USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirmək olar- ARAŞDIRMA

Siyasət / İqtisadiyyat / Sosial / Bölgə

6-02-2021, 15:45

Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirmək olar- ARAŞDIRMA
Hələ işğaldan əvvəl təkcə dağ-mədən, metallurgiya, yeyinti, emal, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq baxımından deyil, həm də turizm-rekreasiya sahəsindəki geniş inkişaf potensialına görə fərqlənən Qarabağ və ətraf rayonlarımızda hazırkı dövrdə erməni işğalı nəticəsində təhlükəsizliyin təminində yaranan problemlər, infrastrukturun dağıdılması səbəbindən turizmin təşkili mümkünsüzdür.

Təbii ki, Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq ki, bunlar da ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılmasıdır.

Yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra Qarabağın Azərbaycanın turizmində öz hegemonluğu ilə seçiləcəyi heç kimdə şübhə doğurmur. Hətta inamla söyləmək olar ki, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov qeyd edib ki, azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək.

Bölgənin turizm imkanlarından istifadə üçün araşdırmalara başlanılıb

İşğaldan azad edilən ərazilərimizdə infrastrukturun qurulması işlərinə artıq başlanılıb. Bu işlərlə paralel şəkildə Qarabağın turizm potensialının dünyaya tanıdılması istiqamətində maarifləndirici işlərə, bölgənin turizm imkanlarından faydalanmaq üçün ilkin araşdırmalara başlanılıb. Qarabağda turizm sektorunun inkişafı bu bölgənin iqtisadi baxımdan tez bir zamanda dirçəlməsinə müsbət təsir göstərəcək. Gözəl turizm məkanları olan Şuşa, Laçın, Kəlbəcərin dağ turizmi, ekoturizm, müalicəvi və mədəni turizm potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə vermək olar.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılması təmin olunduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları ziyarətçilərə təqdim ediləcək. Həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq. Bu bölgələrdə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.

Qarabağda hansı turizm növləri üçün imkanlar var?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Qarabağda turizmin çox növləri – eko, dağ, qış, ov, sağlamlıq turizminin inkişafı üçün böyük imkanların olması qənaətindədir.

Onun sözlərinə görə, Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi Qarabağda ekoturizm fəaliyyətinin yüksək sürətlə inkişaf edəcəyinə əmindir.

Ekoturizmi bu ərazilərin gələcəyi sayan S.Dübəndi hesab edir ki, təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Kəlbəcər-Laçın iqtisadi rayonundakı İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər:

“Burada 8 yeraltı su yatağı mövcuddur. Onlardan yeddi yataq Kəlbəcərin və bir yataq Laçının ərazisində yerləşir. Bütün bunlar iqtisadi rayonda turizmin inkişafı üçün geniş perspektivlər yaradır”.

Şuşanın tarixi abidələri, “Çətir” şəlalələri...

Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasını mümkün sayan turizm üzrə ekspert Fariz Hacıyev bildirib ki, Qubadlının gözəl təbiətindən, oradakı Həkəri çayının imkanlarından istifadə etmək olar. Həmin ərazilərdə, o cümlədən Kəlbəcərdə gözəl istirahət mərkəzləri yaratmaqla yaşıl turizmi inkişaf etdirmək olar.

Onun fikrincə, Kəlbəcər rayonu qış turizmi üçün də ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulmasını vacib sayan ekspert hesab edir ki, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Onun sözlərinə görə, təkcə Şuşadakı “Çətir” şəlalələri hamını oraya getməyə sövq edəcək.

G.Qəhrəmanov da bu fikirdədir ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək:

”Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, Şuşada maraqlı turizm xidmətləri marşrutları yaradaraq onları turistlərimizə təqdim edək”.

Qafqazın ən böyük turizm mərkəzini yaratmaq olar

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, Laçın rayonunda “içki sənayesi-turizm-rekreasiya” üçbucağı yaratmaq olar: “Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Laçında bu imkanlardan istifadə edərək “içki sənayesi-turizm-rekreasiya” üçbucağının yaradılmasına nail olmaq olar. Əgər müasir tələblərə uyğun şəkildə qura bilsək, bu üçbucaq zəncirvari reaksiya effekti ilə turizm üçün daha cəlbedici amilə çevriləcək".

İqtisadçının sözlərinə görə, hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi ki, hər il orada 50 min nəfər istirahət edirdi:

“Buradakı “İstisu” mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral su zavodu da tikilmişdi. Deməli, Kəlbəcərin turizm potensialı hətta Gürcüstanın turizm mərkəzlərinə əsaslı rəqib ola biləcək bir potensiala malikdir”.

Mütəxəssisin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Potensialından düzgün istifadə edilərsə, burada Qafqazın ən böyük turizm mərkəzini yaratmaq, Gürcüstana olan turist axınının istiqamətini dəyişmək olar.

Ekspert bunu da təklif edir ki, Xudafərin körpüsünün yaxınlığında eyni adda turizm mərkəzləri yaratmaq olar. 1000 illik qədim tarixi olan Xudafərin bu zonanın inkişafına ancaq elə özünün tarixi adı ilə böyük töhfələr verə bilər.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Bölgə

6-02-2021, 01:34

İşğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri üzrə İşçi Qrupunun iclası keçirilib

Siyasət / İqtisadiyyat / Sosial

5-02-2021, 00:55

Türkiyə turizm mövsümünün açılışına hazırlaşır

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Bölgə

2-02-2021, 19:07

İşğaldan azad edilmiş ərazilərdə qazıntı yataqlarının sayı AÇIQLANDI

Sosial / Bölgə

29-01-2021, 01:19

İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? - AÇIQLAMA

İqtisadiyyat / Sosial / Video

29-01-2021, 01:17

Pandemiyadan sonra turizm ölkə iqtisadiyyatında prioritet sahə statusunu qoruyacaq - FOTO/VİDEO

Siyasət

19-01-2021, 21:00

HANSI ƏXLAQDAN DANIŞMAQ OLAR Kİ, İNDİ BÜTÜN DÜNYA... - PREZİDENT

Sosial

11-01-2021, 17:39

Qarabağın bərpası üçün konsepsiya hazırlanır

İqtisadiyyat

11-01-2021, 17:19

Azərbaycanda aqroturizmlə bağlı VACİB ADDIM

Sosial

30-11-2020, 17:07

Xankəndiyə köçən ermənilər necə yaşayacaq?

Siyasət

12-11-2020, 14:47

Paşinyan erməni xalqına müraciət etdi: “Qarabağ münaqişəsi həll olunmayıb”

İqtisadiyyat

3-07-2020, 11:31

Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA

Siyasət

30-05-2020, 09:00

ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib

Son xəbərlər
  • Bugün, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • Bugün, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • Bugün, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • Dün, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • Dün, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • Dün, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • Dün, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • Dün, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • Dün, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
  • 22-07-2026, 13:09
    Berlində İlham Əliyevin səfərinə etiraz aksiyası keçirilib
  • 21-07-2026, 22:12
    Azərbaycan və Almaniya münasibətlərində yeni mərhələ: Berlində strateji sənədlər imzalandı
  • 20-07-2026, 21:26
    Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
  • 20-07-2026, 21:24
    Qadını sosial şəbəkədə hədələyərək pul alan şəxs saxlanılıb
  • 20-07-2026, 17:47
    Bakı-Qazax yolunda ağır qəza: iki yük maşını aşıb
  • 20-07-2026, 17:45
    Serbiyada saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya edilib
Daha çox
Çox oxunanlar
22-07-2026, 13:09
Berlində İlham Əliyevin səfərinə etiraz aksiyası keçirilib
22-07-2026, 22:45
Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
22-07-2026, 16:35
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
21-07-2026, 22:12
Azərbaycan və Almaniya münasibətlərində yeni mərhələ: Berlində strateji sənədlər imzalandı
22-07-2026, 18:43
“AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
24-07-2026, 00:40
Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə