USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İctimai fəalın vəsatətləri yenə təmin olunmadı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-09-2024, 23:27

İctimai fəalın vəsatətləri yenə təmin olunmadı

Bəxtiyar Hacıyev: “Bundan sonra qəfəsdə oturub kitab oxuyacam”

Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin məhkəməsi davam edib. Bu iş hakim Əli Məmmədovun icraatındadır.

Məhkəmə sənədlərin tədqiqi mərhələsindədir. Proses başlayan kimi Bəxtiyar Hacıyev dövlət ittihamçısı Eldar Həmzəyə etiraz edib. O, etirazını belə əsaslandırıb ki, dövlət ittihamçısı məhkəmə iclaslarında Cinayət Prosessual Məcəlləsinin qaydalarını pozub. İctimai fəal ikinci səbəb kimi ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı tərtib etdiyi sanksiya siyahısında Eldar Həmzənin də yer almasını göstərib. Vəkil Aqil Layıc etirazı dəstəkləyib.

Prokurorsa bildirib ki, onun adı sanksiya siyahısına erməni hərbçilərinin məhkəməsinə görə düşüb: “Okeanın o tayında verilən qərar mənə maraqlı deyil, mənim üçün ən vacibi Azərbaycan qanunlarıdır. Etiraz üçün əsas görmürəm”.

Hakim qısa müşavirədən sonra etirazı təmin etməyib.

Bəxtiyar Hacıyev məhkəməni qərəzli adlandıraraq növbəti məhkəmə iclaslarında iştirakdan imtina etməklə bağlı vəsatət verib:

“Hakimlər müşavirəyə gedir, prokuror da durub qaça-qaça müşavirə otağına gedir, hakimlərlə söhbət edir, birlikdə siqaret çəkirlər. Ancaq mən hakimə bir kəlmə söz deyə bilmirəm, iclas bitən kimi mənə tərəf baxmadan zaldan çıxır. Halbuki, bu, qanuna ziddir, prokuror tərəf olmamalıdır. Elə buna görə də bu məhkəmədən ədalət gözləmirəm. Mənim iştirakım olmadan nə istəyirsiz edin, hansı qərarı istəyirsiz verin”.

Prokuror vəsatətə münasibət bildirərkən deyib ki, təqsirləndirilən şəxslərin məhkəməyə gəlib-gəlməməsi onların iradəsi ilə yox, Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təmin edilir. O, vəsatətin təmin olunmamasını istəyib. Hakim bu vəsatəti də təmin etməyib. Bəxtiyar Hacıyev bildirib ki, bundan sonra məhkəməyə gətirilsə də, heç nəyə münasibət bildirməyəcək, vəsatətlər verməyəcək, qəfəsdə oturub kitab oxuyacaq.

Bəxtiyar Hacıyev məhkəməyə gəlməyəcəyini hələ ötən məhkəmə iclasında bəyan etmişdi. Həmin məhkəmə iclasında bu iş üzrə zərərçəkmiş kimi tanınan Ülviyyə Alovlu ilə Bəxtiyar Hacıyev arasında Yasamal Rayon Məhkəməsində baş vermiş insidentlə bağlı videogörüntülərə baxış keçirilmişdi. Bu zaman insidenti əks etdirən əsas məqamların silindiyi məlum olmuşdu. Bəxtiyar Hacıyev bildirmişdi ki, videogörüntünün onun həbsinə birbaşa aidiyyəti olan hissə qəsdən silinib. İclasın bu yerində müttəhimlə prokuror arasında mübahisə yaranmışdı, prokuror onun məhkəmə zalından çıxarılmasını istəmişdi. Bəxtiyar Hacıyevsə məhkəməni qərəzli adlandıraraq iştirakdan şifahi imtina etmişdi. Bu günsə o, iclasda iştirakdan imtinanı vəsatət şəklində təqdim edib.

Vəsatətlərlə bağlı hakimin qərarları elan olunduqdan sonra hakim sənədlərin elanını davam etdirib.

Məhkəmə iclası oktyabrın 11-nə təyin edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrında isə Bəxtiyar Hacıyevə daha bir ittiham verilib. Ona Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-09-2024, 17:26

Bəxtiyar Hacıyev məhkəmə prosesində iştirak etməkdən imtina edib

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

20-08-2023, 13:49

Məhkəmə ictimai fəal Bəxtiyar Hacıyevin vəsatətini qəbul etmədi

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

1-05-2023, 21:24

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

28-02-2023, 20:45

İctimai fəal Bəxtiyar Hacıyev 51 gün sonra aclığı dayandırdı

Gündəm / Sosial / Hadisə / Araşdırma

1-02-2023, 21:29

Məhkəmə ictimai fəal Bəxtiyar Hacıyevi yenə həbsdə saxladı

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

31-01-2023, 17:06

İctimai fəal Bəxtiyar Hacıyev 23-cü gündür ki, Bakı aclıq edir

Gündəm / Sosial / Hadisə / Araşdırma

18-01-2023, 20:52

Məhkəmə Bəxtiyar Hacıyevin görüş və telefon danışıqlarına məhdudiyyətlə bağlı şikayətini təmin etməyib

Gündəm / Siyasət / Sosial

9-01-2023, 15:17

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başladı

Gündəm / Siyasət / Sosial

8-01-2023, 15:31

Bəxtiyar Hacıyev ailəsi ilə görüşünə və telefon danışığına imkan verilməməsindən şikayətçidir

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

9-03-2022, 22:11

Siyasi və ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanıldı.

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

19-10-2021, 00:47

Ictimai-siyasi fəal Bəxtiyar Hacıyev özünü PA qarşısında yandırmağa cəhd etdi

Son xəbərlər
  • Bugün, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • Bugün, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • Bugün, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • Dün, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • Dün, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • Dün, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • Dün, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • Dün, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • Dün, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
  • 16-10-2025, 18:37
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 16:22
    Paşinyan Əliyevin tələbi ilə Konstitusiyanı dəyişməyə hazırlaşır – Sasunyan
  • 16-10-2025, 15:51
    Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək
  • 16-10-2025, 15:47
    Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib
  • 16-10-2025, 15:45
    Yasamalda iki nəfər güllələnib: vəziyyətləri açıqlanıb
  • 16-10-2025, 15:44
    İlham Əliyev Qazaxıstana səfər edəcək
  • 16-10-2025, 15:43
    Prezident İlham Əliyev Anaklaudia Rossbaxı qəbul edib
  • 16-10-2025, 15:37
    Dələduzluq və oğurluq edən şəxs saxlanılıb
  • 16-10-2025, 15:36
    Sabirabad sakini itkin düşüb
  • 16-10-2025, 13:30
    Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”
  • 16-10-2025, 13:27
    Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
  • 16-10-2025, 13:26
    Ramiz Quliyevlə vida mərasimi keçirilib
  • 16-10-2025, 13:24
    Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
  • 16-10-2025, 13:23
    Azərbaycanda qatarın ləngiməsinə görə işə gecikənlərə arayış veriləcək
  • 16-10-2025, 13:21
    İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
  • 16-10-2025, 13:17
    Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
  • 16-10-2025, 12:31
    Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
Daha çox
Çox oxunanlar
14-10-2025, 00:59
Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
13-10-2025, 16:57
Həbsdə olan jurnalist Ülviyyə Əliyə anası ilə görüşməyə icazə verilməyib
13-10-2025, 20:25
Ələsgər Məmmədli: “İstintaq metro kartını bank kartı kimi sənədləşdirib”
13-10-2025, 22:18
Tramp: “Bu gün təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün inanılmaz bir gündür”
13-10-2025, 16:23
AQTA Bakıda ərzaq mağazasında ciddi nöqsanlar aşkarladı
13-10-2025, 22:21
Qəzza ilə bağlı tarixi saziş imzalandı
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
14-10-2025, 22:02
Ramiz Mehdiyev həbs olundu
Sosial
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
Ramiz Quliyevlə vida mərasimi keçirilib
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə