USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Hava Yolları (AZAL) Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların təxirə salındığını açıqlayıb.
Məlumata görə, buna səbəb Naxçıvan Beynəlxalq Aeroportu ətrafında müşahidə olunan əlverişsiz hava şəraitidir.
Bildirilib ki, qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub və bu istiqamətdə bütün zəruri tədbirlər görülür.
Qeyd edək ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada bərpası planlaşdırılır.