USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Abzas Media" əməkdaşları məhkəmədə iştirakdan imtina etdilər

Gündəm / Siyasət / Sosial / Araşdırma

12-02-2025, 10:22

“Abzas Media" əməkdaşları məhkəmədə iştirakdan imtina etdilər
Media qurumunun həbsdə saxlanılan əməkdaşları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq edən şəxslərin cəzalandırılmasını tələb edirlər

“Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-nə təyin edilən məhkəmə prosesində iştirakdan imtina ediblər. Bunun səbəbi saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərin məhkəmə tərəfindən araşdırılmamasıdır.

Media qurumunun əməkdaşlarının bu gün yaydığı bəyanatda qeyd edilir ki, zorakılıq törədən təcridxana əməkdaşları hələ də cəzalandırılmayıblar.

“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”, – deyə bəyanatda bildirilir.

“Abzasçılar” dəfələrlə təcridxanada baş verən çoxsaylı qanun pozuntularını, onlara qarşı törədilən fiziki və psixoloji zorakılıq hallarını ictimailəşdiriblər. Bundan sonra təcridxana rəhbərliyi jurnalistlərə qarşı təxribatlar təşkil edib, onların hüquqlarından istifadəsinə maneələr yaradıb.

Ötən ilin noyabrında nəşrin qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edərkən zorakılığa məruz qalıblar. Nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərdiblər. Buna etiraz edən Nərgiz Absalamovanı isə starşina Əzizə Məmmədova təhqir edib.

Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi şahid ifadələri alıb. Qadın məhbuslardan tələb olunub ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar.

Həmçinin “Abzas Media”nın direktoru Ülvi Həsənlinin 6 ay ərzində 1 saylı Bakı İstintaq Təcridxanasında 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun birbaşa göstərişi ilə otaq yoldaşı onun üzərinə ülgüc çəkib, ölümlə təhdid edib.

Son olaraq, bu ilin fevralında təcridxananın qadın korpusunun Aygül Babayeva adlı əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya qarşı zorakılıq edib. O, buna etiraz edən jurnalistlərə əmrin “yuxarıdan” verildiyini bildirib.

“Abzasçılar” təcridxanadakı qanunsuzları ictimailəşdirdiklərinə görə, dəfələrlə ailələri ilə görüşlərinə maneələr yaradılıb, telefon danışıqları kəsilib. Bu hallarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

“Abzas Media işi” üzrə son məhkəmə iclası yanvarın 21-də keçirilib. Həbs edilənlərdən Məhəmməd Kekalovun yeni vəkilinin işlə tanış olmağı üçün növbəti proses fevralın 11-nə təyin edilmişdi.

2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.

Avqust ayında isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-02-2025, 21:08

“Abzas Media işi” üzrə məhkəmə dinləmələri təxirə salınıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-02-2025, 18:23

Həbsdə olan jurnalist Natiq Cavadlı ifadə verməkdən imtina edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-02-2025, 11:37

Təcridxana nəzarətçisi jurnalist Nərgiz Absalamovaya xəsarət yetirib

Gündəm / Siyasət / Sosial / Araşdırma

28-01-2025, 17:12

Məhkəmə jurnalist Fərid Mehralızadənin qeyri-insani rəftardan verdiyi şikayətini təmin etməyib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-01-2025, 00:03

Təcridxana rəisinin qadın məhbusları döydüyü xəbəri yayıldı

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-01-2025, 01:03

Sevinc Vaqifqızı təcridxanada yenidən zorakılığa məruz qalıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-01-2025, 19:03

Jurnalist Elnarə Qasımova: “Azadlıqları əllərindən alınmış qadınlar qanunsuz məhrumiyyətlərlə üzləşir”

Gündəm / Siyasət / Araşdırma

24-10-2024, 23:01

Ülvi Həsənlinin Penitensiar Xidmətdən və istintaq təcridxanasından şikayəti rədd edilib

Gündəm / Siyasət / İqtisadiyyat / Hadisə / Araşdırma

3-07-2024, 17:14

Məhkəmə Abzas media əməkdaşlarını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-06-2024, 12:33

Konvoy əməkdaşları Ülvi Həsənliyə fiziki təzyiq göstərib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-02-2024, 17:00

İstintaq Abzas Media əməkdaşlarının yaxınları ilə ünsiyyətinə qoyulmuş qadağanı ləğv edib

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-12-2023, 22:21

“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərə Ombudsmana zəng qadağan olunub

Son xəbərlər
  • Bugün, 15:28
    “AzerGold” QSC və Medianın İnkişafı Agentliyi jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
  • Bugün, 15:22
    Ağsuda viza və iş vədi ilə vətəndaşları aldadan şəxs həbs edilib
  • Bugün, 14:16
    Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
  • Bugün, 11:16
    Ülviyyə Əli: “Polis protokolları saxtalaşdırıb”
  • Bugün, 11:12
    İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandıracağını elan etdi
  • Bugün, 11:06
    Ukrayna və Avropa Şurası Rusiya üzrə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıb
  • Bugün, 11:03
    Ermənistanda müxalif arxiyepiskop Baqrat Qalstanyan həbs edilib
  • Bugün, 10:46
    Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 117-ci ildönümüdür
  • Bugün, 09:58
    ABŞ-də Təcrübə İmkanı: Gənc Liderlər üçün Peşəkar Təqaüdlər Proqramına Müraciətlər Açıqdır
  • Dün, 23:47
    Gəncədə daha bir gəncin intiharı: Nə baş verir?
  • Dün, 23:42
    Bəhruz Səmədov aclığı dayandırıb: “Dəri ekzeması ağırlaşıb, üzü qanamağa başlayıb”
  • Dün, 23:34
    Azər Qasımlı: “Heç bir fakt və şahid olmadan yarım ildən çoxdur həbsdə saxlanılıram”
  • Dün, 23:30
    AXCP daha bir üzvünün həbs olunduğunu açıqlayıb
  • Dün, 23:28
    Fəal Möhyəddin Orucovun atasının avtomobili 40 min manatlıq cərimə iddiası ilə müsadirə edilib
  • Dün, 23:24
    Nazir General rütbəsi alan hərbçilərlə görüşüb
  • Dün, 11:05
    “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb
  • Dün, 10:53
    Paşinyan:“Kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda hakimiyyət çevrilişi cəhdinin qarşısı alınıb
  • Dün, 10:50
    AEBA: “İranın nüvə obyektləri ABŞ zərbələrindən ciddi şəkildə zədələnib”
  • Dün, 10:44
    Gürcüstanda son bir ayda 6 müxalifət lideri həbs olunub
  • Dün, 06:25
    16 yaşlı qızın qaçırılması ilə adı hallanan axund vəzifəsindən azad edildi
  • 24-06-2025, 23:42
    Ərdoğan və Tramp NATO sammitində görüşəcək
  • 24-06-2025, 23:13
    Fatimə Mövlamlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb
  • 24-06-2025, 23:10
    Ali Məhkəmə Nazim Bəydəmirliyə verilmiş 8 illik həbs cəzasını qüvvədə saxladı
  • 24-06-2025, 23:07
    Gənc jurnalistdən kişi hakimə “kişilik dərsi” – Məhkəmədə cəsarətli çıxış
  • 24-06-2025, 23:02
    Prezidentin bacısı oğlunun toyu olub – Gəlin tanınmış diktorların nəvəsidir
  • 24-06-2025, 22:56
    63 milyon manat ayrıldı, amma həbs yerlərində siçanlar və tarakanlar dolaşır
  • 24-06-2025, 19:52
    Fərid İsmayılov səhhətinə görə məhkəməyə aparılmasına etiraz edir: “Hökmü indidən oxuyun”
  • 24-06-2025, 19:47
    “Toplum TV işi” üzrə məhkəmədə ittiham aktı elan olundu, jurnalistlər özlərini təqsirli bilmədilər
  • 24-06-2025, 18:39
    DİN: 175 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı, 19 nəfər saxlanıldı
  • 24-06-2025, 18:35
    Azərbaycan vətəndaşı Yunanıstanda casusluq ittihamı ilə saxlanıldı
  • 24-06-2025, 17:55
    Sumi və Xarkova edilən dron hücumları nəticəsində ölən və yaralananların sayı artır
  • 24-06-2025, 17:50
    Taleh Bağırzadə karserə salındı: “Ya burada öl, ya da ciddi rejimə keç”
  • 24-06-2025, 17:45
    Netanyahudan atəşkəs mesajı: “İrana qarşı yeni hücum olmayacaq”
  • 24-06-2025, 17:28
    Tramp İsrail və İranı atəşkəsi pozmaqda ittiham etdi
  • 24-06-2025, 17:25
    İran və İsrail arasında atəşkəs elan olundu
Daha çox
Çox oxunanlar
22-06-2025, 06:29
General Fərid Usubov Sərəncama götürüldü – Hövsan Gömrük Postunda qanunsuz siqaret qalmaqalı
22-06-2025, 14:13
Xaçmazda iki qardaş ögey ailə üzvləri tərəfindən illərlə işgəncəyə məruz qalıb
22-06-2025, 06:25
İsrail İranda PUA anbarlarına və hərbi obyektə zərbələr endirdi
23-06-2025, 01:44
Ülvi Həsənli: “Azərbaycanda doğru sistem olsaydı, burada biz yox, işgəncə kralları oturmalı idi”
23-06-2025, 01:28
Trampdan qalmaqallı paylaşım: “İranı yenidən böyük edə bilmirlərsə, rejim dəyişməlidir!”
23-06-2025, 01:32
İranın nüvə obyektlərinə hücum: ABŞ uğurdan danışır, İran təkzib edir
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Bugün, 11:16
Ülviyyə Əli: “Polis protokolları saxtalaşdırıb”
Dün, 23:47
Gəncədə daha bir gəncin intiharı: Nə baş verir?
Dün, 23:42
Bəhruz Səmədov aclığı dayandırıb: “Dəri ekzeması ağırlaşıb, üzü qanamağa başlayıb”
Dün, 23:34
Azər Qasımlı: “Heç bir fakt və şahid olmadan yarım ildən çoxdur həbsdə saxlanılıram”
Dün, 23:30
AXCP daha bir üzvünün həbs olunduğunu açıqlayıb
Dün, 23:28
Fəal Möhyəddin Orucovun atasının avtomobili 40 min manatlıq cərimə iddiası ilə müsadirə edilib
Sosial
“AzerGold” QSC və Medianın İnkişafı Agentliyi jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
Ağsuda viza və iş vədi ilə vətəndaşları aldadan şəxs həbs edilib
Ülviyyə Əli: “Polis protokolları saxtalaşdırıb”
Bəhruz Səmədov aclığı dayandırıb: “Dəri ekzeması ağırlaşıb, üzü qanamağa başlayıb”
“Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin həbs müddəti uzadılıb
Gürcüstanda son bir ayda 6 müxalifət lideri həbs olunub

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə