USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

1-11-2024, 21:04

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər
Bu gün Almaniyada yaşayan DAS təşkilatının siyasi fəalları və Azərbaycan Xalq Parlamentinin (AzXP) həmtəsisçiləri Almaniyanın Gisen şəhərində “Gießener Allgemeine Zeitung“ mətbuat orqanı qarşısında noyabrda keçiriləcək “COP 29” tədbirinə qarşı etiraz aksiyası keçiriblər.

DAS təşkilatının fəal üzvlərindən olan aksiya təşkilatçıları Muxtar Quliyev , Aygül Əsgərzadə, Vüsal Hüseynov, Orxan Həsənli və Fərid Səmədov Azərbaycanda hakimiyyət tərəfindən həbs olunan 300 -dən çox siyasi fəalın və dini inanclı şəxslərin azadlığını tələb ediblər.

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər


Azərbaycan Xalq Parlamentinin (AzXP) həmtəsisçilərindən olan Abid Qafarov redaksiya heyətinın əməkdaşına “COP 29” ərəfəsində həbs olunan ekologiya məhbusları və jurnalistlər barədə, eləcədə Azərbaycanda ekoloji problemlər haqqında məlumat verib.
Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər
Aksiya polisin müşayəti altında başa çatıb.
Redaksiyaya Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması, söz azadlığının olmaması sosioloji problemlərin günü gündən artması diqqətə çatdırılıb.

Almaniyanın Gisen şəhərində azərbaycanlı siyasi fəallar COP 29 -a qarşı etiraz aksiyası keçiriblər

Sonda COP 29-un Azərbaycanda keçirilməsi pislənərək redaksiyaya DAS təşkilatı və Azərbaycan Xalq Parlamentinin Müraciəti təqdim olunub:

DAS təşkilatı və Azərbaycan Xalq Parlamentinin Müraciəti

COP29 Beynəlxalq İqlim Konfransı İştirakçıları olan dövlətlərin başçılarına və parlamentlərinə, BMT Baş katibinə və İnsan Hüquqları Komissiyasına, Avropa Birliyinin Prezidentinə və Parlamentinə, Avropa Şurasının Baş Katibinə və Parlament Assambleyasına, ATƏT-in Parlament Assembleyasına və Demokratiya və İnsan Hüquqları Bürosuna, Beynəlxalq İnsan Hüquqları Təşkilatlarına («Human Rights Watch», «Helsinki Foundation», «Freedom House» və s.)

Dünyanın aparıcı kütləvi İnformasiya Vasitələrinə

Dünya bu gün dərin qlobal siyasi, iqtisadi, ekoloji böhran dövrünü yaşayır. İnsanlıq ikinci dünya müharibəsindən sonra böyük bir krizis içərisindədir. Rusiyanın Ukraynaya təcavüzü, yaxın şərqdə alovlanan yeni müharibə ocaqları, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və ətraf rayonların Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra sona çatmış müharibənin hələ də sülh müqaviləsiylə nəticələnməməsi, Rusiyanın Cənubi Qafqazda yaratdığı süni gərginlik ocaqlarının mövcudluğu, Afrika ölkələrində hökm sürən səfalət, epidemiyalar, bütövlükdə dünya əhalisi arasında hər an gözlənilən virus pandemiyaları, qloballaşan dünyanın ciddi təhlükə ilə üz-üzə qaldığından xəbər verir. Çoxsaylı qlobal təhlükələrin başında isə iqlim dəyişiklikləri, ekoloji fəlakətlər, təbiətin zərərli tullantılarla çirkləndirilməsi, atmosferə atılan karbohidrogen tullantıları (CO2 və sair) ilə zəhərlənməsi dayanır. Karbohidrogen yataqları ilə zəngin olan bütün ölkələrdə olduğu kimi Azərbaycanda da ətraf mühitin çirkləndirilməsi, sağlam ekoloji mühitin yaradılmaması, yaşıl enerjiyə keçidin ləngiməsi kimi problemlərin mövcudluğu beynəlxalq ictimaiyyət üçün aktuallığını qorumaqdadır.

COP Beynəlxalq İqlim Konfranslarının keçirilməsi çox mühüm əhəmiyyətə malik bir hadisədir. İqlim dəyişikliyinin yol açdığı ekoloji və təbii fəlakətlərin planetimiz üçün ciddi təhdid olduğu bir dövrdə ətraf mühitin qorunması, təbiətin mühafizəsinin gücləndirilməsi, kompleks ekoloji tədbirlər planının hazlrlanması bu sahədə ümumi strategiyanı müəyyənləşdirməyin nə qədər zəruri olduğunu göstərir.

Lakin Azərbaycan ekoloji fəlakətlərdən daha dəhşətli fəlakət içərisindədir. COP Beynəlxalq İqlim Konfransları və bu istiqamətdə keçirilən digər tədbirlərin hamısı insanların və digər canlıların sağlam ətraf mühitdə yaşamaq hüququnun qorunması üçün olsa da, belə tədbirlərin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin aldadılmasıdır, çünki Azərbaycanın mütləqiyyət rejimi 30 ildən çoxdur ki, vətəndaşlarımızın bütün fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozmaqdadır. İnsanlar siyasi, dini, iqtisadi və etnik diskriminasiyaya uğrayır, polis idarələrində, həbsxanalarda vətəndaşlarımız ağlasığmaz işgəncələrə məruz qalır. Əliyevlərin tiran rejimi ölkədə demokratiyanı, hüququ, azad medianı məhv etmişdir. Siyasi partiyaların fəaliyyəti tamamilə məhdudlaşdırılıb, ölkə ərazisində keçirilən bütün seçkilər kütləvi şəkildə saxtalaşdırılır. Ölkədə yaşamaq hüququ, sərbəst toplaşmaq hüququ, sərbəst hərəkət etmə azadlığı demək olar ki, yox dərəcəsindədir. Ölkənin quru sərhədləri 4 ildən çoxdur ki, qapalı vəziyyətdədir.

Azərbaycanda Sülh və Demokratiya İnstitutunun 23 sentyabr 2024-cü il tarixinə olan məlumatına əsasən 319 siyasi məhbus var (tam siyahı bu Müraciətə əlavə edilir) və onların sayı hər gün artmaqdadır. Siyasi məhbusların hər biri insan haqları uğrunda mübarizə apardığı üçün həbs edilib. Onların arasında siyasi fəallar, media mənsubları, blogerlər, hüquq müdafiəçiləri, alimlər, ziyalılar, dindarlar, əlillər, qanunsuz həbs edildiklərinə görə uzun müddət aclıq keçirənlər və nə qədər paradoksal səslənsə də, ekologiya məhbusları (Nazim Bəydəmirli, Coşqun Musayev və Teymur Kərimov) da var.

Siyasi məhbuslar arasında ayrı-seçkilik salmamaq üçün biz bu Müraciətimizdə onların hər hansı birinin adını çəkmək istəmirik. Siyasi məhbusların hər birinin bu gün diqqətinizə ehtiyacı var, onların da sağlam ekoloji mühitdə insan kimi azad yaşamaq haqları vardır.

Son dörd ildə, 23 nəfəri özünü yandırmaqla, 123 müharibə veteranı intihar edib. Atmosferi insan intiharları ilə çirklənən bir ölkədə COP29 “İqlim Konfransı” keçirmək nə qədər məntiqlidir?

Əliyevlər mütləqiyyəti ölkə iqtisadiyyatını özəlləşdirib, ölkənin təbii sərvətlərinə şəxsi mülkiyyəti kimi baxır, ölkədə korrupsiya tuğyan edir, insan haqları heç bir səviyyədə tanınmır və insanların dolanışıq vasitələrini əlindən almaqla Azərbaycan xalqına qarşı soyqırım cinayəti törədir.

Belə bir şəraitdə, Azərbaycan Xalq Parlamentinin təsisçiləri olaraq, COP 29 iştirakçılarını sadaladığımız problemlərə diqqət etməyə dəvət edirik.

Yuxarıdakıları nəzərə alaraq, COP29 iştirakçılarını, Azərbaycan Hökumətinin siyasi məhbusların azadlığa buraxılma öhdəliyini öz üzərinə götürmədiyi halda, COP29-u boykot etməyə çağırırıq.

Hörmətlə,

DAS təşkilatı və Azərbaycan Xalq Parlamentinin təsisçiləri​​​ 18.10.2024


Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-10-2024, 01:18

23-29 dekabr tarixində Azərbaycan Xalq Parlamentinə seçkilərin keçirilməsinə qərar verildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-06-2024, 16:39

Siyasi mühacirlər Bonn şəhərində “Global Media Form” -un keçirildiyi BMT ofisi qarşısında aksiya keçirib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma / foto

7-06-2024, 11:40

Almaniyanın Bonn şəhərində yerləşən BMT ofisi qarşısında azərbaycanlı siyasi fəallar aksiya keçirir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

26-03-2024, 16:14

Almaniyada yaşayan DAS təşkilatının fəalları Berlində XİN və Azərbaycan səfirliyi qarşısında jurnalistlərin və siyasi məhbusların azadlığını tələb edən aksiya keçirir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-03-2024, 11:33

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar 26 mart tarixində Berlində XİN və Azərbaycan səfirliyi qarşısında aksiya keçirəcək

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

25-01-2024, 21:50

Almaniyada yaşayan DAS təşkilatının bir qurup fəalı ölkənin bir neçə şəhərlərində etiraz aksiyaları keçiriblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

30-07-2023, 16:17

DAS təşkilatının Almaniyada yaşayan siyasi fəalları Nürünberg şəhərində etiraz aksiyası keçiriblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

7-07-2023, 18:45

Almaniya mətbuatı deport olunaraq Azərbaycanda həbs olunan DAS təşkilatının üzvləri barəsində yazıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-07-2023, 16:05

Bu gün Almaniyada yaşayan fəallar aksiya keçirərək siyasi məhbuslara azadlıq tələb edib

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

18-02-2023, 20:53

Almaniyanın Münhen şəhərində "DAS" təşkilatının təşkil etdiyi etiraz aksiyası fəallarına hücum olunub

Gündəm / Siyasət / Hadisə / Müsahibə / Araşdırma

17-02-2023, 21:10

Almaniyada yaşayan DAS fəalları Münhen şəhərində "ailə rejiminə" qarşı aksiya keçirib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-08-2022, 20:26

Bu gün Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər

Son xəbərlər
  • Dün, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • Dün, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • Dün, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • Dün, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • Dün, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • Dün, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • Dün, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • Dün, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
  • 16-10-2025, 18:37
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 16:22
    Paşinyan Əliyevin tələbi ilə Konstitusiyanı dəyişməyə hazırlaşır – Sasunyan
  • 16-10-2025, 15:51
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 15:47
    Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib
  • 16-10-2025, 15:45
    Yasamalda iki nəfər güllələnib: vəziyyətləri açıqlanıb
  • 16-10-2025, 15:44
    İlham Əliyev Qazaxıstana səfər edəcək
  • 16-10-2025, 15:43
    Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib
  • 16-10-2025, 15:37
    Dələduzluq və oğurluq edən şəxs saxlanılıb
  • 16-10-2025, 15:36
    Sabirabad sakini itkin düşüb
  • 16-10-2025, 13:30
    Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
  • 16-10-2025, 13:27
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 16-10-2025, 13:26
    Ramiz Quliyevlə vida mərasimi keçirilib
  • 16-10-2025, 13:24
    Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
  • 16-10-2025, 13:23
    Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
  • 16-10-2025, 13:21
    İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 16-10-2025, 13:17
    Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
  • 16-10-2025, 12:31
    Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
  • 15-10-2025, 20:29
    Deputatlar Ramuz Mehdiyevi baltalamağa başladılar
  • 15-10-2025, 18:17
    Ramiz Mehdiyevin qızı Bakı Dövlət Universitetində vəzifə tutur
  • 15-10-2025, 16:56
    Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
  • 15-10-2025, 14:32
    Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
  • 15-10-2025, 14:30
    Həbsdəki oğluna tərliyin içərisində narkotik keçirmək cəhdi üstü açıldı
  • 15-10-2025, 14:28
    Suriya müvəqqəti prezidenti Əhməd Əl Şaraa Rusiyadadır
  • 15-10-2025, 14:26
    Sabirabadda avtomobil yol qəzası: 1 ölü, 1 yaralı
  • 15-10-2025, 14:25
    Samuxda teplovoz yanıb
  • 15-10-2025, 14:23
    Xırdalanda 19 yaşlı oğlan həmyaşıdını qətlə yetirdi
Daha çox
Çox oxunanlar
11-10-2025, 18:18
Almaniyadan 40 Azərbaycan vətəndaşı ölkəyə deport olunub
11-10-2025, 18:01
Elvin Bədəlov Mbappe ilə dialoqundan danışdı
11-10-2025, 17:53
Qəbələdə yolu keçən iki qadını maşın vurub
11-10-2025, 17:54
Mingəçevirdə qəza oldu, yaralanan var
11-10-2025, 18:13
Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı
11-10-2025, 17:58
Gəncədə “Qazel” iki maşına çırpılaraq aşdı
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
Dün, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
Dün, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
14-10-2025, 22:02
Ramiz Mehdiyev həbs olundu
Sosial
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
Ramiz Quliyevlə vida mərasimi keçirilib
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə