USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

“Bolt” və “Wolt” şirkətləri ilə çalışanlar narazılığını necə həll edilməlidir?

Gündəm / Sosial / Hadisə

7-01-2023, 23:38

“Bolt” və “Wolt” şirkətləri ilə çalışanlar narazılığını necə həll edilməlidir?

Azərbaycanda fəaliyyət göstərən kuryer və taksi şirkətlərində çalışanların yenidən tətil etmələri, iş hüquqlarının pozulması barədə məlumatlar sosial mediada yayılmağa başlayıb. Qısacası, “Bolt” və “Wolt” şirkətləri vasitəsilə çalışan taksi sürücüləri və kuryerlər növbəti dəfə bu şirkətlərin istismarçılığından şikayət ediblər.

Məsələnin hüquqi baxımından ilk araşdırılmalı və aydınlıq gətirilməli tərəfi budur: bu şəxslər “Bolt” və “Wolt” şirkətlərinin işçiləridir, yoxsa onlarla bərabərhüquqlu icraçıdırlar?

Hazırkı vəziyyətdə taksi sürücüləri və kuryerlər adıçəkilən şirkətlərin (eyni formada bu fəaliyyət növündə olan digər şirkətlərin də) işçisi hesab olunmurlar. Çünki onlarla bağlanmış müqavilə xidməti müqavilədir. Tətil, işçi hüququnun tələb olunması, məzuniyyət, bayram, əmək haqqına əlavə və s. kimi imtiyazlar, hüquqlar əmək müqaviləsi ilə işləyənlərə şamil olunur. Hazırkı reallıqda Azərbaycanda əksər kuryer və taksi şirkətləri isə çalışanlarla xidməti müqavilə bağlayıblar. Məsələnin yanlış və ilk olaraq həll edilməli tərəfi budur.

Nəyə görə taksi sürücüləri və kuryerlərlə xidməti müqavilə bağlamaq olmaz? Və əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

Əmək müqaviləsi - işçi ilə işəgötürən arasında münasibətləri tənzimləyən sənəddir və tabeçilik prinsipinə əsaslanır.

Hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır, müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilməlidir. İşçi əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini işəgötürənə təqdim etməlidir. Əmək müqavilələrində qanunvericiliklə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı, iş yeri konkret göstərilməlidir. İşçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olmalıdır, onları pozanda isə intizam tənbehinə məruz qala bilər, vurulan zərərlə bağlı tam maddi məsuliyyət daşıyır. Xüsusən əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları var.

Xidməti müqavilə isə əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslərlə bağlanır. Xidməti (mülki) müqavilələrdə tərəflər bərabərhüquqlu olur, yəni sadə dillə desək, burda sifarişçi və icraçı var. Sifarişçinin verdiyi sifarişi icraçı yerinə yetirir və qarşılığında da müəyyən olunmuş haqqını (ödənişini) alır. Sifarişçinin icraçı qarşısında əmək hüququndan doğan heç bir başqa öhdəliyi yoxdur.

Məsələnin mahiyyəti də budur. Hazırda taksi və kuryer şirkətləri onlarla işləyənlərlə xidməti müqavilə bağlayıb. Yəni, onlar üçün hər bir taksi sürücüsü, kuryer hüquqi baxımından icraçı rolundadır. Onlar sifarişi verir, bunun müqabilində müəyyən ödəniş edir, icraçı-yəni kuryer və taksi sürücüsü də bu sifarişi yerinə yetirir və öhdəlik bitir.

Əslində isə kuryer və taksi şirkətinin birbaşa işi və fəaliyyət sahəsi daşımadır. Daşımanı həyata keçirən şəxslər isə sürücülər və kuryerlərdir. Yəni, onlar birbaşa bu şirkətlərin işini görən şəxslər - işçilərdir. Onlarla əmək münasibəti də buna görə tənzimlənməlidir, işçi ilə işəgötürən arasında yalnız əmək müqaviləsi bağlana bilər.

Bu barədə Əmək Məcəlləsinin 7-ci maddəsində konkret göstərilib: “Əgər tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda xidməti müqavilə bağlanılmasına yol verilmir”.

Məsələn, “Wolt” şirkəti onun üçün daşıma qutuları hazırlayan şirkətlə xidməti müqavilə bağlaya bilər. Çünki bu şirkət sifarişi alıb, icra edəcək və sifarişçi qarşısında öhdəliyi bitəcək. Kuryer isə “Wolt”un əsas fəaliyyət sahəsində işini görən əsas əməkdaşdır. Onunla yalnız əmək müqaviləsi bağlana bilər. Əgər əmək müqaviləsi bağlansaydı, bu gün həmin şirkətlərin əməkdaşlarının iddia etdikləri istismarçı münasibətləri məhkəmədə mübahisələndirmək mümkün idi.

Məsələnin həlli yolu nədir?

Bir sıra Avropa ölkələri xidməti müqavilə ilə konkret işləri yerinə yetirən şəxslərin işçi statusunun almasına tərəfdar çıxıb və işçi kimi təsnifatlaşdırıb.

Məsələn, Böyük Britaniya təcrübəsində kuryer və taksi şirkətlərində işçi-icraçı kateqoriyası müəyyənləşdirilib. Bu statusda olanların ödənişli məzuniyyət, istirahət vaxtı və minimum əmək haqqı kimi əsas əmək hüquqları tanınır.

Bizim əmək qanunvericiliyində də elektron ticarətlə bağlı yaranmış iş yerlərinə münasibətdə, eyni zamanda mövsümi və ya sərbəst iş saatlı (freelauncer) işçi kateqoriyasının, “işçi-icraçılarının” hüquqi statusunun tam müəyyən edilməsi zərurəti var. Burada konkret olaraq işçi-icraçı statuslu şəxslərin məzuniyyət hüququ, həftəlik 40 saatdan çox işləməmək, gecə saatlarına işlərin yerinə yetirilməsinə görə əlavə ödəniş almaq və s kimi hüquqları tanınmalıdır. Bu cür təsnifatlaşdırma əmək münasibətlərində və vergi öhdəliklərində şəffaflığı daha da artıra bilər. Lakin burda bir məqam var. Burda işəgötürənin də mənafeləri nəzərə alınmalıdır.

Əmək qanunvericiliyində işəgötürənin əmək müqaviləsi ilə işə cəlb etməsini stimullaşdıran maddələrin sayı artırılmalı, artıq vergi və DSMF ödənişləri azaldılmalıdır. Mənfəətlə işləməyən şirkətlərin ağır vergi və DSMF ödənişləri ilə yükləndiyi müddətcə əmək münasibətlərində şəffaflığı təmin etmək real görünmür.

Məsələnin mahiyyətində dayanan digər önəmli məsələ isə hüquq maarifçiliyinin zəif olmasıdır. Əmək hüququnu, müqavilə formalarını bilməyən və hüquqşünas məsləhəti almayan ( “Azərbaycanda nə hüquq” məşhur traktovkası) şəxslər adətən əmək hüquqlarının pozulmasında ya gec xəbər tuturlar, ya da heç vaxt bu barədə bilmirlər...

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

5-01-2023, 16:29

Taksi sürücüləri ən çox qəza törədir

Gündəm / Sosial / Hadisə

6-12-2022, 11:00

Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb

Gündəm / Hadisə

8-09-2022, 22:33

Wolt kurierləri qiymətin endirilməsinə görə şirkəti baykot edir

Gündəm / Sosial / Hadisə

6-09-2022, 00:30

"Kuryer"-lər etiraza qalxdı

Sosial / Hadisə / Dünya

13-12-2021, 17:05

Erevanda avtobus sürücüləri tətil edib. " Maaşlar azdır! "

Sosial

11-08-2021, 08:46

Xalqı həftəsonu taksilər soyur, həftəiçi BNA…

Sosial

19-10-2020, 07:56

Bu gündən Azərbaycanda karantin rejimi sərtləşdirilir

Sosial

16-10-2020, 17:01

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi

Sosial

9-09-2020, 15:25

Vüsal Kərimlinin məramı, məqsədi NƏDİR? - Taksilərin qiyməti BAHALAŞDI

Gündəm

13-08-2020, 14:33

"9933" taksi şirkətinin sürücüsü baş redaktoru balta ilə vurmaq istədi - VİDEO

Sosial

31-07-2020, 09:33

Bu gündən Azərbaycanda bayram tətili başlayır

Hadisə

28-02-2020, 14:29

Bakıda evli qadınla intim əlaqədə olan taksi sürücüsü öldürüldü — 18+ VİDEO

Son xəbərlər
  • Dün, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • Dün, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dün, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
Daha çox
Çox oxunanlar
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Dün, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə