USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra şərlənərək həbs olunan siyasi fəal Samir Aşurovun məhkəməsi başlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-08-2022, 19:27

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra şərlənərək həbs olunan siyasi fəal Samir Aşurovun məhkəməsi başlayıb
Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra – 2022-ci ilin aprelində həbs olunan siyasi fəal Samir Aşurovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Avqustun 19-da hakim Məhəmməd Əkbərovun sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda Samir Aşurovun anket məlumatları dəqiqləşdirilərkən o bildirib ki, bundan öncə də siyasi baxışlarına görə iki dəfə şərlənərək həbs olunub. Lakin hər ikisində ona inzibati həbs cəzası verilib. Birinci dəfə polisə müqavimət ittihamıyla 30 sutka, ikinci dəfə narkotik ittihamıyla 60 sutka həbslə cəzalandırılıb. Buna baxmayaraq, siyasi əqidəsini dəyişmədiyini deyən Samir Aşurovun sözlərinə görə, o, təzyiqlər üzündən məcbur qalıb, 2018-ci ildə Almaniyaya mühacirətə gedib. O əlavə edib ki, himayəsində iki azyaşlı övladı var.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, Samir Aşurova onun haqqında tərtib olunmuş ittiham aktı verilməyib. Məhkəmə bildirişi və digər sənədlər də vaxtında çatdırılmayıb.

Prosessual qaydalara görə, təqsirləndirilən şəxs məhkəmə prosesi başlamamışdan ən azı, 7 gün öncə bildiriş və başqa sənədlərin hamısını almalı, onlarla tanış olmaq imkanı yaradılmalıdır.

Bundan başqa, o da aydın olub ki, Samir Aşurov haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatır. Vəkili Elçin Sadıqov təklif edib ki, müddət başa çatdığına görə uzadılmasın, Samir Aşurov ev dustaqlığına buraxılsın, məhkəməyə də evdən gəlib-getsin.

Samir Aşurov ümumiyyətlə, heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu vurğulayıb.

“Bu məhkəmədə ümumiyyətlə, baş verməyən – mövcud olmayan cinayətdən söhbət gedəcək. Ləyaqətsiz insanlar da bura gəlib üzümə duracaq…”, – Samir Aşurov bildirib.

Hakimlər məhkəmə dövründə Samir Aşurovun ev dustaqlığında olmasına razılaşmayıb. Onun haqqında həbs qətimkan tədbirinin müddəti hökm çıxarılana qədər uzadılıb.

Məhkəmə prosesi avqustun 31-nə təxirə salınıb.

Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

İttihama əsasən, o, aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib:

“Samir Aşurovla zərərçəkmiş kimi təqdim olunan şəxsin arasında istintaqın sonunda üzləşmə keçirilib. Açıb qarnındakı izi göstərib ki, guya Samirin vurduğu bıçağın yeridir. Yalandır, ola bilsin, əvvəl kimsə onu bıçaqlayıb, onun yeridir. Birincisi, çoxdankı yara izidir. İkincisi və ən əsası, Samir onu vurmayıb, heç üstündə bıçaq olmayıb. Samir yolda sakitcə gedərkən o, özünü yerə yıxıb, qışqırmağa başlayıb. Sadəcə, Samiri şərləmək üçün ondan alət kimi istifadə edirlər. Bu da sifarişlə böhtan atır…”

Nuranə Aşurova vurğulayıb ki, həyat yoldaşının cəzalandırılmasının səbəbi Azərbaycan hökumətini tənqid etməsi, siyasi məhbuslara azadlıq tələbilə Almaniyada keçirilən etiraz aksiyalarında fəal iştirak etməsidir.

Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.

O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nizami Rayon Məhkəməsində hakimə hadisənin necə baş verdiyini danışıb. Deyib ki, aprelin 19-da axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub:

“Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar…”

Samir Aşurov martın 28-də Almaniyadan Bakıya qaytarılıb, aprelin 19-da isə həbs olunub.

Son dövrlərdə Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və etirazlarına görə qisas almaq məqsədilə şərləndirklərini deyirlər.

Meydan TV

Paylaş:
Digər xəbərlər

Sosial

24-06-2022, 11:59

Azərbaycan parklar ölkəsidir

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

19-10-2021, 00:47

Ictimai-siyasi fəal Bəxtiyar Hacıyev özünü PA qarşısında yandırmağa cəhd etdi

Sosial

4-10-2021, 08:13

"İşğaldan azad edilmiş hər bir ərazimiz Azərbaycan xalqı və dövləti üçün xüsusi səciyyəvi məna daşıyır"

Sosial

28-07-2021, 20:33

Sabah güclü külək əsəcək, yağış yağacaq PROQNOZ

Sosial / Dünya

27-02-2021, 02:32

Amazon meşələri “Facebook” vasitəsilə satılır

Sosial / Səhiyyə

12-02-2021, 10:18

TƏBİB: “Peyvəndlə bağlı şübhəli yanaşmalara inanmaq lazım deyil”

Siyasət / İqtisadiyyat / Sosial / Bölgə

6-02-2021, 15:45

Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirmək olar- ARAŞDIRMA

Siyasət / İqtisadiyyat / Sosial

4-02-2021, 18:23

Aleksandr Osaulenko: “Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır”

Sosial / Müsahibə / Səhiyyə

3-02-2021, 13:15

Pediatr-infeksionist: “İnsanlar peyvəndin xilas yolu olduğunu başa düşməlidirlər” - MÜSAHİBƏ

Siyasət / Sosial / Dünya

26-01-2021, 15:05

Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

26-01-2021, 14:43

Dövlət başçısı: “Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir”

Sosial

3-03-2020, 16:37

Məktəbin bağlanması “fürsət” deyil, mollara qaçmayın - Çağırış

Son xəbərlər
  • Bugün, 10:54
    Gədəbəydə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
  • Bugün, 10:52
    Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
  • Bugün, 10:50
    Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
  • Bugün, 10:47
    34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
  • Bugün, 10:42
    Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
  • Dün, 23:41
    Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
  • Dün, 23:37
    Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
  • Dün, 23:34
    Göyçayda yol-nəqliyyat hadisəsi: xəsarət alan var
  • Dün, 23:33
    Ərdoğan Rusiyanı və Ukraynanı Qara dənizdə xəbərdar etdi
  • Dün, 23:28
    Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanılıb
  • Dün, 23:27
    Türkiyənin Hatay vilayətində 4 maqnitudalı zəlzələ olub
  • Dün, 23:25
    Yanacaqdoldurma və qaz təchizatı obyektlərinə lisenziya blanklarının formaları təsdiqləndi
  • Dün, 23:23
    İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
  • Dün, 23:21
    Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
  • Dün, 23:19
    Naxçıvanda 26 yaşlı gənc özünə xəsarət yetirib
  • Dün, 23:17
    Aİ Gürcüstana maliyyə yardımını dayandırıb, regionda əməkdaşlıq prioritetlərini yenidən nəzərdən keçirir
  • Dün, 23:16
    Macarıstan Ermənistana 20 milyon avroluq hərbi yardıma veto qərarını ləğv edib
  • Dün, 23:13
    MTV kanalına rəsmi xəbərdarlıq edilib
  • Dün, 23:11
    Baş nazir beynəlxalq ikili diplom proqramları ilə bağlı sərəncam imzalayıb
  • Dün, 23:10
    Əbülfəs Qarayevin qızı “Məhsəti” filmi ilə bağlı üzr istəyib
  • Dün, 23:08
    Bakıda mənzildə meyit aşkarlanıb
  • Dün, 23:06
    Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb
  • Dün, 23:04
    Mirmahmud Mirəlioğlunun nəvəsinin meyiti tapılıb
  • Dün, 23:03
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
  • Dün, 22:57
    Avropa Məhkəməsi FETÖ ittihamı ilə mühakimə olunan şəxslərin hüquqlarının pozulduğunu tanıyıb
  • 16-12-2025, 17:46
    Musa Quliyev: “Məktəblərin yaxınlığında köşklərdə siqaretlər hətta dənə-dənə satılır”
  • 16-12-2025, 17:43
    20 gün əvvəl sədr seçilən Kamran Əsədov vəzifəsindən kənarlaşdırılıb
  • 16-12-2025, 14:03
    Bakıda min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb
  • 16-12-2025, 14:00
    Cəmil Həsənli yenidən DTX-yə çağırılıb
  • 16-12-2025, 12:23
    “TikTok” paylaşımına görə oğurluq və zorakılıq – dəstə üzvünə 10 il həbs cəzası verilib
  • 16-12-2025, 12:18
    İlham Əliyev Bəhreyn Kralını milli bayram münasibətilə təbrik edib
  • 16-12-2025, 12:16
    Aqil Abbas: “Arzulayıram ki, amnistiya jurnalistlərə də şamil olunsun”
  • 16-12-2025, 12:13
    Abbas Abbasov axtarışa verilib – Ramiz Mehdiyev işi üzrə istintaq davam edir
  • 16-12-2025, 12:08
    “Reuters”: Ukrayna son bir həftədə üçüncü dəfə Rusiyanın Xəzərdəki neft platformasını vurub
  • 15-12-2025, 19:41
    Prezident amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib
Daha çox
Çox oxunanlar
11-12-2025, 22:16
İşdən çıxarılmış elmi işçi: “Adıma vəzifə, əməkhaqqı yazıb, pul siliblər”
12-12-2025, 11:39
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər
12-12-2025, 11:37
Bolqarıstanda etirazlardan sonra hökumət istefa verdi
12-12-2025, 19:52
AXCP İmişli fəalının saxlanıldığı bildirilir
12-12-2025, 18:21
"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12-12-2025, 19:57
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb
Müsahibə
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
23-11-2025, 04:01
Ekspert: “Subsidiyaların böyük hissəsini oliqarx məmurlar əldə edir”
Araşdırma
Dün, 23:37
Beynəlxalq təşkilatlar Bəhruz Səmədovun azad edilməsini tələb edib
15-12-2025, 19:37
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya edilə bilər
12-12-2025, 19:58
Əli Kərimlinin saxlanılması ilə bağlı AXCP-nin bəyanatı
12-12-2025, 19:52
AXCP İmişli fəalının saxlanıldığı bildirilir
9-12-2025, 21:44
Hüquqşünas Namizəd Səfərovun saxlanıldığı bildirilir
9-12-2025, 16:31
Qənimət Zahidin cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Sosial
Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Saxta sənədlərlə dələduzluq edən şəxs saxlanılıb
34 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub
Əli Kərimli həyat yoldaşı ilə təcridxanada görüşüb
Naxçıvanda elektrik işçiləri iş yükünün artdığını və maaşlarının kəsildiyini bildirir
İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə