USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Milli müstəqilliyimizi, dövlət müstəqilliyimizi qorumalıyıq"

Siyasət

11-05-2023, 15:26

"Milli müstəqilliyimizi, dövlət müstəqilliyimizi qorumalıyıq"Prezident İlham Əliyevin 9 Mayda bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada Qarabağ, Zəfər, 8 noyabr, Atatürk, Heydər Əliyev və başqa küçələrin açılışını etməsi, məşhur Cıdır düzündə növbəti dəfə “Xarıbülbül” Festivalının keçirilməsi, türk dövlətlərinin mədəniyyət-incəsənət heyətlərinin Şuşadakı festivala qatılması dostlarımızı sevindirir, düşmənlərimiz üçün gözdağına çevrilir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq bütün ölkə miqyasında geniş silsilə tədbirlərin keçirildiyi bir məqamda Cənab Prezidentin məhz Şuşa şəhərindən xalqa müraciət edərək mühüm açıqlamalar verməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın Şuşadan etdiyi bu müraciət ən yeni tariximizin bir sıra mürəkkəb məqamlarına aydınlıq gətirməklə yanaşı, həm də bilavasitə Ermənistan rəhbərliyinə ünvanlanmış mühüm mesaj kimi , Xankəndidə yaşayan mülki ermənilər və separatçılar üçün xəbərdarlıq kimi də diqqəti cəlb edir.

Cənab Prezident müraciətinin əvvəlində nəyə görə bu müraciətini məhz Şuşa şəhərindən səsləndirməsinin səbəbini açıqladı: “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”.

Bax, bu mesaj düşmənlərimizə də, dostlarımıza da Qarabağın, onun incisi sayılan Şuşanın əsl sahibinin kim olduğunu bir daha göstərdi, ermənilərin Şuşa ilə bağlı yaydığı bütün dezinformasiyaların cəfəngiyyatdan, tarixi həqiqətlərin təhrif olunmasından başqa bir şey olmadığını ortaya qoydu.

Dövlət başçımız müraciətində onu da qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Çünki təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq, baş verə biləcək bütün təxribatlara daim hazır olmalıyıq. İlham Əliyev bu ismarıcıyla Ermənistan rəhbərliyinə də, Xankəndidəki separatçı yığınına da bundan sonra regionda Azərbaycanın maraqlarına zidd heç bir siyasi prosesə imkan verilməyəcəyini bəyan etdi. Bu ən önəmli məqamlardan biridir. Ona görə də Ermənistan rəhbərliyi gah Rusiya və İranın, gah da Fransanın təhriklərinə uyaraq revanşizmə can atmaq və təxribatlar törədərək sülh prosesini süni surətdə “dalan”a dirəmək əvəzinə, siyasi müdriklik nümayiş etdirməli, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirməlidir.

Prezident Şuşa çıxışında Ulu Öndərin Şuşa ilə bağlı arzusuna da toxundu: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Bəli, qanımız yerdə qalmadı, Müzəffər Ordumuz şəhidlərimizin, müharibə qurbanlarımızın tökülən qanlarının qisasını aldı, torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Qarabağ dirçəlir, Şərqi Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Cənab Prezidentin də qeyd etdiyi kimi necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – Qarabağın və Şərqi Zəngəzurun bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. Bu baxımdan biz əcdadlarımızın xatirəsinə, şəhidlərimizin xatirəsinə, Ulu Öndərimizin xatirəsinə hörmət edərək 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə hər zaman layiq olmalıyıq. Dövlət başçımızın da vurğuladığı kimi bu Zəfər hər birimizin üzərinə əlavə məsuliyyət qoyur.

İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlərin keçirildiyini, müzakirələrin aparıldığını qeyd edən dövlət başçımız eyni zamanda, bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməli olduğumuzu da xüsusi olaraq vurğuladı. Bu mənada, Prezidentin Şuşa müraciəti bizim hamımız üçün “yol xəritəsi” sayıla bilər.

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində ölkəmizin müasir siyasi sisteminin məhz Heydər Əliyevin adı ilə bağlılığı məsələsinə də ayrıca olaraq toxundu. O, yaxın tariximizə qısa ekskurs edərək bildirdi ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sisteminin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası - ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Və bu gün məhz Heydər Əliyevin qurduğu yeni siyasi və iqtisadi system sayəsində biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq.

Bəli, bu gün Azərbaycanda təhlükəsizlik tam təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür, sabitlik davam edir. Faktiki olaraq dünyanın hər yerində müharibələrin, vətəndaş qarşıdurmalarının, lokal münaqişələrin hökm sürdüyü bir məqamda Azərbaycan isə sözün əsl mənasında sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük nailiyyətdir və biz bu nailiyyətimizi göz bəbəyimiz kimi qorumalıyıq. Milli müstəqilliyimizi, dövlət müstəqilliyimizi qorumalıyıq. Çünki müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

12-04-2023, 15:41

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr yeni mərhələyə yüksəlir

Siyasət

17-03-2023, 15:22

"Azərbaycan istənilən halda Ermənistanı sülhə məcbur edəcək"

Siyasət

1-03-2023, 15:47

"Heydər Əliyevin şəxsiyyəti hər bir azərbaycanlı üçün örnək olacaq"

Gündəm / Siyasət

7-11-2022, 23:03

Türk Dövlətləri Təşkilatı (TDT) Zəfər Günü ilə bağlı bəyanat yayıb

Siyasət

10-10-2022, 16:23

Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

Siyasət

29-09-2022, 16:24

"27 Sentyabr Anım Günü həm də milli birlik, həmrəylik təqviminə çevrilib"

Siyasət

16-05-2022, 16:29

"Azərbaycan və Türkiyənin sarsılmaz birliyi bütün Türk dünyasının gələcək böyük birliyinin təməlini təşkil edir"

Siyasət

16-06-2021, 09:55

Dostluğun və qardaşlığın TƏNTƏNƏSİ

Siyasət

11-06-2021, 11:14

MM sədri: Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir

Siyasət

14-05-2021, 16:20

"Azərbaycan öz böyük hədəflərinin realizasiyası mərhələsinə daxil olub"

Siyasət / Mədəniyyət

26-01-2021, 18:57

“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri Şuşada - mədəniyyət sahəsində mühüm layihələr hazırlanır

Siyasət

7-01-2021, 17:28

"PREZİDENTİMİZİN HAQLI MÖVQEYİNİ BİRMƏNALI ŞƏKİLDƏ DƏSTƏKLƏYİRİK"

Son xəbərlər
  • Bugün, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • Dün, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • Dün, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
  • 21-08-2026, 10:42
    Cavid Kərimov AAYDA-da rəhbər vəzifəyə təyin edildi
Daha çox
Çox oxunanlar
4-09-2026, 23:16
Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
4-09-2026, 23:21
Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
6-09-2026, 12:31
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
4-09-2026, 20:54
SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
6-09-2026, 13:19
Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
6-09-2026, 12:39
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə