
İtaliyanın Milan şəhərində İranın konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
İtaliyada yaşayan iranlılar konsulluğun üzərindəki rəsmi lövhəni sökərək onun yerinə 1979-cu il İslam inqilabından əvvəl istifadə olunan, üzərində “Aslan və Günəş” simvolu olan İran bayrağını qaldırıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da baş verən aksiya iştirakçıları bu addımı İranda davam edən etirazlara dəstək və həmrəylik məqsədilə atdıqlarını açıqlayıblar.
Qeyd edək ki, həmin gün oxşar hadisə Londonda da qeydə alınıb. Belə ki, etirazçılardan biri İranın Böyük Britaniyadakı səfirliyinin binası üzərində dalğalanan dövlət bayrağını endirib.
Hadisələr İranda yaranmış siyasi gərginliyin xaricdə yaşayan iranlılar arasında da ciddi rezonans doğurduğunu göstərir.