USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İlham Əliyev “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi”ni təsdiqləyib.
Bununla bağlı dövlət başçısı müvafiq fərman imzalayıb.
Qeyd olunub ki, saziş 2025-ci il oktyabrın 30-da Cenevrə şəhərində və noyabrın 14-də Bakı şəhərində imzalanıb.
Sənəd qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BTİ-yə rəsmi bildiriş göndərəcək.