
Azərbaycanda qadın hərbçilər üçün MAXE (müddətli artıq həqiqi hərbi xidmət) müddəti 3 ildən 6 ayadək azaldılıb.
İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri imzalayıb.
Dəyişikliyə əsasən, qadınlarla bağlanan ilkin müqavilə müddətinin 3 ildən 6 ayadək azaldılması aşağıdakı məqsədlərə xidmət edir:
• qadın hərbi qulluqçuların hərbi xidmətə daha rahat uyğunlaşması
• kadr axınının azaldılması
• hərbi xidmətin təşkilinin səmərəliliyinin artırılması
Qeyd olunur ki, bu dəyişiklik qadınların hərbi xidmətə cəlb olunmasını təşviq etməklə yanaşı, xidmət sistemində daha çevik mexanizmlərin tətbiqinə imkan verəcək.