
Bakı Ağır Cinayətlər Məhkəməsində ərini sevgilisi ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilən şəxslərlə bağlı məhkəmə prosesi yekunlaşıb.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda Leyla Abbasova və Zahir Soltanov barəsində hökm oxunub.
Hökmə əsasən, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı İsmayıl Cavadlı əvvəlki iclasda çıxış edərək, təqsirləndirilən şəxslərin daha ağır – müvafiq olaraq 17 və 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə 2025-ci il avqustun 9-da paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 29 yaşlı İkram Piriyev yaşadığı evdə qətlə yetirilib.
Cinayətdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb və onlara Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə ittiham irəli sürülüb.