USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Respublika Seysmoloji Xidmət Mərkəzinin Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə təqdim etdiyi məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5,3 maqnituda gücündə zəlzələ qeydə alınıb.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4–3 bal gücündə hiss olunub.
Məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə indiyədək məlumat daxil olmayıb.