USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Tovuz rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə Qovlar şəhərində baş verib.
Məlumata görə, Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladları zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılara dərhal tibbi yardım göstərilib və onların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.