USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Makron ağır durumda

Siyasət / Sosial / Hadisə

18-07-2023, 21:35

Makron ağır durumda

Fransa Prezidenti Emmanuel Makronun siyasi kimliyi bir çox təzadlarla doludur. Ölkəsində baş verən daxili proseslərdən tutmuş Makronun dünya siyasi arenasındakı hadisələrə münasibətinə qədər bir çox amil onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dəlalət edir.

Fransa lideri nə qədər can atsa da, Avropanın sayılıb-seçilən, sözü mötəbər hesab edilən liderləri sırasında dayana bilmir. Çünki sadalanan amillər təkcə hansısa dövlətin başçısı postunu tutmaqla deyil, həm də siyasətçi kimi özünəməxsus və uğurlu yola sahib olmaq, dünya gündəmində öz statusuna yaraşan miqyasda mövzularla qalmaq, həmçinin qlobal məsələlər barəsində müstəqil fikrə sahib olmaqdan da asılıdır.

E.Makron barəsində isə yuxarıda sadalanan lider-siyasətçi xüsusiyyətlərini görmək mümkün olmur.

Üstəlik, hər ötən gün E.Makronun siyasi obrazı daha da təlatümlü və qarışıq bir vəziyyətə bürünür.

Növbəti belə qarışıq durum Makronun ABŞ-nin məşhur “Uber” şirkəti ilə münasibətlərində öz əksini tapıb. Artıq dünya mətbuatında böyük maraq doğuran “Uber faylları” Makronun siyasi kimliyini təyin etməkdə növbəti ipucu rolunu oynaya bilər.

Fransa prezidentinin hələ iqtisadiyyat naziri olduğu dövrdə “Uber” taksi xidməti ilə qurduğu gizli və yaxın əlaqələr sayəsində bu şirkətin Fransa qanunlarını pozaraq öz təsir dairəsini genişlətməsinə göz yumması, əslində, bir lider üçün olduqca ağır və arzuolunmaz vəziyyətdir. Ancaq E.Makronun siyasətçi imici üçün hətta bu qədər ciddi və qanunsuz bir proses də son nöqtə hesab edilməməlidir. Necə deyərlər, Makronun potensialı bundan artığını da vəd edir...

Ancaq söhbət Makron kimi səriştəsiz və yalnız öz mənfəətini güdən “siyasətçi”dən getsə belə, yenə də fakt faktlığında qalmaqdadır.

Yeri gəlmişkən öz xalqını düşünmədiyini hər vəchlə göstərən E.Makron ermənilərə “ədaləti bərpa etmək”lə bağlı cəfəng sözlər də verib. Ancaq son baş verənlər məntiqi şəkildə bir sualın ortaya çıxmasına zəmin yaradır. Öz xalqına, millətinə qarşı dürüst ola bilməyən, öz mənfəəti naminə xalqını aldadan və onun fikirləri ilə hesablaşmayan bir “lider” ermənilər üçün niyə can yandırmalıdır?

Sualın özü, əslində, cavabın da təməlini təşkil edir. E.Makron sadəcə ermənilərdən istifadə edir, öz maraqlarına alət edir və yekunda sadəcə boş vədlərlə onları aldadır.

Mənfəət və şəxsi maraqlardan danışmışkən, maraqlıdır görəsən, Makron “Uber”in qulluğunda nəyin qarşılığında dayanıb?

“Uber” şirkətinin yolsuzluqları ilə bağlı açıqlanan son sənədlərə əsasən, Makron şirkətin rəsmiləri ilə ictimaiyyətdən gizli sövdələşmələr əsasında şirkətin sürücülərinin ölkə qanunlarına əsasən sürücü kimi işə alınmaq üçün keçməli olduqları təlim saatlarının azaldılmasına razılıq verib və bu, ciddi pozuntu halıdır. Buna isə şəxsən bu gün prezident kreslosunda əyləşən şəxs – E.Makron razılıq verib. Hər halda Fransanın hüquq-mühafizə orqanlarını da yuxarıda verilən sual ciddi maraqlandırmalıdır. Makronun “Uber” üçün ölkəsində əlverişli “şərait yaratmasının” arxasında daha ağır və ciddi qanun pozuntularının dayanması yəqin ki, utopiya deyil...

Fransanın lideri kimi ağır bir vəzifənin öhdəsindən gəlməkdə acizlik nümayiş etdirən Makron bu gün öz ölkəsində heç də hər kəsin sevimlisi sayıla bilməz. Hətta demək olar ki, hər ötən gün ona qarşı qəzəb dalğası miqyasını əzmlə genişləndirir. Ölkədə baş verən etirazlar, iğtişaşlar bunun bariz nümunəsidir. Bu etirazlara Fransa dövlətinin amansız reaksiya da E.Makronun siyasətçi kimi ipdən asılı olduğunu göstərir. Əks halda xalqın haqlı tələblərini güc tətbiq etməklə boğmağa çalışmaq, onların maraqlarını heçə saymaq ölkə liderinə nə vəd edə bilər ki? Görünür, Makron gedişatın acınacaqlı və qaçılmaz sona apardığını duyacaq qədər hiyləgərdir və bu sonu bir qədər ləngitmək üçün son şanslarından istifadə edir...

Bir faktı da nəzərə çatdıraq ki, “Uber”in 2014-cü ildən Fransa qanunlarına zidd bir şəkildə ölkə ərazisində “özəl sürücü” xidmətini aktivləşdirməsi Makronun nazir kimi ilk fəaliyyət ilinə təsadüf edir. Ancaq E.Makronun bu gün Fransada yaratdığı mənzərə onu göstərir ki, hələ nazir olarkən atdığı qanunsuz addımlar heç də təsadüf deyil. Bu, E.Makronun siyasi obrazının təcəssümüdür. İlk fürsətdə xalqının mənafeyini şəxsi maraqlarına qurban vermək E.Makronun gələcək siyasi karyerası üçün böyük risk olsa da, onun illər sonra bu gün Fransa prezidenti kürsüsündə əyləşməsi məharətlə qanunsuz əməllərini ört-basdır edə bildiyini göstərir. Ancaq artıq ifşa olunmuş faktlar qarşısında nə edəcəyi müəmmalıdır. Hər halda bu cür qanun pozuntularına hüquqi qiymət verilməsi zəruridir və Fransa prezidentinin də bütün imkanları ilə buna qarşı çıxacağını, müqavimət göstərəcəyini proqnozlaşdırmaq mümkündür.

Üstəlik, bu əməllər Makronun seçkilərdəki iki qələbəsinin də legitimliyini sual altında qoya bilər. Hər halda əlinə düşən ilk fürsətdə xalqının maraqlarını satan bu şəxs daha yüksəklərə qalxmaq üçün hansı yollara əl atmaz ki?!

Kreslosuna əyləşən kimi lobbi qruplarının təsir dairəsinə düşən E.Makronun öz ölkəsində liderlik keyfiyyətləri nümayiş etdirib, xalqının problemlərini həll edəcəyi o qədər də ağlabatan səslənmir. Elə E.Makronun ermənilərlə “yaxınlığının” arxasında da lobbi fəaliyyətləri və bu fəaliyyətlərin xalqın deyil, şəxsin maraqlarına uyğun nəticələri, vədləri dayanır.

Adı bu cür böyük qalmaqalla hallanan E.Makronun reytinqinin yerlə bir olması olduqca labüd məsələdir. Onsuz da indiyə qədər 30 faizdən bir qədər çox reytinqə malik Fransa prezidentinin “Uber” hadisəsindən sonra bu dəstəyi də itirməsi olduqca qüvvətli bir ehtimaldır. Belə olan halda isə Fransanın nə ölkəsində, nə də dünyanın siyasi arenasında o qədər də sevilməyən liderinin liderliyini legitim hesab etmək bir qədər sadəlövhlük sayıla bilər.

Makron üçün cari vəziyyətdə ən uğurlu seçim istefa sayıla bilər. Ancaq siyasi fəaliyyəti müddətində heç bir uğura imza atmamış Makrondan bu uğurlu seçimi gözləmək də real sayıla bilməz. Üstəlik, E.Makronun şəxsi keyfiyyətləri də bu cür ağır, ancaq bir o qədər də məsuliyyətli qərarı verməsinə əngəl yaradır.

Bütün bunların əvəzində isə E.Makronun əlində xalqa qarşı amansızlıqla istifadə etdiyi bir silahı – güc strukturları var. Fransada haqqı uğrunda mübarizə aparan, ölkədə qanuni tələblərini dilə gətirən hər kəs polisin və ya başqa bir güc strukturunun dəyənəyindən, su şırnaqlarından öz nəsibini alır. Bunun adı isə hər nə qədər Fransa özünü “demokratiyanın beşiyi”, “demokratiyanın hamisi” hesab etsə də, diktaturadan başqa bir şey deyil.

E.Makronun siyasi obrazı məhz bundan ibarətdir: ilk fürsətdə dövlət mənafeyini şəxsi maraqlara qurban verən, xalqın hüquq və azadlıqlarını zor gücünə boğan, xarici lobbi qruplarının əlində oyuncağa çevrilən, demokratik prinsipləri tapdalayacaq diktatura rejimini quran səriştəsiz “lider”.

Paylaş:
Digər xəbərlər

Siyasət

12-04-2023, 12:31

Makronu çıxışı zamanı "fitə" basıblar

Siyasət / Sosial

26-03-2023, 22:20

XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırdı

Gündəm / Sosial

18-12-2022, 08:15

Kərim Benzema Makronun təklifini qəbul etmədi

Siyasət

15-10-2022, 15:52

MHP Makronun Cənubi Qafqazda sülh prosesinə ağır zərbə vuran bəyanatlarını pisləyir

Siyasət

14-06-2022, 09:52

Makron Ukraynaya səfərə hazırlaşır

Siyasət

16-03-2022, 05:24

Makron Marinaya sığınacaq təklif edib

Siyasət

11-02-2022, 09:34

"Fransa o qədər də nüfuzu və avtoriteti olan dövlət kimi tanınmır"

Siyasət

26-07-2021, 11:07

"Makronun Bakıya səfəri heç nəyi dəyişməyəcək"

Siyasət

2-06-2021, 14:34

Makron ermənilərin əsirinə çevrilib

Siyasət / Dünya

1-02-2021, 02:03

Emmanuel Makron: "Yarıhamilə olmaq qeyri-mümkündür"

Siyasət

25-10-2020, 20:37

İmran Xandan Makrona SƏRT SÖZLƏR

Siyasət

9-10-2020, 08:44

Makron niyə Paşinyana dəstək olur? – Pərdəarxası

Son xəbərlər
  • Dün, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • Dün, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • 28-06-2026, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • 28-06-2026, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • 28-06-2026, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • 28-06-2026, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • 28-06-2026, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • 28-06-2026, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • 28-06-2026, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • 27-06-2026, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • 27-06-2026, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • 27-06-2026, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
Daha çox
Çox oxunanlar
5-07-2026, 17:31
Makron Suriyaya səfər edəcək
5-07-2026, 12:08
Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
5-07-2026, 14:07
Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
5-07-2026, 17:28
Ağdamda ata və iki övladı su anbarında batıb
Dün, 01:00
Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
5-07-2026, 14:29
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə