USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ermənistanın Noyemberyan icmasına daxil olan bir neçə sərhəd kəndində yerləşən silah anbarları fəaliyyətini dayandırıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, kənd inzibati binalarında yerləşən həmin anbarlarda müxtəlif odlu silahlar saxlanılırdı və onlar yerli sakinlərin adına rəsmiləşdirilmişdi. Hər kənddə dörd nəfər maaş qarşılığında bu anbarlarda növbətçilik edirdi.
Bildirilir ki, bir neçə gün əvvəl anbarlar bağlanıb, orada saxlanılan silahlar isə Noyemberyan ərazisində yerləşən hərbi hissəyə təhvil verilib.