USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Rövşən Rzayevin “Kebabzade” qayğıları… - İTTİHAM

Siyasət

11-08-2020, 16:54

Rövşən Rzayevin “Kebabzade” qayğıları… - İTTİHAMDeputatlıqdan komitə sədrliyinə yüksəliş Rövşən Rzayev üçün uğur açarı idi. Əgər o, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri kimi etimadı doğrultsaydı, siyasi hakimiyyət tərəfindən dəyərləndirilərək nazir postuna qədər qaldırıla bilərdi.

Amma iqtidarın yuxarı eşelonunda onun fəaliyyətini təftiş etməmiş olmazlar. Və görməmiş deyillər ki, R.Rzayev sələfi Əli Həsənovdan geri qalmayaraq, qısa müddətdə varlana bilib.

Bu kapital hansı gəlirlər hesabına əldə olunub, müəmmalıdır, amma “Qaçqınkom” sədrinin Avropada daşınmaz əmlakları, ölkə daxilində milyonluq tenderləri üzə çıxmaqdadır.

Elə bu faktlar bəlkə də suallara bərabərlik işarəsi qoya bilir. Anaxeber.info təhlil edir ki, komitə sədri fəaliyyət göstərdiyi dövrdə köçkünlərə, şəhid ailələrinə canyananlıq da etməyib.

Nə Ağdam kəndinə, nə şəhid evinə getdi…

Elə Tovuz döyüşlərini götürək, R.Rzayevi nə Ağdam kəndində gördük, nə şəhid generalın və digər zabitlərimizin ailələrini ziyarət elədi, nə hadisələrlə bağlı bir açıqlaması oldu.

“Qaçqınkom” sədri kənd təsərrüfatı naziri, yaxud miqrasiya xidmətinin rəisi deyil ki, vətən uğrunda döyüşlərlə bağlı çıxış etməsə də olar. Üstəgəl, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin üzvüdür.

Hər şey ümdə dövlət xadimi, ədliyyə general-mayoru Şükür Rzayevin oğludur. Belə vətənpərvər, orduya, hərbiyə bağlı kişinin 1 milyon qaçqın-köçkünün probleminə məsul övladı Tovuz döyüşləri, əsgərə dəstək yürüşü haqda biganəlik nümayi etdirməkdədir. Onun deputatlarla birgə Ağdam kəndinə getməsi, şəhidlərin ailələri ilə görüşməsi, ən azı bir şəhiidin dəfnində iştirakı vacib idi.

Amma təəssüf ki, müsbət xarakterizə olunan və insafən, indiyə qədər adı birbaşa hansısa xoşagəlməz işdə keçməyən R.Rzayevdən komitə sədri kimi gözləntilər çox idi. Son dövrlərdə elektron mediada yazılanlar isə onun başqa işlərə vaxtını sərf etdiyi təsəvvürü yaradır və bu da üzücüdür.

Ümumiyyətlə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin də sözügedən quruma rəhbər təyin olunmasından çox vaxt keçməyib. Lakin burada da artıq narazılıqlar baş verməkdir.

Mənzil İstismar Departamentində yeyinti

Dövlətin qaçqınların və məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılıaşdırılması istiqamətində gördüyü işlərdə eyni funksiyanı daşıyan bu qurumlarda bu gün nələr baş verir? Şəffaflıq adı altında yaradılmış görüntülərin arxasında əslində nələr dayanır?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 2020-ci ilin yeddi ayı ərzində keçirdiyi tenderlər ətrafında apardığımız araşdırmalar burada hər şeyin heç də şəffaf olmadığını bir daha göstərdi.

Belə ki,Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 1100 litrlik yeni dəmir tullantı qutularının alınması üzrə keçirilmiş tenderin qalibi olmuş “Emin-85” MMC ilə 05.08.2020-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.

Bağlanmış müqavilədə qurumun 149700 manata almaq istədiyi tullantı qutularının dəqiq sayının dərc olunmuş elanda göstərılməməsi bir şübhə yaradır. İkinci bir şübhə isə qalib şirkətin özündədir.

Belə ki, şirkət sözügedən qurumla müqavilə bağlamamışdan cəmi iki ay əvvəl yaradılıb ki bu da satınalmalar haqqında qanunun tələblərinə ziddir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 02.04.2020-ci il tarixdə müqavilə bağladığı bir şirkət də “AZ.MON-1”Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sözügedən qurum bu şirkətlə 8 ədəd söhbətgahların quraşdırılması üçün 49755.41 manat dəyərində müqavilə bağlayıb.

Müqavilədən belə çıxır ki, 1 ədəd “besedkanın” quraşdırılması departamentə 6219 manata başa gələcək.Burada 1 “besedkanın” 6219 manata başa gəlməsi nə dərəcədə real rəqəmlərdir.

Departament sözügedən şirkətlə ötən il də,yəni 05.09.2019-cu il tarixdə də məcburi köçkünlər üçün salınmış qəsəbələrdə söhbətgahların quraşdırılması üçün 49845.12 manat dəyərində bir müqavilə də bağlayıbmış.
Bu “besedkalar” quruma neçəyə başa gəlməsi məlum olmasa da ümumi olaraq 100 min manat civarında vəsait xərclənməsi görsənir.

“Kebabzade” və 15 milyonluq tender

Qeyd edək ki, jurnalist Cavanşir Həsənli R.Rzayevin xaricdə “Kebabzade” adı restoranı olduğunu yazıb və fotosunu paylaşıb. Bundan qabaq isə araşdırmaçı-yazar 15 milyonluq maxinasiyanın üstünü açıb. Belə ki, “AZ.İNŞAAT-M.V” MMC son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib.

Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir.

MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir.

Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır.

Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir. Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub.

Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb.

Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir. “AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir.

Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D.Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb.

“AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib.
İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində “qalib” edilmiş şirkətin sirli təsisçisinin kimliyinə.

Mahir Abbaszadənin şirkəti…

Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib.
Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur.

Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə! Şirkəti təsis etdiyi dövrdə o, “Zaminbank” ASC-nin “Gənclik” filialına rəhbərlik edib.

Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı həbs edilib.

Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, “Nikoil Bank”ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi.

Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi. Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub.

Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub.

Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik)
qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub.

Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!

Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu. Hər halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mahir Abbaszadənin fondun 15 milyonluq sifarişlərini öz şirkətinə həvalə etməsinə niyə göz yumruğunu izah etməli, başqa sözlə hansı maraqlarının olduğuna komitə özü aydınlıq gətirməlidir.

Paylaş:
Digər xəbərlər

Siyasət

30-06-2020, 13:54

Əli Hüseynlinin federasiyası fəaliyyətini DAYANDIRDI

Siyasət

27-06-2020, 13:16

"Murov Qartalı" Raquf Orucovun dəfnində Müdafiə Nazirliyinin rəsmiləri niyə İŞTİRAK İŞTİRAK ETMƏYİB??

Siyasət

25-06-2020, 14:53

Rövşən Rzayevin nazirə zəngi Göygöldəki "kadr islahatı"nı hansı məcraya yönəldib? - İDDİA

Bölgə

18-06-2020, 14:15

Xocavənd uğrunda döyüşdə şəhid olan gizirin ailə üzvləri evlərinə köçə bilmir - GİLEY

Gündəm

25-05-2020, 09:30

Nazir olma sevdasına düşən İcra başçısı – Yaxın çevrəsi ilə birgə öz kabinetində şampan məclisi düzənlədi

Bölgə

11-04-2020, 10:31

Bərdə Telekomunikasiya İdarəsindən ŞİKAYƏT - İnternet xətti niyə YOXDUR?

Bölgə

3-04-2020, 13:00

Koronavirusa görə, onun dərdinə də çarə tapılmır - GİLEY

Gündəm

10-03-2020, 17:00

MM-in komitə sədrləri məlum olur

Gündəm

3-03-2020, 11:55

"Qaçqınkomda" Xocalı sakinini, Şəhid qardaşını təhqir edərək hədələyiblər - İDDİA

Son xəbərlər
  • Bugün, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • Bugün, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • Bugün, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • Bugün, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • Bugün, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • Bugün, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • Bugün, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • Dün, 15:03
    DYP sürücülərə müraciət etdi
  • Dün, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • Dün, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • Dün, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • Dün, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • Dün, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • Dün, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
  • 30-01-2026, 13:44
    Sabunçuda gənc dəm qazından boğularaq ölüb
  • 30-01-2026, 13:01
    Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
  • 30-01-2026, 12:52
    Ov mövsümünün müddəti uzadıldı
  • 30-01-2026, 12:46
    Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
  • 30-01-2026, 12:40
    Ali Məhkəmənin Plenumu şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı yeni qərar qəbul edib
  • 30-01-2026, 12:38
    Tarix və mədəniyyət abidələrinə qəsdən ziyan vurulmasına görə cəzalar sərtləşdirilib
  • 30-01-2026, 00:27
    Avropda yaşayan jurnalist təqib olunur
  • 29-01-2026, 20:09
    Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
  • 29-01-2026, 17:01
    Ciddi hesabat blankları ilə bağlı qaydalara dəyişiklik edildi
  • 29-01-2026, 16:58
    AŞPA-da Mirzoyanın çıxışı: Ermənistan regionda sülhün Bakı–İrəvan dialoqu ilə mümkün olduğunu etiraf edir
  • 29-01-2026, 15:45
    AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
  • 29-01-2026, 15:16
    PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
  • 29-01-2026, 14:19
    Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla
  • 29-01-2026, 13:39
    Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
  • 29-01-2026, 13:36
    Qurban Qurbanov: Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək Azərbaycan futbolu üçün böyük uğurdur
  • 29-01-2026, 13:34
    Dövlət Sərhəd Xidmətində yüksək vəzifələrə yeni təyinatlar olub
  • 29-01-2026, 13:32
    Aİ-nin diplomatiya rəhbəri: ABŞ bir ildən çoxdur Ukraynaya dəstək göstərmir
  • 29-01-2026, 10:29
    Almaniya kansleri: Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü qeyri-mümkündür
  • 29-01-2026, 10:25
    UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulub
  • 29-01-2026, 10:22
    Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib
Daha çox
Çox oxunanlar
26-01-2026, 16:06
Strasbourg, Fransa — Avropa Parlament Assambleyasında “Türkiyə Dokuma Atlası” Mədəniyyət Sərgisi Açııb
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
26-01-2026, 16:58
Bu gün Avropa Parlament Assambleyasının qış sessiyası öz işinə başlayıb.
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Bugün, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
Bugün, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Keçmiş məhkum 5 kiloqrama yaxın narkotiklə saxlanıldı
Ov mövsümünün müddəti uzadıldı
Ənənə, İrs və Qadın Əməyi ilə Gələcəyə Körpü - Fotolarla

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə