USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İşdən çıxarılmış elmi işçi: “Adıma vəzifə, əməkhaqqı yazıb, pul siliblər”

Sosial

11-12-2025, 22:16

İşdən çıxarılmış elmi işçi: “Adıma vəzifə, əməkhaqqı yazıb, pul siliblər”
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun sabiq böyük elmi işçisi, nevroloq Mərziyyə Məmmədova rəhbərliyin onun adına saxta şəkildə vəzifə və əməkhaqqı rəsmiləşdirib, pul silindiyini iddia edir. Bu barədə o, “Toplum TV”-yə açıqlamasında bildirib.

“Adımdan ştat və əməkhaqqı yazılıb, xəbərim olmayıb”

Məmmədova 2004-cü ildən institutda çalışdığını, 2022-ci ildən isə böyük elmi işçi vəzifəsini daşıdığını deyir. Onun sözlərinə görə, problemlər 2022-ci ilin sonlarında rəhbərlik dəyişəndən sonra başlayıb.

Həkim iddia edir ki, 2024-cü ildə tibbi kadrların vahid reyestrinə baxarkən, 2021-ci ildə xitam verilmiş əmək münasibətlərinin hələ də sistemdə aktiv olduğunu görüb:

“Məsələni aidiyyəti şəxsə deyəndə tələsik ‘mən düzəldərəm’ cavabı verdi. Sonradan məlum oldu ki, guya mənim adımdan işdən çıxma ərizəsi yazılıb və maaşımın dayandırılması rəsmiləşdirilib. Əmr isə kağız üzərində olub, sistemə ümumiyyətlə düşməyib”.

O əlavə edir ki, rəhbərlik əmək müqaviləsini yeniləmədən onu əlavə funksiyalarla yükləyib, lakin köhnə əməkhaqqı ilə işlədib.

“Vakan­siyalar satılır, elmi fəaliyyətə məhdudiyyət qoyulur” – prezidentə müraciət

Həkim bildirir ki, institutdakı yeyinti və qayda pozuntuları ilə bağlı o və bir qrup elmi işçi bu ilin fevralında prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə direktor Mətanət Əfəndiyevanın dövründə:
• boş vakansiyaların satıldığı,
• elmi fəaliyyətə süni məhdudiyyətlər qoyulduğu,
• maliyyə pozuntularına yol verildiyi,
• işçilərə təzyiq və alçaltma halları olduğu

iddia edilib.

Məmmədovanın sözlərinə görə, bu müraciətdən sonra ona qarşı təzyiqlər daha da artıb.

Töhmətlər, təqdimatlar və işdən çıxarılma

Həkim deyir ki, şöbə müdiri ona rəhbərlikdən məktub gəldiyini bildirərək, iş şəraitinin dəyişdirilməsi və ya yarımştata keçirilməsi, razılaşmadığı halda isə 68-ci maddə ilə işdən çıxarılma ilə hədələyib.

Buna qədər isə onun haqqında “işdə olmadığı” ilə bağlı təqdimatlar yazıldığı, aprel və may aylarında töhmət verildiyi qeyd olunur. Nəhayət, iyul ayında Məmmədova işdən çıxarılıb.

Məhkəmələr və qurumların reaksiyası

Məmmədova bildirib ki, şikayətləri ilə bağlı dövlət qurumları əsasən müraciətləri yenidən Səhiyyə Nazirliyinə göndərməklə kifayətlənib:

“Nazirin qəbulunda deyirlər ki, işiniz məhkəmədədir, biz qarışmırıq. Mən isə başqa qanunsuzluqları deməyə gəlmişəm. Sertifikatsız həkimlərlə bağlı dəfələrlə şikayət etmişəm, tədbir görən yoxdur”.

Bakı İnzibati Məhkəməsi onun işdən çıxarılması ilə bağlı Əmək Müfəttişliyinin təqdimatı əsasında institut və direktor Mətanət Əfəndiyevanı 2000 manat cərimələyib.

Nərimanov Rayon Məhkəməsi isə 26 noyabrda Məmmədovanın işə bərpa iddiasını təmin etməyib. O bildirir ki, qərar tələsik elan olunub və hələ də elektron sistemə yerləşdirilməyib.

Məmmədovanın iddiasına görə, apellyasiya şikayəti təqdirdə onu ikinci iş yerindən – Həkimləri Təkmilləşdirmə İnstitutundan da çıxarmaqla hədələyirlər.

“Stres səhhətimə ciddi ziyan vurub”

Həkim əlavə edir ki, institutdakı təzyiq və gərginlik onun sağlamlığına zərər vurub, günlərlə işə çıxa bilməyib. O, həmçinin rəhbərlik barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən “sağlamlığa yüngül ziyan vurma” ilə bağlı Baş Prokurorluğa müraciət etsə də, ərizə yenidən Səhiyyə Nazirliyinə göndərilib.

İnstitutun mövqeyi

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunu məhkəmədə təmsil edən vəkil Rəcəb Nurəliyev iddiaları “əsassız” adlandırıb, lakin geniş açıqlama verməyib. Direktor Mətanət Əfəndiyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə / Təhsil

20-04-2024, 12:43

Lənkəran rayonu Sütəmurdov kəndində təşkil olunan “Mənim Yaşıl Dünyam” şagirdlərin ekoloji maarifləndirilməsi layihəsi yekunlaşıb -FOTO

Gündəm / Sosial / Hadisə

7-01-2023, 23:38

“Bolt” və “Wolt” şirkətləri ilə çalışanlar narazılığını necə həll edilməlidir?

Gündəm / Sosial / Video

26-08-2020, 11:44

Bəşəriyyət qadınla yüksələcək...

Sosial

2-06-2020, 12:57

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

28-04-2020, 13:51

MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib - SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

23-04-2020, 13:00

Milyonları yesələr də... - Onlara toxunan olmadı...

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Sosial

9-04-2020, 14:11

"Qocalar evi"nin QOCAMAN DƏRDİ... - İDDİA

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
16-09-2026, 16:10
Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
15-09-2026, 19:40
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
17-09-2026, 17:06
Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
17-09-2026, 16:04
Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə