USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb

Gündəm / Siyasət / Sosial / Araşdırma

11-09-2024, 21:10

Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb

Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb, ictimailəşməsi üçün "Müdafiə Xətti"nə göndərib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Baş prokuroru
Kamran Əliyevə
Pentensiar Xidmətin Müalicə
Müəssisəsində saxlanılan
Qasımov Fazil Şakir oğlu tərəfindən

Ə R İ Z Ə

Yazıb Sizə bildirirəm ki, Sizə ünvanladığım 3 may 2024-cü il tarixli ərizəmə hələ də cavab verilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına hər bir müraciətinə qanunla müəyyən eddilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Qeyd edim ki, həmin ərizəmi poçtla Baş Prokurorluğa göndərdikdən 2 gün sonra – 7 mayda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ( BMCMİ ) baş müstəntiqi, polis polkovnik-leytenantı Yusif Yusifov həmin vaxt saxlanıldığım Pentensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) gələrək həmin ərizədə yazdıqlarımı təkzib etməyimi tələb etmiş, əks halda mənim üçün çox pis olacağını bildirmişdir. Mən hədə-qorxulara məhəl qoymayaraq müstəntiqin qanunsuz tələbini yerinə yetirməmişəm. Mən həmin ərizədə BMCMİ-nin İstintaq İdarəsi tərəfindən mənim və Qubad İbadoğlunun barəsində açılan cinayət işi üzrə sübutların saxtalaşdırıldığına dair həqiqətləri yazmış və müstəntiqə etiraz etmişdim. Həmin ərizədə bildirmişdim ki, Qubad İbadoğlu ilə mənim heç vaxt nə saxta pul, nə FETÖ, nə də dini kitablar mövzusunda söhbətimiz olmayıb, BMCMİ-də 3-4 oktyabr 2023-cü ildə mənə hədə-qorxu, təzyiq və işgəncə altında yazdırılan ifadədəki bütün cümlələr müstəntiq Yusif Yusifovun həqiqətdən uzaq, uydurma fikirləridir. Qeyd edim ki, müstəntiq Yusif Yusifov tərəfindən 31 iyul 2024-cü ildə tərtib edilən və 3 avqust 2024-cü ildə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq edilən ittiham aktında həmin yalan ifadə və həmin yalan ifadənin yer aldığı üzləşdirmə protokolu məhkəməyə sübut kimi təqdim edilmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilən ittiham aktında 3-4 oktyabr 2023-cü il tarixlərində iradəmə zidd olaraq mənə yazdırılan ifadə “qismən etirafedici ifadə” adlandırılmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən, heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz. Əlavə olaraq bildirmək istəyirəm ki, mən həmin ifadəni yazmazdan əvvəl müstəntiq Yusif Yusifov xidməti otağında mənə psixotrop tərkibli çay təklif etmişdir. Mən çaya psixotrop maddələr qatıldığından xəbərsiz olduğuma görə çayı içmiş, ancaq bundan sonra anlaqsız və iradəsiz hala düşərək psixi iztirablar çəkmişəm. Belə bir vəziyyətdə ikən, BMCMİ-nin əməkdaşları mənə hədə-qorxular gələrək və psixoloji təzyiqlər göstərərək bütün etirazlarıma və göz yaşlarıma məhəl qoymadan həmin yalan ifadəni yazmağa məni məcbur etmişdir. İstintaq dövründə psixotrop maddələrlə zəhərləndiyimə dair sübutlar yaxın zamanda Sizə və məhkəməyə təqdim olunacaq.

Sizə yazdığım/ünvanladığım əvvəlki ərizələrdə qeyd elədiyim kimi, müstəntiq Yusif Yusifov tərəfindən mənə qarşı çoxsaylı cinayətlər törədilmişdir. Əvvəla müstəntiq Yusif Yusifov təqsirim olmadığını bilə-bilə məni cinayət məsuliyyətinə cəlb etmiş (CM: 290-cı maddə), qanunsuz olaraq tutulmağım və həbsdə saxlanılmağımla bağlı vəsatət vermiş (CM:292-ci maddə), mənə qarşı qeyri-insani, qəddar və ləyaqəti alçaldan rəftar göstərərək məni ifadə verməyə məcbur etmiş (CM:293-cü maddə), barəmdə açdığı cinayət işi üzrə sübutları saxtalaşdırmış (CM:294.2-ci maddə , xidməti otağında mənə çay təklif edərək məni psixotrop maddələrin istehlakına təhrik etmişdir (CM:236-cı maddə). Həmçinin, müstəntiq Yusif Yusifov 17 aprel 2024-cü ildə keçmiş vəkilim Nurməmmədov Araz Mayıl oğlunun yanında məni BMCMİ-də 3 gün ac-susuz saxlamaqla hədələyərək (CM:134-cü maddə ), sübutların saxtalaşdırıldığı sənədləri imzalamağımı tələb etmişdir. Mən bu sənədləri imzalamaqdan imtina etmişəm. Ancaq, müstəntiq Yusif Yusifov bu hədə-qorxuları ilə məni özünü öldürmə həddinə çatdırmışdır. (CM: 125-ci maddə).

Qeyd edim ki, Baş Prokurorluğun əməkdaşları 13 may 2024-cü ildə Ombudsmana yazdığım ərizəyə cavabında hüquq pozuntuları ilə bağlı faktların təsdiqini tapmadığını bildirərək, mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət törədən dövlət qulluqçularını, o cümlədən müstəntiq Yusif Yusifovu məsuliyyətə cəlb etməmişdir. Baş Prokurorluğun əməkdaşlarının istintaq dövründə mənə işgəncə verənləri, çayıma psixotrop maddələr qatıb, sonra mənə hədə-qorxular gəlib sübutları saxtalaşdıranları qoruması həmin şəxslərin ucbatından aldığım travmaları daha da böyüdür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Müstəntiq Yusif Yusifovun mənə qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmaq əvəzinə onun saxta sübutlar əsasında tərtib etdiyi ittiham aktının Baş Prokurorluq tərəfindən təsdiq edilməsi hüquqi dövlət prinsiplərinə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına ziddir. Dövlət qulluğunda ikən Cinayət törədənlərin cəzasız qalması dövləti sarsıdan, dövlətçiliyə və milli həmrəyliyə zərər verən amillərdən biridir.
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 3-cü bəndinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Mən Azərbaycan Prezidentinə müraciətlər edərək ibtidai istintaqla bağlı təfərrüatları bölüşür, həmçinin beynəlxalq təşkilatlara və beynəlxalq məhkəmələrə müraciətlər edirəm. Azərbaycanda məruz qaldığım kobud insan hüquqları pozuntuları ilə bağlı artıq BMT-nin baş katibinə və Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroruna da müraciətlər etmişəm. Ancaq bu pozuntular Azərbaycanda baş verdiyinə görə, ilk olaraq 2023-cü ilin noyabr ayında Ombudsmana , 3 may 2024-cü il tarixdə isə Sizə ərizə ilə müraciət etmişdim. 3 may tarixli ərizəmə 3 aydan çox vaxt keçməsinə baxmayaraq cavab verilməməsi yenidən Sizə ərizə ilə müraciət etməyə məni sövq etdi. Mən müstəntiq Yusif Yusifovun ittiham aktında iddia etdiyi kimi, Türkiyədə saxta pul çapı ilə məşğul olsaydım, mənə əvvəlcə İstanbul Baş Polis İdarəsi cinayət işi açar, məni Türkiyədən deportasiya etmək əvəzinə cinayət məsuliyyətinə cəlb edər, İstanbulda yaşadığım mənzildə axtarış aparar, Qubad İbadoğluya saxta pul verdiyimə dair sübutlar tapardı. Mən belə bir cinayət törətmədiyimə görə türk polisi tərəfindən mənim barəmdə cinayət işi açılmamışdır. Ayrıca, nə Türkiyənin, nə də Azərbaycanın gömrük xidməti sərhədi keçərkən Qubad İbadoğluda saxta pul olduğuna dair istintaqa heç bir sübut təqdim etməyib. Mənim Türkiyədə Qubad İbadoğluya saxta pul verdiyimə dair heç bir sübut yoxdur. Digər tərəfdən, Türkiyənin ən mötəbər ali təhsil ocağı olan İstanbul Universitetinin doktorantını, YTB təqaüdçüsünü Türkiyədə saxta pul hazırlamaqda və satmaqda ittiham etmək İstanbul Universitetinin rektorunu və pedaqoqlarını, YTB (Türkiyənin Diaspor Komitəsi) başqanını və kollektivini təhqir etməkdi. Mən həm də UN GSP məzunu və Azərbaycanın mədəni irsi üzrə ilk UNESCO kafedrasının təsisçisiyəm. Müstəntiq Yusif Yusifovun sübutları saxtalaşdırması COP29 ərəfəsində BMT-nin ən nüfuzlu gənc liderlər proqramının (UN GSP) məzunlarını, UNESCO QHT Komitəsinin üzvlərini təhqir etməkdir. Ayrıca, mən 2007-ci ildə Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında əldə etdiyim yüksək nəticəyə (693,75 bal) görə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmüşəm. Müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilən ittiham aktında mənə elan edilən saxta ittihamlar bilik və bacarıqlarına görə Prezident təqaüdünə layiq görülən azərbaycanlılara və Azərbaycan Prezidentinə qarşı təhqirdir.

Qeyd edim ki, mən BMCMİ-nin İstintaq İdarəsi tərəfindən sübutların saxtalaşdırılmasına, qanunsuz həbsimə, məruz qaldığım kobud insan hüquqları pozuntularına etiraz olaraq bugün etibarilə 75 gündür ki, qida qəbulundan imtina etmişəm. Aclıq aksiyası artıq sağlamlığımda ağır fəsadlar yaradıb. Mən bu ərizə ilə həm müstəntiq Yusif Yusifovun məsuliyyətə cəlb olunmasını, həm də onun tərəfindən açılan 231900516 nömrəli cinayət işinə xitam verilməsini xahiş edirəm.
Hörmətlə: Fazil Qasımov
Tarix: 28.08.2024"
Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-09-2024, 19:06

Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla birlikdə professor Qubad İbadoğlu ilə görüşüblər

Gündəm / Siyasət / Sosial / Araşdırma

9-09-2024, 19:09

Fazil Qasımov 88 gündür aclıq edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-08-2024, 10:05

Fazil Qasımov aclıq etdiyi 60 gündə 22 kq çəki itirib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-08-2024, 15:40

Səhhətinin pis olmasına baxmayaraq Fazil Qasımov 58-ci gündür aclıq aksiyasını davam etdirir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-08-2024, 16:59

Fazil Qasımov avqustun 15-i hakim qarşısına çıxarılacaq

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

29-07-2024, 18:23

Həbsdə olan gənc alim baş prokurora müraciət edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

28-07-2024, 18:48

45 gündür aclıq edən Fazil Qasımovun anası ictimaiyyətə müraciət edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-07-2024, 16:26

Fazil Qasımov 38-ci gündür aclıq edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-07-2024, 18:47

Fazil Qasımov etiraz olaraq 28 gündür aclığı davam etdirir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-07-2024, 13:50

Qubad İbadoğluya qarşı saxta və yalan ifadə verən Fazil Qasımov 25 gündür istintaq təcridxanasında aclıq edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

15-06-2024, 15:51

FETÖ ilə şərlənərək həbs olunan, professor Qubad İbadoğlunun əleyhinə saxta ifadə verən Fazil Qasımov aclıq aksiyası keçirir

Sosial / Hadisə

14-02-2023, 19:15

Baş Prokuror Kamran Əliyev Bakı şəhər prokuroruna müavin təyin edib

Son xəbərlər
  • Bugün, 08:46
    Deputatdan xaricdəki jurnalist və blogerlərə sərt xəbərdarlıq
  • Dün, 17:35
    Paşinyandan Naxçıvanla bağlı mühüm açıqlama
  • Dün, 16:32
    “Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib
  • Dün, 16:16
    Prezident “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib
  • Dün, 16:14
    Bakıda qadın sevgilisini qətlə yetirib
  • Dün, 14:18
    Ankarada M.Ə. Rəsulzadənin abidəsi ucaldılıb
  • Dün, 14:15
    Astarada 66 yaşlı kişi qətlə yetirilib
  • Dün, 14:13
    Ermənistan və İran bir sıra sənədlər imzalayıb
  • Dün, 14:11
    Bakıda şərab mağazası yanıb
  • Dün, 14:09
    Pezeşkian İrəvanda səfərdə: Azərbaycan məscidində namaz qılıb
  • Dün, 14:06
    Şəhidlər Xiyabanında video çəkən ərəblər 3 aylıq həbs olunub
  • Dün, 14:04
    Lənkəranda gənc göldə boğulub
  • Dün, 00:14
    Paşinyan: “Anklavlar məsələsinin həlli qarşılıqlı və ədalətli sərhəd müəyyənləşməsindən keçir”
  • 18-08-2025, 23:37
    Tramp Oval ofisdə Zelenski ilə görüşdə Ukraynaya “çox kömək” vəd edib
  • 18-08-2025, 23:05
    Tramp: “Ukraynaya çox kömək edəcəyik”
  • 18-08-2025, 18:31
    Bakıda Şəhidlər xiyabanında qeyri-etik video çəkən əcnəbilərin məhkəməsi başlayıb
  • 18-08-2025, 18:03
    Generalın oğluna yüksək vəzifə verildi
  • 18-08-2025, 17:37
    Xəzər rayonunda dini ayin keçirmək istəyən bir qrup şəxs həbs edilib
  • 18-08-2025, 16:55
    Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
  • 18-08-2025, 16:32
    İlham Əliyev İsrailin yeni səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2025, 15:50
    Qarabağ qazisinin həbs müddəti uzadılıb
  • 18-08-2025, 15:42
    Yasamalda polis 27 kiloqrama yaxın narkotik götürüb, bir neçə kuryer saxlanılıb
  • 18-08-2025, 15:32
    Rəqsanə İsmayılova həbs qərarından apellyasiya şikayəti verib
  • 18-08-2025, 14:11
    DAS, Berlində Azərbaycan hakimiyyətinə qarşı növbəti etiraz aksiyası keçiriləcək
  • 17-08-2025, 20:44
    Müğənni Rəqsanə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib
  • 17-08-2025, 18:22
    Daha bir jurnalist İlhami Nəsibov həbs edildi
  • 17-08-2025, 15:02
    Xaçmazda bıçaqlanma hadisəsi baş verib
  • 15-08-2025, 19:54
    Xaçmazda şəhid Elşən Ağasıyevin adını daşıyan küçə yenilənib
  • 15-08-2025, 19:51
    Almaniya kansleri Olaf Mers Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə “şərtsiz” danışıqlara çağırıb
  • 15-08-2025, 19:49
    Qod Nisanov oğluna toy edir – Qohumları ilə quda olur
  • 15-08-2025, 19:46
    ABŞ-da Putin–Tramp görüşü: Lavrov “SSRİ” yazılı köynəklə Alyaskada
  • 15-08-2025, 19:41
    Gürcüstanda azərbaycanlıya qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açılıb
  • 15-08-2025, 19:37
    Meydançılar həbsxanadan bəyanat yayıb: “Hakimiyyət yeni saxtakarlığa hazırlaşır”
  • 15-08-2025, 14:06
    Tramp–Putin görüşü Alyaskada keçiriləcək
  • 15-08-2025, 13:58
    Qurban Məmmədovun Baş Prakurorluğun saxta ittihamlarına cavabı
Daha çox
Çox oxunanlar
15-08-2025, 13:24
Serbiyada hökumət əleyhinə etirazlar gərginləşib – partiya ofisi dağıdılıb, onlarla polis xəsarət alıb
14-08-2025, 02:39
Əxlaqsızlığı təbliğ edən İlhamə Elşadqızı yenə də həbsdə qalmalı oldu
15-08-2025, 19:41
Gürcüstanda azərbaycanlıya qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açılıb
14-08-2025, 18:28
Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb
14-08-2025, 18:37
ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti sosial mediada trollardan istifadə edir
15-08-2025, 13:27
Xaçmazda evdən kişi meyiti tapılıb
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
3-01-2025, 00:53
Prezidentin əmisi qızı narkotik ittihamı ilə saxlanılıb
Araşdırma
Bugün, 08:46
Deputatdan xaricdəki jurnalist və blogerlərə sərt xəbərdarlıq
18-08-2025, 14:11
DAS, Berlində Azərbaycan hakimiyyətinə qarşı növbəti etiraz aksiyası keçiriləcək
17-08-2025, 18:22
Daha bir jurnalist İlhami Nəsibov həbs edildi
15-08-2025, 19:37
Meydançılar həbsxanadan bəyanat yayıb: “Hakimiyyət yeni saxtakarlığa hazırlaşır”
15-08-2025, 13:58
Qurban Məmmədovun Baş Prakurorluğun saxta ittihamlarına cavabı
14-08-2025, 23:27
Almaniya 2024-cü ildə aliment almayan uşaqlar üçün 3,2 milyard avro ayırıb
Sosial
“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib
Xaçmazda şəhid Elşən Ağasıyevin adını daşıyan küçə yenilənib
ABŞ-da Putin–Tramp görüşü: Lavrov “SSRİ” yazılı köynəklə Alyaskada
Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb
Rüşvətə görə məhkum edilən xadimə vaxtından əvvəl azadlığa buraxıldı
Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə