USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Heydər Əliyevin şəxsiyyəti hər bir azərbaycanlı üçün örnək olacaq"

Siyasət

1-03-2023, 15:47

"Heydər Əliyevin şəxsiyyəti hər bir azərbaycanlı üçün örnək olacaq"Varlıq və əbədiyyət baxımından 100 il bəlkə də çox kiçik bir zaman kəsiyidir. Ancaq qlobal proseslər, mühüm tarixi hadisələr hadisələrin baş verməsi baxımından 100 illik bir dövr tarixin ən önəmli bir mərhələsi kimi iz buraxa bilər. Bu mənada Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə üst-üstə düşən 20-ci yüzillik Azərbaycan xalqının tarixindən və taleyindən qırmızı xətt kimi keçir və böyük liderin taleyi ilə xalqımızın taleyi, ölkəmizin taleyi bir-birilə çulğaşır. Təsadüfi deyil ki, dünyanın və Azərbaycanın taleyini kökündən dəyişən ən mühüm hadisələrin bir çoxu məhz 20-ci yüzillikdə baş verib. Dövlət müstəqilliyimizi iki dəfə bərpa etməyimiz də 20-ci əsrin xronikasında yer alır.

Bu gün Azərbaycanda uşaqdan böyüyə az qala hər kəsin əzbər bildiyi məşhur bir ifadə var: “Müstəqilliyimiz əbədi və dönməzdir”. Böyük bir həqiqəti ö zündə əks etdirən bu məşhur ifadənin müəllifi Ulu Öndər Heydər Əliyevdir. O, bu ifadəni sadəcə sıradan bir söz kimi yox, içdən inanaraq söyləmişdi. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin həqiqətən də əbədi və dönməz olmasını, sarsılmaz olmasını ürəkdən istəyirdi. Çünki o, bir əsrdə iki dəfə dövlət müstəqilliyimizi bərpa etməyin və eyni zamanda bu müstəqilliyi qoruyub saxlamağın nə qədər çətin olduğunu çox yaxşı bilirdi.

Bu baxımdan heç də təsadüfi deyil ki, ikinci dəfə müstəqilliyimizin bərpası və qorunması məhz Ulu Öndər Əliyevin adıyla bağlıdır. Tarix müasir müstəqil Azərbaycanın və yaxud, Üçüncü Respublikanın memarı olmaq missiyasını onun çiyinləri üzərinə qoymuşdu. Keşməkeşli bir dönəmdə - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşanan dərin siyasi və iqtisadi böhranı, idarəsizlik xaosunu və vətəndaş müharibəsi təhlükəsini, separatizm təhdidlərini böyük bir əzmkarlıq və qətiyyətlə aradan qaldıran dahi siyasətçi Heydər Əliyevin yürütdüyü uğurlu siyasət Azərbaycanın dövlət müstəqilliyini həqiqətən də daimi, dönməz və əbədi etdi.

Bu mənada biz tarixdə şəxsiyyətin rolunu xüsusilə qeyd etməliyik. Tarixi şəxsiyyətlər seçilmiş insanlar olur. Zaman onları böyük missiyalar üçün, millətin arzu və ideallarını reallaşdırmaq üçün və yaxud, ölkəni daxili və xarici düşmənlərin təhdidlərindən, təxribatlarından qorumaq üçün fövqəladə əhəmiyyətli şəxsiyyətlər kimi yetişdirir. Heydər Əliyev də tarixin xalqımıza, ölkəmizə verdiyi şansları düzgün dəyərləndirən və müdrikcəsinə reallaşdıran böyük tarixi şəxsiyyətdir. Bu cür şəxsiyyətlər öz xalqının, öz ölkəsinin ən yeni tarixini yaradır. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və ölkəmizin inkişafı üçün gördüyü misilsiz işlər məhz tarix yaratmaq kimi dəyərləndirilməlidir.

Həmin dövrdə ölkədə və xüsusən də paytaxt Bakıda hökm sürən xaosu, hərcmərcliyi bu gün də hamımız xatırlayırıq. Azərbaycanı parçalanmaqdan, dövlətçiliyin itirilməsi təhlükəsindən Heydər Əliyevin qətiyyəti, çevik kombinasiyaları və müdrik siyasəti xilas etdi. Ölkədə dərəbəyliyə son qoyuldu, qanunsuz silahlı dəstələr ləğv olundu, dövlətin nüfuzunun bərpası istiqamətində önəmli addımlar atıldı. İlk növbədə ictimai-siyasi sabitlik yaradıldı, milli dövlətçiliyin təməli qoyuldu. Eyni zamanda bərpa-quruculuq işlərinə start verildi və iqtisadi dirçəlişə nail olunması üçün zəruri işlər görüldü, “Əsrin müqaviləsi” kimi nəhəng beynəlxalq layihələrin həyata keçirilməsinin əsası qoyuldu. Heydər Əliyev bir əsrə sığa biləcək bu cür taleyüklü işlərin hamısını 10 il ərzində gerçəkləşdirməyi bacardı.

Bu işlərin hamısı yalnız bir əsas hədəfə - Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edirdi. Müstəqillik onun üçün adi bir məhfum deyildi. Bir xalqın öz müstəqil dövlətinə sahib olmasının nə qədər əvəzolunmaz bir şans və bir dəyər olduğunu Heydər Əliyev həmin dövrdə hamıdan yaxşı dərk edirdi. Çünki o, Sovetlər İttifaqı kimi dünyanın ən nəhəng super güclərindən birinin hakimiyyət eşalonunun lap zirvəsinə qədər yüksəlmişdi, lakin o, bu dövlətin “xalqlar həbsxanası”ndan başqa bir şey olmadığını bütün ayrıntıları ilə hiss etmişdi, başa düşmüşdü.

Heydər Əliyev belə bir imperiyanın gec-tez dağılacağını bilirdi. Ona görə də məhz milli dövlətçiliyin əsas hədəf kimi götürülməsinin vacibliyini uzaqgörənliklə dərk edirdi. Bu mənada Ulu Öndərin bu sözləri həqiqətən də çox ibrətamizdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Ulu Öndər hər fürsətdə vurğulayırdı ki, indi bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini hər zaman qoruyub saxlamaq və onu inkişaf etdirməkdən ibarət olmalıdır. Bu onun həyatının ali məqsədinə çevrilmişdi və o, bu ülvi məqsədini həyata keçirilmək üçün var gücünü sərf edirdi. 1993-cü ilin sentyabr ayında parlamentdə gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı Ulu Öndərin müstəqilliyimizlə bağlı səsləndirdiyi müdrik bir öncəgörməsi zamanla özünü təsdiqlədi: “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir”. Belə də oldu. Heydər Əliyev ömrünün sonuna kimi bu dahiyanə sözlərinə sadiq qalaraq Azərbaycanın böyüməsi və güclü bir dövlətə çevrilməsi üçün var gücü ilə çalışdı.

Xalqımız və ölkəmiz qarşısında misilsiz tarixi xidmətləri olan bu cür böyük dövlət adamının, strateji düşüncə sahibinin şərəfinə 2023-cü ilin "Heydər Əliyev ili" kimi keçirilməsi bizim onun xidmətləri qarşısında şükranlıq borcumuzun bir ifadəsidir. Öz həyatını dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət etməyə həsr etmiş Azərbaycan xalqının böyük və dahi oğlu Heydər Əliyevin şəxsiyyəti hər bir azərbaycanlı üçün örnək olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial

13-01-2023, 00:55

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Siyasət

12-12-2022, 15:23

"O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu"

Gündəm / Siyasət / İqtisadiyyat

28-11-2022, 14:00

Gələn il Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr basılacaq

Siyasət

28-05-2022, 22:15

MHP sədri 28 May Müstəqillik günü münasibəti ilə xalqı təbrik edib

Siyasət

10-05-2022, 15:21

Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir Azərbaycanın tarixində yeni səhifə açdı

Siyasət

30-03-2022, 15:30

MHP 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT yayıb

Siyasət

18-10-2021, 13:22

Prezident: Ulu Öndər müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısını aldı

Siyasət

15-10-2021, 17:27

"Biz əminik ki, Prezident İlham Əliyev ölkəmizi bundan sonra da zirvədən-zirvəyə inamla aparmağı bacaracaq"

Siyasət

25-08-2021, 12:30

Prezident mühüm fikirlərini BMT rəsmisinin diqqətinə dəmir məntiq kimi ifadə edib

Siyasət

11-06-2021, 11:14

MM sədri: Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir

Siyasət

10-05-2021, 01:50

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Son xəbərlər
  • Bugün, 19:01
    Kiyevdə matəm elan olunub
  • Bugün, 17:50
    Kiyevdə matəm elan olunub
  • Bugün, 17:48
    Azərbaycanda tullantıların idarə edilməsi üzrə yeni agentlik yaradılıb
  • Bugün, 14:30
    Quterreş Azərbaycana dəstək verdi: “BMT çoxtərəfli əməkdaşlığa sadiqliyi yüksək qiymətləndirir”
  • Bugün, 13:37
    Si Cinpin və Tramp arasında kritik görüş: Tayvan mesajı diqqət çəkdi
  • Dün, 11:39
    Qubada üç kəndin adı dəyişdirilib
  • Dün, 09:27
    Şuşada nəqliyyatın hərəkət sxemi dəyişdirilir
  • Dün, 08:45
    Göyçayda qadın qısqanclıq zəminində qətlə yetirilib
  • Dün, 08:43
    Bakıda otaq yoldaşını bıçaqlayan şəxsə hökm oxundu
  • Dün, 08:29
    Tramp Çinə səfərə yola düşüb
  • Dün, 08:26
    Hakan Fidan: Müharibə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər
  • Dün, 01:29
    Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
  • 12-05-2026, 13:13
    Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
  • 12-05-2026, 11:01
    Goranboyda əmioğlular arasında dava bıçaqlanma ilə nəticələnib
  • 12-05-2026, 11:00
    Trampın Çin səfərinə iri şirkət rəhbərləri də qatılacaq
  • 12-05-2026, 10:58
    Balakəndə narkotik plantasiyası aşkarlanıb
  • 12-05-2026, 10:54
    Suraxanıda avtomobil qadını vuraraq öldürüb
  • 12-05-2026, 10:41
    DİN: Bir gündə 46 şübhəli saxlanılıb
  • 12-05-2026, 10:39
    Kəlbəcərdə iki hərbçi minaya düşüb
  • 11-05-2026, 18:24
    Polis iki gündə avtomatlar və qumbara aşkarlayıb
  • 11-05-2026, 18:21
    Gürcüstanın yeni Katolikos-Patriarxı seçildi
  • 11-05-2026, 17:56
    Putin Ermənistanın Avropa kursu ilə bağlı xəbərdarlıq edib
  • 11-05-2026, 16:45
    Azər Qasımlının həbs şəraiti ilə bağlı narahatlıqlar səsləndirildi
  • 11-05-2026, 15:32
    Polis iki gündə 25 kiloqrama yaxın narkotik aşkarlayıb
  • 11-05-2026, 15:29
    Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
  • 11-05-2026, 15:20
    Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
  • 11-05-2026, 00:40
    Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
  • 11-05-2026, 00:38
    Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
  • 11-05-2026, 00:36
    Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
  • 11-05-2026, 00:33
    Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
  • 10-05-2026, 14:06
    Moskvada 9 May atəşfəşanlığı ləğv edilib
  • 10-05-2026, 14:05
    Gəncədə ustaların olduğu avtomobil qəzaya düşüb, yaralananlar var
  • 10-05-2026, 14:02
    Bu gün Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 20:46
    Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
  • 9-05-2026, 20:44
    Paşinyan: “Ermənistanı ‘banan respublikası’ olmaqdan xilas etdik”
Daha çox
Çox oxunanlar
Dün, 01:29
Vyanada keçirilən ATƏT toplantısında Azərbaycanda media azadlığı və rəqəmsal repressiyalar müzakirə olunub
11-05-2026, 00:36
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
11-05-2026, 00:33
Rəsmi Bakı Rusiya kanalında göstərilən xəritəyə etiraz edib
11-05-2026, 00:38
Tramp Kubanı hədəfə aldı: “Onunla məşğul olacağıq”
11-05-2026, 00:40
Paşinyan: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
11-05-2026, 15:20
Vyanada “Rəqəmsal Dövrdə Vətəndaş Məkanının Qorunması” mövzusunda beynəlxalq toplantı keçirilir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Balakəndə narkotik plantasiyası aşkarlanıb
Suraxanıda 12 kiloqram marixuana aşkarlanıb
Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb
Hesablama Palatasının auditləri milyonlarla manatlıq pozuntu aşkarlasa da, nəticələr sual doğurur
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
Ödənişli yolda sürətə nəzarət gücləndirilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə