulov Məsum Eynalı oğlunu həbs etdi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-05-2022, 12:15

Bakının mərkəzində müxalifət liderləri, ictimai fəallar, vətəndaş cəmiyyətinin fəallarının iştirakı ilə aksiya keçiriləcək

Siyasət

10-05-2022, 15:21

Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir Azərbaycanın tarixində yeni səhifə açdı

Sosial

11-02-2022, 21:43

Əli Əliyevin apellyasiya şikayətinə baxıldı

Sosial

1-11-2021, 10:26

Bu il 248 uşağa Polad, 65 uşağa isə Xudayar adı verilib

Gündəm

15-06-2021, 10:09

Azərbaycanda Milli Qurtuluş Günüdür

Siyasət

11-06-2021, 11:14

MM sədri: Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir

Siyasət

10-05-2021, 01:50

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Son xəbərlər
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə