USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”Koronavirus pandemiyasının yaratdığı əsas problemlərdən biri də dünya iqtisadiyyatının durğunluq dövrü yaşamadan birbaşa böhrana yuvarlanmasıdır.

Dünya ölkələri hazırda ciddi iqtisadi böhran keçirir və iqtisadi aktivliyin bərpa olunması üçün müəyyən addımların atılması üçün təkliflər paketi təqdim edir. Hazırda dünyanın iqtisadi mənzərəsində əsas məsələ valyuta bazarında müşahidə olunan dolların ucuzlaşmasıdır. Azərbaycanın daxili iqtisadiyyatında da müəyyən durğunluq yaşanır və hazırda əsas gündəmdə olan məsələlər bank kreditləri, işsizliyin artması ilə bağlı narahatlıq, pandemiyanın zərər vurğu sahələr və atılacaq addımlardır.

Gündəmdə olan məsələlərlə bağlı Cebhe.info-nun suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov cavablandırıb.

-Vüqar müəllim, dünya valyuta bazarında dolların məzənnəsinin müəyyən qədər aşağı düşməsi müşahidə olunur. Bunun səbəbi nədir? Bazarda dollar bolluğu yaranıb?

-Dolların məzənnəsində müəyyən dəyişikliklər olsa da, ciddi dəyişiklik yoxdur. Dolların səbət valyutalarına nisbətən ucuzlaşmasının bir neçə səbəbi var. Əsas səbəb isə Amerika Birləşmiş Ştatlarında koronavirusun geniş yayılmasıdır. ABŞ-da koronavirusun geniş yayılması Birləşmiş Ştatların iqtisadiyyatın mənfi təsir göstərib. Eyni zamanda ABŞ-da karantinin rejiminin nə qədər davam edəcəyin və bütövlükdə iqtisadi aktivliyin nə zaman bərpa ediləcəyini də proqnozlaşdırmaq çətindir. Xüsusilə də nəzərə alsaq ki, həm yoluxanların, həm də ölüm sayına görə ABŞ-da kəskin artım var, bu da təbii ki, iqtisadiyyata mənfi təsir göstərir. İnvestorlar, xüsusilə də öz pullarını valyutada saxlayanlar üçün müəyyən bir narahatçılıq var. Ona görə də bu dollara olan tələbin azalmasına gətirib çıxarır və nəticə etibarı ilə dolların məzənnəsində azalmalar var. Digər səbəb isə FED tərəfindən dolların uçot dərəcəsinin mütəmadi olaraq azaldılması ilə bağlı qərarın verilməsidir. Bunun isə bazara psixoloji təsirləri var. Doğrudur, digər ölkələr valyutalarının uçot dərəcəsini heç də yüksək saxlamır. Amma ümumi psixoloji təsirlər var. ABŞ həm də bazara böyük həcmdə dollar emissiya edəcək. Çünki real sektorda aktivlik azalıb. Doğrudur dəstək paketi var və bu fonda böyük dollar kütləsinin emissiyası qaçılmazdır. Təbii ki, dollar emissiyası da xüsusilə indiki dövrdə strateji məhsullar bazarında qiymətlərin kəskin dəyişdiyini və mal və xidmətlərin dövriyyəsinin kəskin azaldığını nəzərə alsaq, əvvəlki dövrlərdən fərqli olaraq emissiya olunan dolların ixrac olunması imkanları məhduddur. Bu da təbii ki, dolların məzənnəsinə birbaşa təsir göstərir.

-Azərbaycanın daxili valyuta bazarında nələr gözlənilir?

-Daxili bazarda milli valyutanın-manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Amma ABŞ dollarının məzənnəsinin Azərbaycan bazarında yumşalacağını, yəni manatın möhkəmlənəcəyini proqnozlaşdırmırıq. Baxmayaraq ki, dünya bazarında dolların dəyər itirməsi müşahidə olunur, amma bu manatın dollara nisbətdə möhkəmlənməsi anlamına gəlmir. İqtisadi baxımdan da belə bir addımın atılması tövsiyə olunmur. Nəticə etibarı ilə dollara nisbətən manatın möhkəmlənməsi Azərbaycanın qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Xüsusilə də post-neft dövründə qeyri-neft ixracatının yenidən genişləndirilməsi əsas hədəfdir. Bu baxımdan dünya bazarından fərqli olaraq, Azərbaycan valyuta bazarında dolların dəyər itirəcəyini və ya manatın möhkəmlənəcəyini proqnozlaşdırmırıq. İndiki məqamda xarici amillərin bazara psixoloji təsiri var idi. Mart ayında dollara tələbin artması ilə bunu müşahidə etdik. Amma Mərkəzi Bank mövcud ehtiyatları ilə artım tələbini qarşıladı. Son dövrlərdə də tələbin stabilləşməsi müşahidə olunur. Ona görə də Mərkəzi Bankın mövqeyi növbəti mərhələdə çox önəmlidir. Amma Mərkəzi Bank indiki hallarda, dünya bazarından dolların mövqeyinin zəifləməsi fonunda manatı möhkəmləndirmək niyyətində deyil.

-Koronavirus pandemiyası ölkə iqtisadiyyatına da müəyyən zərərlər vurdu. Bu zərərlər hansı istiqamətlərdə daha çox müşahidə olundu? İqtisadiyyata dəymiş zərərlərin aradan qaldırılması üçün hansı təklifləriniz var?

-Artıq fəaliyyət sahələrinə olan təsirlər qiymətləndirilib. Ona uyğun olaraq da paket təqdim olunub. Paket isə 3.5 milyard manata çatdırılacaq ki, bu da ümumi daxili məhsulun 4 faizindən çoxdur. Praktik olaraq indiki halda İqtisadiyyat Nazirliyi tərəfindən dəymiş zərərlərin qiymətləndirilməsi və liberallaşdırılması istiqamətində atılan addımları müşahidə edirik. Paketin strateji özəlliyi ondan ibarətdir ki, iqtisadi paket yalnız pandemiya dövründə sahibkarlara və fəal işçilərə şamil olunmur, həm də post pandemiya dövründə iqtisadi aktivliyin daha tez bərpa olunmasını hədəfləyir. Güzəştlərin tətbiq olunması artıq təsdiq edilib. Güzəştli kreditlərə çıxış imkanlarının artırılması məsələsi də paketdə yer alıb. Pandemiya həm də yeni idarəetmə və menecment məsələsini gündəmə gətirdi və həm də yeni sahələrin inkişafını vacib hala gətirdi. Ona görə də onlayn ticarətlə bağlı vergi güzəştlərinin tətbiq olunmasını təkilf edirik. Vergi güzəştlərinin genişlənməsini və bu sahənin də o paketə daxil edilməsini məqbul hesab edirik. Eləcə də onlayn idarəetmə və menecmentin inkişafı ilə bağlı dövlət tərəfindən şirkətlərə texnoloji dəstəyin verilməsini məqbul sayırıq. Biz eyni zamanda təklif edirik ki, may ayından etibarən pandemiyanın ölkədaxili vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə iqtisadi sektor, xüsusilə də xidmət və turizm sahəsində fəaliyyətlər bərpa olunsun və yeni qaydaların tətbiq edilsin.

-Pandemiyadan sonra işsizlik səviyyəsinin artması ilə bağlı ümumi narahatlıq mövcuddur. İşsizliyin artmaması və ya artarsa, qarşısını almaq üçün hansı zəruri addımlar atılmalıdır?

-Məlumdur ki, pandemiya dövründə əmək müqaviləsi ilə çalışan şəxslərə dövlət birbaşa dəstək göstərir. 600 min işsiz vətəndaş birdəfəlik yardım alacaq. Eyni zamanda 90 min ödənişli iş yerləri yaradılıb, sosial yardımın miqyası genişləndirilib. Amma sözsüz ki, real sektor üçün sahibkarlığın inkişafı baxımından vacib olan fəal əhalinin məşğulluğunun təmin edilməsidir. Bütövlükdə post pandemiya dövrü üçün bu vacib məsələdir. Hər zaman vətəndaşlara müraciət etmişik ki, əmək müqaviləsi ilə çalışsınlar. Çünki əmək müqaviləsi ilə çalışanmaq sosial və əmək hüquqlarının qorunması baxımından vacibdir. Pandemiya göstərir ki, əmək müqaviləsi ilə çalışmaq həm də bu dövrdə dövlətdən birbaşa yardım almaq baxımıdan zəruridir. Orta aylıq əməkhaqqısı 712 manata qədər olan əmək müqaviləsi ilə çalışan fəal vətəndaşları əməkhaqqı birbaşa dövlət tərəfindən ödənilir. 712 manatdan artıq əməkhaqqı alanların isə 712 manatı dövlət tərəfindən qarşılanır. Pandemiyanın davam etdiyi dövrdə dövlət bu dəstəyi nümayiş etdirəcək. Amma biz real sektorda iqtisadi aktivliyin mərhələli şəkildə bərpa edilməsini ona görə məqsədəuyğun hesab edirik ki, bu həm də fəal məşğulluğun dəstəklənməsi baxımından vacibdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, real sektorda iqtisadi aktivliyin bərpa edilməsi və fəal məşğulluğun dəstəklənməsi həm də dövlət büdcəsinə daxilolmalara görə çox vacib məsələdir. Çünki indiki halda büdcə daxilolmalarında da azalmalar olacaq. Pandemiya səbəbindən 20 fəaliyyət sahəsi müvəqqəti olaraq dayandırılıb. Amma bütün hallarda pandemiya bir mesajı bir daha gündəmə gətirdi. O da ondan ibarətdir ki, vətəndaşlarımızın əmək müqaviləsi ilə çalışması çox vacibdir. Hər bir vətəndaş əmək müqaviləsi ilə işləməyə çalışmalıdır ki, pandemiya və xarici şoklar baş verən zaman dövlətdən birbaşa dəstək ala bilsin.

-Pandemiya səbəbindən kredit ödənişlərinə güzəştlərin tətbiq olunması ilə bağlı parlamentdə təkliflə çıxış etdiniz. Amma banklar hələlik belə bir addım atmayıb. Necə düşünürsüz, problemli kreditlərin həcmi yenidən ciddi şəkildə arta və növbəti problemli kredit dalğası yarana bilərmi?

-Bankların kredit ödənişlərinə güzəştlərin tətbiq etməsi məsələsi parlamentdə də müzakirə olundu. Mən də kredit ödənişlərinə 3 ay güzəştin tətbiq olunmasını təklif etmişəm. Təklif də ondan ibarətdir ki, bankların vətəndaşlara müddətli şəkildə güzəşt tətbiq etsinlər. Burada söhbət 3 ay müddətində kredit ödənişlərinin yubadılmasına görə tətbiq olunan cərimə faizlərindən gedir. Eyni zamanda Mərkəzi Bank tərəfindən də banklara faizsiz və ya cüzi faizlər mərkəzləşmiş kredit xətti ayırmasına ehtiyac var. Burada iki məqam var. Birincisi bankların likvididliyinin qorunub saxlanılmasıdır ki, bu da çox vacib məsələdir. Digər məqam isə müştərilər üçün məhz bu cür güzəştlərin tətbiq olunmasıdır. Ona görə də Mərkəzi Bankın bu tip maliyyə yardımı çox vacibdir. Əgər Mərkəzi Bank tərəfindən belə dəstək verilərsə, bu, nəticə etibarı ilə bankların da vətəndaşlara güzəşt təklif etməsinə imkan yaranacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bank sektorunda-iki bank istisna olmaqla, heç birində dövlətin payı yoxdur. Dövlətin payı olmadığı üçün də bu tip məsələlərdə birbaşa müdaxilə edə bilməz. Sadəcə Mərkəzi Bank tərəfindən güzəştin verilməsinə tövsiyyə edə bilər. Bu konteksdə kommersiya banklarının da koorperativ məhsuliyyət prinsiplərinə uyğun olaraq belə güzəştlərin etməsinə ehtiyac var. Ümumiyyətlə, biz güzəştlərin strukturunu da qiymətləndirmişik. Söhbət ondan gedir ki, dövlət sektorundan çalışan vətəndaşlar hətta məzuniyyətdə olsalar belə, əməkhaqları ödənilir. Kommersiya bankları da krediti olanların əməkhaqqı kartından müəyyən edilmiş ödəniş məbləğini götürə bilir. Yəni onların kredit ödənişində problem yoxdur. Ümumiyyətlə əmək müqaviləsi ilə çalışan 1 milyon 550 min muzdlu işçi var ki, onların da 910 mindən artığı dövlət sektorundadır və onların ödənişləri birbaşa həyata keçirilir. 600 min vətəndaş isə özəl sektordadır. Onlarda muzdlu işçi və özəl sahibkar kimi dövlət tərəfindən yardım alırlar. Əlavə olaraq 300 min muzdlu vətəndaşın da əməkhaqqı ödənildiyi üçün onların da kredit ödənişlərində çətinlik olmayacaq. Çətinliklər xüsusilə də pandemiyanın təsir etdiyi xidmət və ya ictimai iaşə obyektində çalışan əmək müqaviləsi olmayan və ya müqavilədə əməkhaqqı az göstərilən vətəndaşlarımızdır ki, onlara güzəştlərin verilməsinə ehtiyac var. Düşünürəm ki, vətəndaşlarımıza güzəştin verilməsi Mərkəzi Bankın tövsiyyəsi və mərkəzləşmiş kredit dəstəyi fonunda bank sektoru üçün problem yarada bilməz. Ona görə də hesab edirəm ki, kreditlərə güzəştin verilməsi gündəmdədir və bu yöndə addımın atılması məqsədəuyğundur.

Paylaş:
Digər xəbərlər

Gündəm

14-04-2020, 22:47

Millət vəkili: Hökümət insanların sosial rifahının yaxşılaşdırılması üçün lazımı tədbirlər görür”

Gündəm

11-04-2020, 11:00

Ötən il əksər sahələrdə ciddi irəliləyişlər əldə edilib

Müsahibə

8-04-2020, 09:00

Şahin İsmayılov: "Bu qüvvələr yəqin gündəmdə qalmağın yollarını axtarır"

İqtisadiyyat

3-04-2020, 17:00

Dünya Bankı yeni təşviq proqramının dəyərini açıqladı

İqtisadiyyat

3-04-2020, 10:10

ADB koronavirusun qlobal iqtisadiyyata vuracağı zərəri açıqlayıb

İqtisadiyyat

20-03-2020, 13:00

“Fitch Ratings" qlobal iqtisadi artım proqnozunu azaldıb

Video

17-03-2020, 11:11

Koronavirusa görə sahibkarlara güzəştlər ediləcək? - AÇIQLAMA

Sosial

17-03-2020, 09:00

“Bakıya giriş-çıxışın bağlanması yolverilməzdir” - deputat

İqtisadiyyat

4-03-2020, 12:00

“Proses uzanarsa, hökumət dilemma qarşısında qala bilər” - GƏLİŞMƏ

Son xəbərlər
  • Dün, 16:18
    “İşçi Masası”: Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub
  • Dün, 12:44
    Tofiq Yaqublu “Cəsarət” beynəlxalq mükafatına layiq görülüb
  • Dün, 00:16
    BMT Suriya prezidenti Əhməd Əl-Şaara haqqında sanksiyaları ləğv edib
  • 8-11-2025, 21:23
    Xankəndidə və Şuşada Zəfər atəşfəşanlığı keçirilib
  • 8-11-2025, 21:21
    Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatdı
  • 8-11-2025, 21:20
    Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
  • 8-11-2025, 21:17
    Bakıda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib
  • 8-11-2025, 16:22
    “AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib
  • 8-11-2025, 14:09
    Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçirilir
  • 7-11-2025, 23:55
    Avropa Məhkəməsi “Facebook” paylaşımına görə həbs olunan fəalın xeyrinə qərar verdi
  • 7-11-2025, 23:51
    Orban Ağ Evə getdi
  • 7-11-2025, 23:50
    Türkiyə Netanyahunun həbsinə qərar verdi
  • 7-11-2025, 23:48
    İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
  • 7-11-2025, 23:44
    Ərdoğan Zəfər Günü münasibətilə sabah Azərbaycana gələcək
  • 7-11-2025, 23:42
    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib
  • 7-11-2025, 23:40
    Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb
  • 7-11-2025, 23:38
    Fəzail Ağamalının oğlu “Ana Vətən” Partiyasından qovuldu
  • 7-11-2025, 23:36
    Prezident İlham Əliyev Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verib
  • 7-11-2025, 16:49
    “Pajiznicesi” adlı tiktoker 60 sutka müddətinə həbs edilib
  • 7-11-2025, 16:47
    Prezident İlham Əliyev hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb
  • 7-11-2025, 16:45
    Prezident İlham Əliyev iki generalı ali hərbi rütbə ilə təltif edib
  • 7-11-2025, 12:29
    Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
  • 6-11-2025, 20:25
    “AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
  • 6-11-2025, 17:30
    Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu
  • 6-11-2025, 15:30
    Kobaxidze: “2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik”
  • 6-11-2025, 15:28
    Ermənistan və Aİ arasında viza liberallaşdırılması planı təqdim olunub
  • 6-11-2025, 15:25
    Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
  • 6-11-2025, 15:23
    Prezident İlham Əliyev: “Azərbaycan Ordusunun müasirləşdirilməsi prosesi davam edəcək”
  • 6-11-2025, 15:20
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 6-11-2025, 15:17
    General-mayor Bəkir Orucovun həbsi qüvvədə saxlanıldı
  • 6-11-2025, 15:14
    Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
  • 6-11-2025, 15:12
    AzTV-dəki 26 milyonluq pozuntu ilə bağlı məsələ böyüyür — Prokurorluq araşdırmaya başlaya bilər
  • 6-11-2025, 15:09
    Azərbaycanlı ekspertlər Ermənistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər
  • 6-11-2025, 00:14
    Oyun bitdi
  • 5-11-2025, 19:35
    Yevlaxda hotel otağında vəkilin meyiti tapılıb
Daha çox
Çox oxunanlar
6-11-2025, 00:14
Oyun bitdi
7-11-2025, 12:29
Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
5-11-2025, 17:38
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
5-11-2025, 11:04
Bu gün “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq
8-11-2025, 14:09
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçirilir
7-11-2025, 16:45
Prezident İlham Əliyev iki generalı ali hərbi rütbə ilə təltif edib
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
Dün, 16:18
“İşçi Masası”: Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub
Dün, 12:44
Tofiq Yaqublu “Cəsarət” beynəlxalq mükafatına layiq görülüb
7-11-2025, 23:55
Avropa Məhkəməsi “Facebook” paylaşımına görə həbs olunan fəalın xeyrinə qərar verdi
6-11-2025, 15:25
Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
4-11-2025, 12:41
“Toplum TV işi”: Məhkəmədə gərginlik, şahidlər təzyiq iddialarını səsləndirdi
3-11-2025, 16:13
İşdən çıxan polkovniklə bağlı maraqlı fakt: qardaşı oğlu 4 kq qızılla tutulmuşdu
Sosial
“AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib
“Pajiznicesi” adlı tiktoker 60 sutka müddətinə həbs edilib
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
20 Yanvar dairəsində hərəkət sxemində dəyişiklik edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə