USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Təzə ətdən istifadə düzgün yanaşma deyil, bu ətdə stress toksinləri var - Qida Təhlükəsizliyi Agentliyi

Sosial

28-05-2020, 13:35

Təzə ətdən istifadə düzgün yanaşma deyil, bu ətdə stress toksinləri var - Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Heyvan xəstəliklərinin və heyvan mənşəli məhsulların tədqiqi sektorunun əməkdaşları "Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri" adlı məlumat təqdim edib.

Ət – enerji və protein mənbəyi olmaqla yanaşı, həm də yüksək bioloji dəyərə malik qida məhsuludur. İnsan orqanizminin inkişafı, hüceyrələrin yenilənməsi, bərpası, qan əmələ gəlməsi, sinir sisteminin möhkəmlənməsində və dərinin sağlamlığında mühüm rol oynayan ətin tərkibində 16-20% zülal, 2-40% yağ, karbohidratlar, mineral maddələr, fermentlər, həmçinin azotlu və azotsuz ekstraktiv maddələr vardır. Heyvanın növü, yaşı və bəslənməsi ilə əlaqədar olaraq, ətin kimyəvi tərkibi faiz göstəricilərinə görə müxtəlif olur.

Ətin tərkibindəki tam dəyərli zülallara misal olaraq miozin, miogen, aktin, mioqlobin və s. göstərmək olar. Ətə qırmızılıq verən isə mioqlobin zülalıdır. Miozin və miogen zülalları ferment rolu oynamaqla, ət əzələsində gedən fizioloji prosesləri sürətləndirir. Mioqlobin tərkibcə qan hemoqlobininə oxşardır. Tam dəyərli olmayan ət zülallarına isə elastin və kollageni misal göstərmək olar ki, bunlar tərkibcə birləşdirici toxumaya aid olmaqla, insan orqanizmi tərəfindən çətin mənimsənilir.

Mal ətinin tərkibindəki yağlar onun qidalılıq dəyərini, kalorililiyini, həmçinin dadını yaxşılaşdırmaqla asan mənimsənilir. Ətin tərkibindəki yağlar əzələ liflərinin arasında incə təbəqə şəklində yerləşdikdə bu zaman dad xüsusiyyəti və keyfiyyəti ilə seçilən “mərmər ət” növü formalaşır ki, bu ət növü istehlakçılar tərəfindən yüksək qiymətləndirilir. Mal ətində toplanan yağın tərkibində 30%-ə qədər doymuş ali yağ turşuları, 0,06-0,1% miqdarında xolesterin mövcuddur. Yağ turşuları qoyun ətinin tərkibində miqdarca daha çoxdur. Yağlı ətlərin tərkibində doymuş yağ və xolesterolun daha yüksək olduğunu nəzərə alaraq, diabet və hipertoniya xəstəlikləri olanlar yağlı qırmızı ət əvəzinə, yağsız qırmızı ət və ya dərisiz toyuq, hinduşka, balıq ətinə üstünlük verməlidirlər.

Ətdə mövcud olan karbohidratlar qlikogen şəklində təmsil olunmaqla, ətin yetişmə prosesində böyük rol oynayır. Mineral maddələrin (Fe, K, Na, Mg və s.) miqdarı 0,8-1,3% olmaqla, ətin struktur quruluşunun formalaşmasında iştirak edir. Bu maddələr içərisində dəmirin miqdarı daha çoxdur.

Ətin tərkibindəki suyun miqdarı heyvanın növü, yaşı və sairdən asılı olaraq 50-75% təşkil edir. Ət yağlı olduqca tərkibindəki suyun miqdarı azalır. Cavan heyvan ətindəki suyun miqdarı yaşlı heyvan əti ilə müqayisədə daha çoxdur. Suyun miqdarı çoxaldıqca ətin qidalılığı azalır və xarab olması tezləşir. Ətin tərkibində A, D, E, B qrupu vitaminlərinə də rast gəlinir. Ətin enerji dəyərliliyi heyvanın növü, yaşı və köklük dərəcəsindən asılı olaraq 105-489 kkal arasında dəyişir.

Heyvan kəsildikdən sonra ətin tərkibində müxtəlif biokimyəvi dəyişikliklər baş verir ki, bu da “ətin yetişmə prosesi” kimi tanınır.

“Ətin yetişməsi” (avtoliz) - ətin tərkibində öz-özünə gedən kimyəvi proseslər nəticəsində onun fiziki və kimyəvi xüsusiyyətlərinin dəyişməsi prosesidir ki, bu zaman ətin sərtliyi, nəmliyi, dadı, rəngi, qoxusu və mikrobioloji proseslərə davamlılığı dəyişir. Bu prosesdə başlıca olaraq ətin turşuluğu artır ki, (pH ≤ 5,5-ə qədər) bu da ətin tez xarab olmasının qarşısını alır. Adətən təzə ətin bu göstəricisi neytral (pH =7) və ya zəif qələvi (pH=7,2) olmaqla mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. “Ətin yetişməsi prosesi”ndə onun tərkibindəki qlikogenin süd turşusuna qədər parçalanması ilə bərabər, eyni zamanda ət zülalı fiziki - kolloid strukturunu dəyişərək insan orqanizmində daha asan mənimsənilən formaya düşür. Ət müvafiq temperaturda (0-4 C) 3-48 saat ərzində saxlandıqda, “ətin yetişmə prosesi” qənaətbəxş hesab edilir.

Təzə ətdən istifadə milli kulinariyamız üçün səciyyəvi olsa da, bu düzgün yanaşma kimi qiymətləndirilmir. Bu isə təzə kəsilmiş ətin biokimyəvi xüsusiyyəti və heyvan kəsimi zamanı stress amillərinin təsiri ilə əmələ gələn toksiki maddələrin ətdə toplanması ilə izah edilir.

Ət insanlar üçün dəyərli qida növü hesab edilməklə bərabər, müxtəlif mikroorqanizmlərin, o cümlədən patogenlərin inkişafı üçün də əlverişli mühitə malikdir. Qeyd etmək lazımdır ki, patogenlər bır sıra yoluxucu zoonoz xəstəliklərin (brusellyoz, qarayara, vərəm və s.) törədicisi olmaqla heyvanların özləri və insanlar arasında yoluxma yarada bilər. Parazit mənşəli xəstəliklərə (toksoplazmoz, trixinelyoz və s.) tutulmuş heyvan ətinin istehlakı da insanların bu kimi xəstəliklərə yoluxmasına səbəb olur.

Bununla yanaşı, heyvan kəsimi zamanı və daha sonra ətin saxlanma prosesində gigiyenik qaydalara riayət edilməməsi səbəbindən ətin müxtəlif mikroorqanizmlərlə (salmonella, eşerixiyakoli, kampilobakteriya, listeria, stafilokokklar, streptokokklar, klostridiumlar, şigella və s.) çirklənməsi baş verə bilər. İnsanlar arasında tez-tez rast gəlinən qida mənşəli zəhərlənmələrin (qida toksikoinfeksiyaları) əsas səbəbi məhz bu kimi mikroorqanizmlərlə sirayətlənmiş ət məhsullarının istehlakıdır.

Qeyd etdiyimiz kimi, ət mikroorqanizmlərin, o cümlədən virusların sağ qalması üçün münbit mühit olduğundan, hazırda pandemiya şəklində dünyanı bürüyən COVID-19 virusu ilə mübarizədə ətdən düzgün istifadə qaydaları yenidən aktuallaşmışdır.

Ət alarkən nələrə diqqət yetirməli?

Bütün bunları nəzərə alaraq, ətin səbəb ola biləcəyi təhlükələrin profilaktikası məqsədilə istehlakçılar tərəfindən aşağıdakı tövsiyələrin nəzərə alınması məqsədəuyğundur:

- yol kənarlarında açıq şəkildə kəsilib satılan, baytarlıq-sanitariya ekspertizasından keçməyən və antisanitar şəraitdə fəaliyyət göstərən kəsim yerlərindən ət məhsulları alınmasın;

- ət satışı ilə birbaşa məşğul olan şəxslərin fərdi mühafizə vasitələrindən (xalat, əlcək, maska) istifadə etməsi tələb olunsun;

- təzə kəsilmiş ət alındıqdan sonra dərhal istifadə edilməsin və yuxarıda qeyd edilmiş qaydalara uyğun “yetişməsi” təmin olunsun;

- mikroorqanizmlərin dəridəki kəsiklər və zədələr vasitəsilə insana yoluxması ehtimalı yüksək olduğunu nəzərə alaraq, ət doğranan zaman əllərin zədələnməməsi üçün maksimum ehtiyatlı olmaq lazımdır;

- ətin doğranmasında istifadə edilən kəsici alətlər və taxtalar mükəmməl yuyulub təmizlənməlidir; doğranma başa çatdıqdan sonra alətlər təkrar təmizlənməli, yuyulmalı və dezinfeksiya olunmalıdır;

- ət digər çiy qida məhsulları ilə eyni yerdə saxlanmamalıdır. Belə hal çarpaz çirklənmənin (ətdə olan mikroorqanizmlərin digər qidalara nüfuz etməsi) baş verməsinə səbəb ola bilər;

- ət çiy şəkildə deyil, yalnız müvafiq qaydada mükəmməl bişirildikdən sonra istehlak edilməlidir.

Paylaş:
Digər xəbərlər

Video

26-05-2020, 13:53

İçdiyiniz çayın saxta olmasını belə bilmək olur - ÜSUL

Video

13-04-2020, 17:31

AQTA ərzaq satışı məntəqələrində monitorinqləri davam etdirir

Video

13-04-2020, 11:19

Poçt göndərişlərində şübhə aşkarlanarsa...

Səhiyyə

7-04-2020, 15:00

Öskürəyi sağaldan, immuniteti gücləndirən TOYUQ BULYONU. Bilmədiyiniz faydalar

Bölgə

2-04-2020, 16:00

Kənd Təsərrüfatı Nazirliyini peşəkarlar idarə etmir... - Belə davam edərsə...

Maraqlı

28-03-2020, 13:38

Çiyələk saplaqlarını atmayın! Faydaları və müalicəvi xüsusiyyətləri

Video

24-03-2020, 18:49

AQTA koronavirusla bağlı növbəti metodiki göstəriş hazırladı

Səhiyyə

20-03-2020, 10:57

Göyərtinin sağlamlıq üçün 3 əsas faydası. Hər gün yeyin!

İqtisadiyyat

13-03-2020, 14:10

MAGATE-dən Azərbaycana 1,5 milyon dollarlıq hədiyyə

Son xəbərlər
  • Bugün, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • Bugün, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • Bugün, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • Bugün, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • Bugün, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • Bugün, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • Dün, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
  • 23-06-2026, 18:15
    Christophe Lacroix: “Azərbaycanda artıq totalitar dövlət modelindən söhbət gedir”
  • 23-06-2026, 16:41
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti qiymətləndirəcək
  • 23-06-2026, 16:05
    Tanja Gonggrijp Avropa Şurasının Baş katibinin müavini seçildi
  • 22-06-2026, 19:00
    İran Prezidenti Pakistana səfər edəcək
  • 22-06-2026, 18:57
    Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
  • 22-06-2026, 18:54
    “Dostluq” tankeri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni rəmzi oldu
  • 22-06-2026, 18:51
    2026-cı il Vigdís Mükafatı “My Voice, My Choice” hərəkatına verildi
  • 22-06-2026, 14:44
    AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
  • 22-06-2026, 01:56
    Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
  • 21-06-2026, 15:38
    Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb
  • 21-06-2026, 13:35
    AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
  • 20-06-2026, 23:33
    Aydın Süleymanlı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub etdi
  • 20-06-2026, 22:22
    Azərbaycan üzərindən Rusiyadan Ermənistana 490 ton buğda göndərilib
  • 20-06-2026, 22:21
    Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
  • 20-06-2026, 22:10
    Ceyhun Bayramov Özbəkistanlı həmkarı ilə telefonla danışıb
  • 20-06-2026, 22:09
    İran Hörmüz boğazının bağlandığını elan edib
  • 20-06-2026, 21:36
    Azərbaycanda axtarışda olan 148 nəfər saxlanılıb
  • 20-06-2026, 21:34
    Azərbaycanda 24 mindən çox çətənə kolu məhv edilib
  • 20-06-2026, 21:33
    Azərbaycandan Ermənistana daha 1000 ton dizel yanacağı göndəriləcək
  • 20-06-2026, 21:06
    JAL 123: Tarixin ən faciəli təyyarə qəzalarından biri
  • 20-06-2026, 15:14
    Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb: iqtisadi təzyiqlər fonunda qərar
  • 20-06-2026, 15:11
    Krımda gecə hücumundan sonra yanğınlar: Təsərrüfat və enerji obyektləri hədəfdə
  • 20-06-2026, 15:06
    Trampdan Meloni ilə bağlı yeni açıqlama
  • 20-06-2026, 15:05
    Culfa sakini dəm qazından boğularaq ölüb
  • 20-06-2026, 15:04
    İngiltərədə iki qatar toqquşub, xəsarət alanlar var
  • 20-06-2026, 15:03
    Aİ Çin avtomobillərinə qarşı yeni rüsumlar hazırlayır
  • 20-06-2026, 14:59
    Dübəndi çimərliyində neft qalıqları aşkarlandı – əraziyə FHN cəlb olundu
Daha çox
Çox oxunanlar
19-06-2026, 00:28
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
21-06-2026, 13:35
AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
19-06-2026, 13:16
Rusiyada şok: “Bütün Moskva yanır!”
19-06-2026, 18:44
AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə