
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) II Həmrəylik Forumu keçirilir.
Tədbir “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə baş tutur.
Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Qırğızıstan, Azərbaycan–Türkmənistan və Azərbaycan–Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq forumlarının keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, TDT ölkələrinin QHT-lərinin I Həmrəylik Forumu 2025-ci ilin noyabrında Bakı və Naxçıvanda təşkil olunmuşdu. Həmin tədbirdə Naxçıvanda TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib və platformaya rəhbərlik təşkilatın sədri kimi Azərbaycana həvalə olunub.
Son altı ay ərzində artıq ikinci dəfədir ki, TDT-yə üzv ölkələrin QHT nümayəndələri Azərbaycanda bir araya gəlirlər.