USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“ “Azəriqaz” sahibkarlara köməyini əsirgəmir” - Ruslan Əliyev

İqtisadiyyat

19-08-2021, 14:05

“ “Azəriqaz” sahibkarlara köməyini əsirgəmir” - Ruslan ƏliyevQaz təchizatı sahəsində ölkə üzrə kommunal xidmətləri təqdim edən “Azəriqaz” İstehsalat Birliyi dövlət müəssisəsi kimi sosial məsuliyyətini dərk edərək öz səlahiyyətləri çərçivəsində və imkanları daxilində bütün istehlakçılara münasibətdə göstərdiyi dəstəyi təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən də əsirgəmir. Bu dəstəyin bir forması biznes layihələrinin reallaşdırılması ilə əlaqədar sahibkarların kommersiya obyektlərinin qazlaşdırılmasında, qazlaşdırılmış obyektlərin tələbata uyğun olaraq fasiləsiz və təhlükəsiz qaydada təbii qazla təchiz olunmasında və bununla əlaqədar geniş spektorlu xidmətlərin təqdim edilməsində ifadə olunur.

Təbii inhisarçı olaraq fəaliyyət göstərməyimiz qaz təchizatı sahəsində təqdim edilən xidmətlər üzrə bizim məsuliyyətimizi daha da artırır. Belə ki, Azərbaycan Respublikasında yaşayan və fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin başqa qazpaylayıcısını seçmək imkanları yoxdur. Bu səbəbdən də fəaliyyətimizi elə qururuq ki, xidmət növlərinin artırılması, keyfiyyətinin yüksəldilməsi və operativ surətdə təqdim edilməsi, eləcə də yeni, rahat və innovativ üsullarla (“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə) sahibkarlara çatımlığının təmin olunması yolu ilə müştəri məmnunluğuna nail olaq, qaz təchizatı ilə əlaqədar sahibkarların sorğularına, tələbatlarına cavab verək.

Bunun üçün bir tərəfdən yeni qaz xətlərinin çəkilməsi, mövcud şəbəkənin gücləndirilməsi, təmir-profilaktika işlərinin vaxtında aparılması, payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi, digər tərəfdən isə zəmanənin tələblərinə uyğun olaraq əlavə vaxt itirmədən, heç bir məsafə qət etmədən bilavasitə “onlayn” şəkildə müraciət edərək yerindəcə əldə olunması üçün elektron xidmətlərin yaradılması həyata keçirilir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” MMC ilə bağlanmış müvafiq müqaviləyə əsasən mərhələli şəkildə işlər həyata keçirilməkdədir. İlkin mərhələdə “Azəriqaz” İB-nin “ASAN Kommunal” mərkəzlərində göstərdiyi xidmət növlərinin bir hissəsi Birliyə məxsus vahid yeni portalda istifadəçilərə təqdim ediləcəkdir. Sonrakı mərhələdə isə “İOS” və “Android” mobil platformaları üzərindən elektron xidmətlərin göstərilməsi planlaşdırılır.

Sahibkarlara göstərilən dəstəyin digər forması da bilavasitə onların istifadə etdikləri təbii qaza görə yaranmış borcların ödənilməsində güzəştlərin tətbiq olunması ilə əlaqədardır. Məlumdur ki, koronavirus (COVID-19) pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurmaqdadır. Davam edən qlobal pandemiya şəraitində əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilən məhdudiyyətlər ölkə iqtisadiyyatına ziyansız, sahibkarlara itkisiz ötüşməmişdir. Tam müfəssəl formada hesablamaq çətin olsa da, ölkə iqtisadiyyatına vurulan gündəlik zərər təqribən 120-150 milyon manat çivarında qiymətləndirilmişdir. Hələ bu şəraitdə Azərbaycan Respublikasının Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsi prosesinə başlanılmış və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının zəfəri ilə nəticələnmişdir. Bununla belə, qabaqlayıcı tədbirlər görən Azərbaycan dövləti pandemiyadan az itkilərlə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün bütün imkanlarını səfərbər etmişdir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial rifahının yaxşılaşdırılması, sahibkarlara dəyən zərərin ödənilməsi istiqamətində ciddi qərarlar qəbul edilib, bir sıra qanunvericilik aktlarında dəyişikliklər olunub. Həmin dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirilir.

Pandemiyanın “Azəriqaz” İB-də neqativ təsir göstərməsinə baxmayaraq (istehlakçıların ödəniş qabiliyyətinin aşağı düşməsi nəticəsində debitor borclar artdı, Birliyin tərəf müqabili olduğu müqavilələr üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməsində ciddi çətinliklər yarandı və s.) sahibkarlara münasibətdə yaranmış borcların mərhələli şəkildə ödənilməsinə dair razılaşmalar imzalandı. Bundan başqa xarici bazarlara məhsullarının ixrac edilməsində çətinlikləri yaranan sahibkarlarla təkcə fərdi qaydada deyil, həm də onların birləşdikləri peşəkar qurumları (Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası) ilə daha sıx əməkdaşlıq etməklə də köməklik edildi. Dünyanın 50 ölkəsində 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən və “Azəriqaz” İB-nin də üzvü olduğu nüfuzlu Caspian Energy Clubun onlayn platformasından sahibkarları maraqlandıran suallara cavab verilir, qaldırılan problemlərin həll olunmasında köməklik göstərilir, qarşılıqlı faydalı əməkdaşlığın qurulması, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq sahibkarlarla görüşlər təşkil olunur, aktual məsələlər müzakirə edilir.

Məlum olduğu kimi, regionların sosial-iqitisadi inkişaf dövlət proqramları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə yoxsulluq və işsizliyin səviyyəsinin azaldılması istiqamətində davamlı surətdə kompleks tədbirlər həyata keçirilir: yeni iş yerləri açılır, abadlıq işləri həyata keçirilir, sosial infrastruktur inkişaf etdirilir və s. Uğurla həyata keçirilən bu siyasətə və ölkə başçısının biznes ictimaiyyətinə yönələn sosial məsuliyyətin artırılması çağrışına dəstək olaraq SOCAR-ın həyata keçirdiyi böyük bir sosial layihə çərçivəsində 9 min fərdi sahibkar xidmət müqaviləsi əsasında “Azəriqaz” İB-yə işə cəlb olunmuşdur. “Azəriqaz” İB ölkədə işsizliyin minimuma endirilməsi, məşğulluğun artırılması, əhalinin sosial dayanaqlığının möhkəmləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dəstək göstərilməsi istiqamətində aparılan dövlət siyasətinə bundan sonra da daim dəstəyini göstərəcəkdir

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

31-05-2021, 14:15

BirBank danışıq dəqiqələri və mobil internet qazandırır

İqtisadiyyat

12-04-2021, 19:35

Ölkəmizdən 96 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib

İqtisadiyyat

16-03-2021, 23:06

Tikintiyə və istismara icazənin elektronlaşması barədə məlumat verilib

İqtisadiyyat / Sosial

31-01-2021, 17:28

Tarif Şurası növbəti dəfə iclas keçirib

İqtisadiyyat

5-06-2020, 10:59

Şirkətlər səhmdar cəmiyyət kimi fəaliyyətə niyə maraq göstərmir?

İqtisadiyyat

3-04-2020, 14:00

Elektrik enerjisi və qaz təchizatı üzrə 1-ci rübdə razılıq verilən layihələrin sayı açıqlandı

İqtisadiyyat

2-04-2020, 13:32

Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 424 araşdırma aparılıb

İqtisadiyyat

2-04-2020, 12:33

Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 424 araşdırma aparılıb

İqtisadiyyat

1-04-2020, 10:55

İcbari tibbi sığortayla əlaqədar maliyyə sanksiyasının 7 faizi dövlət büdcəsinə köçürüləcək

İqtisadiyyat

11-03-2020, 15:00

Ötən ay “Azəriqaz”ın 7 minə yaxın yeni abonenti qeydə alınıb

İqtisadiyyat

28-02-2020, 15:41

Oğuzda 4 kəndin minə yaxın abonenti qazsız qalıb

İqtisadiyyat

26-02-2020, 17:15

“Azəriqaz”: Hamam otağındakı dəm qazından zəhərlənmələrin başlıca səbəbi hava çatışmazlığıdır

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə