USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AXCP üzvü Famil Xəlilovun azad edilməsi üçün ikinci dəfə vəsatət veriləcək

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

22-08-2024, 15:08

AXCP üzvü Famil Xəlilovun azad edilməsi üçün ikinci dəfə vəsatət veriləcək
Avqustun 29-da Ağır Cinayətlər Məhkəməsində narkotiklə bağlı cinayətlərdə ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, birinci qrup əlil Famil Xəlilovun işi üzrə məhkəmə prosesi başlayacaq.


Müttəhimin vəkili Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, bir müddət əvvəl müdafiə tərəfi istintaq zamanı Xəlilovun təqsiri olmadığına və ittihamlar saxta olduğuna görə onun azad edilməsi haqqında vəsatət qaldırıb. Bu vəsatət təmin edilməyib. İstintaqın məlumatına görə, polis Xəlilovun evində 14 qram narkotik tərkibli metamfetamin maddəsi aşkar edib. Xəlilov onun evinə narkotiki polis əməkdaşlarının atdığını iddia edir. Mehdiyev bildirib ki, Xəlilov CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin satış məqsədilə istehsalı, daşınması, saxlanması) maddəsi ilə ittiham olunur. Xəlilovun ailəsi və AXCP onun siyasi əqidəsinə görə təqib olunduğunu iddia edir. İrəli sürülən ittihamlara görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Vəkil F.Mehdiyev bildirib ki, avqustun 29-da birinci məhkəmə iclasında müdafiə tərəfi yenidən cinayət tərkibi olmadığına görə Xəlilovun həbsdən dərhal azad edilməsi haqqında vəsatət qaldırmağı planlaşdırır. Vəsatət təmin edilməsə müdafiə tərəfi Xəlilovun birinci qrup əlil olması, hər iki qolunun iflic olması və sanitariya-gigiyena ehtiyaclarını özünün qarşılaya bilməməsi nəzərə alınmaqla, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında vəsatət verəcək.

Avqustun 15-dən etibarən Xəlilov öz-özünə qulluq edə bilmədiyi üçün istintaq təcridxanasında ona yardım göstərilməsi, xüsusən 1 saylı Kürdəxanı istintaq təcridxanasında tibbi yardım göstərilməsi tələbi ilə aclıq aksiyası keçirir. Xəlilov həmçinin əsassız həbsə son qoyulmasını tələb edir. O, aclıq aksiyası haqqında rəsmi bildirişi avqustun 15-də yazıb.

Avqustun 21-də Xəlilova baş çəkən həyat yoldaşı Kiçikxanım Xəlilova Turan Agentliyinə onun vəziyyətinin ağır olduğunu, tualet ehtiyaclarını qarşılamaq üçün özü soyuna bilmədiyini və soyunmuş və çılpaq halda qayıtdığını bildirib.

“Ona heç kim kömək etmir, o, öz ehtiyaclarını özü qarşılaya bilmir. Mən həftədə iki dəfə istintaq təcridxanasında ona baş çəkirəm, onu yuyuram, çimdirirəm, tualetdən istifadə etməsinə kömək edirəm. Qalan günlərdə o, tualetdən istifadə etməmək üçün maye qəbulunu məhdudlaşdırır. Aclığı dayandırmasında israr edən istintaq təcridxanasının rəisi Elnur İsmayılovun təzyiqlərinə baxmayaraq, o, yemək yemir”, deyə Kiçikxanım Xəlilova bildirib.

O, həmçinin Bakı yaxınlığında kirayə ev tutduqları üçün ailəsinin maliyyə vəziyyətinin ağır olmasından danışıb. Ailədə üç azyaşlı uşaq var, onların biri anadangəlmə xəstədir. Xalq Cəbhəsi Partiyası Xəlilovlar ailəsinə kömək edir.

AXCP sədri Əli Kərimli partiya üzvü Famil Xəlilovun ailəsinə baş çəkib. “Azərbaycan hakimiyyəti Famil Xəlilova qarşı bu qeyri-insani davranışa və qəddarlığa son qoymalıdır. Biz xalq olaraq bütün hakimiyyətdən bu qeyri-insani təqibə son qoyulmasını və Famil Xəlilovun azad edilməsini tələb etməliyik”, deyə Kərimli öz Facebook səhifəsində yazıb.

Saxlanılan Famil Xəlilovun vəziyyəti həkimlərin nəzarəti altındadır, o, yemək yeyir, bu barədə Turan Agentliyinə Azərbaycan Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Tanrıverdi Mustafayev bildirib.

“Hazırda F.Xəlilov istintaq təcridxanasının tibb hissəsində saxlanılır. Zərurət olduqda təkcə F.Xəlilova deyil, bütün saxlanılanlara və məhbuslara tibbi yardım göstərilir”, deyə T.Mustafayev bildirib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-08-2024, 17:56

I qrup əlil Famil Xəlilov həbsxanada 6 gündür aclıq edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

20-08-2024, 17:51

AXCP sədri avropadan deport olunaraq həbs olunan birinci qrup əlil Famil Xəlilovun ailəsinə baş çəkib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-06-2024, 19:46

Siyasi məhbus Famil Xəlilovun xanımı Avropa ittifaqına üzv olan ölkə diplomatları ilə görüşüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-06-2024, 16:56

AXCP fəalı Mehman Əliyev İstintaq Təcridxanasında aclığa başlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-06-2024, 09:45

Famil Xelilov Familin qulaqlarının içi və ətrafı çürüyür

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

31-05-2024, 18:57

İsveç səfiri Famil Xəlilovun xanımı ilə görüşüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

29-05-2024, 15:10

Həbsdə olan 1-ci qrup əlil Famil Xəlilovun əllərində çürümə başlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

10-05-2024, 13:35

Apellyasiya Məhkəməsi iflic xəstəsi Famil Xəlilovu həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-05-2024, 16:40

Serebral iflic xəstəsi hakimiyyətə qarşı yazdığı tənqidi yazılarından sonra “narkobaron” kimi həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

3-05-2024, 02:43

İsveçdən deport edilən Famil Xəlilov narkotik ittihamı ilə həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-01-2024, 01:46

Bakı Ağır Cinayətlər məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin işi üzrə hazırlıq iclası keçirilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

9-01-2024, 23:00

məhkəmə AXCP üzvünün kassasiya şikayəti təmin edilməyib

Son xəbərlər
  • Bugün, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • Bugün, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • Bugün, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • Dün, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • Dün, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • Dün, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • Dün, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • Dün, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • Dün, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
  • 16-10-2025, 18:37
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 16:22
    Paşinyan Əliyevin tələbi ilə Konstitusiyanı dəyişməyə hazırlaşır – Sasunyan
  • 16-10-2025, 15:51
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 15:47
    Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib
  • 16-10-2025, 15:45
    Yasamalda iki nəfər güllələnib: vəziyyətləri açıqlanıb
  • 16-10-2025, 15:44
    İlham Əliyev Qazaxıstana səfər edəcək
  • 16-10-2025, 15:43
    Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib
  • 16-10-2025, 15:37
    Dələduzluq və oğurluq edən şəxs saxlanılıb
  • 16-10-2025, 15:36
    Sabirabad sakini itkin düşüb
  • 16-10-2025, 13:30
    Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
  • 16-10-2025, 13:27
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 16-10-2025, 13:26
    Ramiz Quliyevlə vida mərasimi keçirilib
  • 16-10-2025, 13:24
    Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
  • 16-10-2025, 13:23
    Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
  • 16-10-2025, 13:21
    İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 16-10-2025, 13:17
    Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
  • 16-10-2025, 12:31
    Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
Daha çox
Çox oxunanlar
14-10-2025, 00:59
Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
13-10-2025, 16:57
Həbsdə olan jurnalist Ülviyyə Əliyə anası ilə görüşməyə icazə verilməyib
13-10-2025, 20:25
Ələsgər Məmmədli: “İstintaq metro kartını bank kartı kimi sənədləşdirib”
13-10-2025, 22:18
Tramp: “Bu gün təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün inanılmaz bir gündür”
13-10-2025, 16:23
AQTA Bakıda ərzaq mağazasında ciddi nöqsanlar aşkarladı
13-10-2025, 22:21
Qəzza ilə bağlı tarixi saziş imzalandı
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
14-10-2025, 22:02
Ramiz Mehdiyev həbs olundu
Sosial
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
Ramiz Quliyevlə vida mərasimi keçirilib
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə