USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Dostluğun və qardaşlığın TƏNTƏNƏSİ

Siyasət

16-06-2021, 09:55

Dostluğun və qardaşlığın TƏNTƏNƏSİCeyhun Məmmədov,
Milli Məclisin deputatı

Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını daşnakların caynağınndan xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana -Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə Türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Umummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra bu istiqamətdə mühüm addımlar atıldı. O, Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəfdaşıdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır”, -deyə vurğulamışdır.

Cənab Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır” .

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilmişdir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi idi. Bu layihələr regionun inkişafında mühüm rol oynayır.

Ümumiyətlə, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib.

Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.

Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmaycaq.

Həm Azərbaycan, həm də Türkiyə Naxçıvan dəhlizinə xüsusi önəm verir. Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu lahiyənin həyata keçirilməsi bötövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı loqistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. Populist və revanşist bəyanatlar Ermənistanı daha da uçuruma aparacaq. İqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə aparıb çıxaracaq. Bunu gec olmadan ermənilər anlamalıdırlar. Əks halda region dövlətlərinin hər birini yüksəlişə aparacaq bu proseslərin kənarında qalaraq məhv olacaqlar.

Türkiyə Prezidentinin Şuşa şəhərinə səfəri, Şuşa bəyannaməsinin imzalanması, hər iki ölkə liderinin verdiyi bəyanatlar iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafına öz ciddi töhfəsini verəcək. Qarşılıqlı əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-06-2021, 10:21

Türkiyə prezidentinin Şuşa səfərinin proqramı açıqlanıb

Siyasət

1-06-2021, 18:49

Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Gündəm / Siyasət / Dünya

30-05-2021, 13:15

Sedat Peker addım addım Türkiyə hakimiyyətinin iç üzünü açır.

Siyasət

28-05-2021, 09:32

Bakı və Ankara türk ölkələrinə yardım edə bilər

Siyasət

3-05-2021, 13:09

Türkiyənin Bakıdakı yeni səfiri müraciət YAYDI

Siyasət / Mədəniyyət

1-02-2021, 16:59

Deputat Türkiyə filmlərinin Azərbaycan dilinə tərcüməsinə etiraz etdi

Siyasət

16-11-2020, 13:29

Ərdoğan Türk əsgərini Azərbaycana göndərir - SƏNƏD artıq parlamentdə...

Siyasət

11-11-2020, 14:34

Naxçıvan koridorunun yaradılmasının önəmi - KİV

Siyasət

10-11-2020, 13:31

İlham Əliyev Ərdoğanla danışdı

Siyasət

22-09-2020, 20:51

Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Siyasət

20-07-2020, 16:30

“Bu təkcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə hücumdur...” - TÜRKİYƏLİ GENERAL TOVUZ DÖYÜŞLƏRİ HAQDA

Siyasət

26-02-2020, 14:46

Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinə şahidlik edəcəklər - Hikmət Babaoğlu

Son xəbərlər
  • Bugün, 17:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • Bugün, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • Bugün, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
Daha çox
Çox oxunanlar
2-08-2026, 12:27
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
4-08-2026, 22:23
Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
Bugün, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
Bugün, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə