USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Bu gün ərzaq təhlükəsizliyinin ənənəvi təmini qlobal zərurətə çevrilib"

İqtisadiyyat

18-07-2022, 10:09

"Bu gün ərzaq təhlükəsizliyinin ənənəvi təmini qlobal zərurətə çevrilib"Bu gün ərzaq təhlükəsizliyinin ənənəvi təmini qlobal zərurətə çevrilib. Bu həm lokal müharibələrlə, həm də qlobal istiləşmə ilə əlaqələndirilir.

Bunu iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent, iqtisadçı ekspert Xaliq Məmmədov Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə taxıl istehsalının artırılmasının vacibliyi ilə bağlı fikirlərinə münasibətində deyib.

Xatırladaq ki, Prezident sözügedən müşavirədə deyib ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib:

"İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücəndirəcəkdir".

Ekspert bir qədər tarixə ekskurs edərək qeyd edib ki, ölkəmizdə təxminən e.ə 6-cı və 4-cü minilliklərdən əkinçilik və heyvandarlıq əhalinin əsas məşğuliyyəti olmuş və insanların iqtisadi həyatının əsasını təşkil etmişdir. Bu dövrdə taxılın əkilib, biçilməsi ən primitiv üsullarla aparılmışdır. Bu gün elm inkişaf etmiş, artan əhali sayına rəğmən insanların çörək və buğda məmulatlarına olan tələbatı ödəmək üçün intensiv texnologiyadan istifadə olunsa da, Azərbaycan taxıl və digər dənli bitkiləri idxal etməkdə davam edir: "İdxalı minimuma endirmək və daxili istehsalı artırmaq üçün əhəmiyyətli işlər görülməlidir.

Torpaq resursları məhdud olduğundan ekstensiv yolun prespektivi yoxdur. Dünya təcrübəsindən və ilin ən son nailiyyətlərindən istifadə edərək 1 ha məhsuldarlığın artırılması lazımdır. Bizdə təbii-iqlim şəraiti də imkan verir ki, məhsuldarlıq 70-80 sentner olsun. Ayrı-ayrı təsərrüfatlarda 50-60 sentner əldə edilsə də təəssüflər olsun ki, ölkəmizdə orta məhsuldarlıq 30 sentner ətrafındadır. Bu da tələbatın ödənilməməsinə və taxil idxalına səbəb olur".

X.Məmmədovun sözlərinə görə, taxılçılıq ərzaq təminatı ilə yanaşı heyvandarlığın yem bazasının möhkəmləndirilməsində, qaba yemlərlə təmin
olunmasında əhəmiyyətli yer tutur.

Bəs taxılçılığın inkişafında əsas prioritet məsələlər hansılardır?

Ekspertin fikrincə, birinci növbədə taxıl səpinindən əvvəl torpağın düzgün işlənməsi lazımdır. Torpaq taxılın evidir. Əgər o ev düzgün tikilməsə gələcək nəticələr mənfi olacaqdır.

İkinci məsələ toxumun düzgün seçilməsidir. Toxum məhsuldarlığın 40 %-ni təşkil etdiyi üçün onun yüksək reppudiksiyada olması və rayonlaşması ən vacib amildir. Yüksək məhsuldarlığın formalaşması aqro-texniki qaydalara ciddi əməl etməklə mümkündür. Azərbaycanda əsasən payızlıq taxıl əkini müəyyən dövrü qış fəsllinə düşür. Odur ki, qışda və erkən yazda bitkilərin qorunmasına xüsusi diqqət edilməlidir.

Üçüncü məsələ yüksək məhsul götürülməsi üçün becərmədə gübrə normalarının düzgün təyin olunması və yemləmənin vaxtında verilməsidir. Səpindən əvvəl 250-300 kq fosfor gübrəsi vacibdir. Azot tərkibli gübrənin 15-20 %-i şum dövründə, 60 %-i erkən yazda kollanma dövründə, 20-25 %-i bonuya çıxma fazasında verilməlidir".

Bu sahədə ölkəmizdə vəziyyət necədir?

"Real vəziyyət qənaətbəxş deyil. Bu da gübrələrin dünya bazarında qiymətlərinin həddən artıq yüksəlməsi ilə bağlıdır. Dövlətin ayırdığı subsidiya qiymətlərlə uyğunsuzluq təşkil edir. Hökümət bu barədə təxirəsalınmaz tədbirlər görməlidir. Ya subsidiya məbləği artırılmalı, ya da köhnə qaydalara keçirilməlidir. Fermer qiymətin 30 %-ni ödəməli, 70%-ni idxalçı şirkət subsidiyanı almalıdır.

Yuxarıda qeyd olunan toxum təminatında hökümətin tam nəzarəti olmalıdır. Aidiyyatı qurumlar dövlət nəzarətini qaydalara uyğun güzəştsiz həyata keçirilməlidir.

Dördüncü məsələ alaq otlarına və xəstəliklərə qarşı mübarizənin səmərəli aparılmasıdır. Elə xəstəliklər var ki, ona qarşı mübarizə aparmaq fermerin gücü daxilində deyil. Bu məsələdə aidiyyatı icra hakimiyyəti orqanları vaxtında müdaxilə etməlidir. Yəni bitkilərin xəstəliklərdən, gəmiricilərdən qorunmasına diqqət yetirilməlidir".

X.Məmmədov onu da qeyd edib ki, taxılçılığın inkişafının əsas amillərindən biri də suvarmadır. Azərbaycanda əkin sahələrinin suvarılması üçün su ehtiyatları qıt ölkədir.

Ona görə də ənənəvi selləmə suvarma sisteminin pivot sistemi ilə əvəz olunması sürətlə yüksək son nəticəyə nail olmağımıza səbəb olacaq yeganə vasitədir: "Amma hər fermerin buna maddi imkanı çatmır. Odur ki, güzəştli sistemlərlə pivet sisteminin qurulmasında əsas iş hökümətin üzərinə düşür.

Mövcud elmi-tətqiqat institutları, təcrübə stansiyalarının rolu da qeyd olunmalıdır. Elit, superelit, 1-ci və 2-ci reproduksiyalı toxumların alınmasında və rayonlaşdırılmasında bu subyektlərin rolu əvəzolunmazdır. Belə qurumların büdcəsi reallığa uyğun olmalıdır.

Hədəfə çatmaq üçün dövlət və özəl təchizat şirkətləri tirəli səpin, sıfır becərmə və minimal becərmənin geniş yayılmasını stimullaşdırma metodlarını işləyib tətbiq etməlidirlər. Işğaldan azad olunmuş rayonlarda dəmyə və suvarılan sahələrdə dənli bitkilərin əkilib, becərilməsində taxılçılığın yüksək inkişafına öz müsbət tövhəsini verəcəkdir.

Bu işdə təhsil sahəsinin üzərinə düşən əsas vəzifə orta sahə aqronomlarının hazırlanmasıdır. Çünki ixtisaslı kadr çatışmazlığı da hiss olunur".

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

31-01-2022, 17:06

Taxıl məhsulları gömrük rüsmundan AZAD OLUNDU

İqtisadiyyat

31-01-2022, 16:58

Bu məhsullar da gömrük rüsumundan azad edildi

İqtisadiyyat / Sosial / Hadisə

4-01-2022, 16:05

Un və çörək istehsalçıları bahalaşmanı təstiqlədi

İqtisadiyyat

2-07-2021, 14:07

"Ələt Azad İqtisadi Zonası ölkəmizin növbəti iqtisadi yüksəlişinin təməlidir"

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

17-02-2021, 16:27

Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA

Siyasət / İqtisadiyyat / Sosial / Səhiyyə / Dünya

16-02-2021, 02:04

Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar”

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

26-01-2021, 19:04

BVF-dən 2021-ci ildə qlobal ÜDM artımı ilə bağlı müsbət PROQNOZ

İqtisadiyyat / Sosial

25-01-2021, 21:01

Ərzaq mağazasında istehlak müddəti bitmiş məhsullar aşkar olunub - FOTO

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

25-01-2021, 20:58

2021-ci il üçün prioritetlər açıqlandı - FOTO

İqtisadiyyat

7-01-2021, 16:50

Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos”dan birgə layihə: Yeni xəritələr çəkildi

İqtisadiyyat

7-01-2021, 15:49

Prezident: “Bu il neftin qiyməti 50 dollardan aşağı olmayacaq”

İqtisadiyyat

7-01-2021, 15:21

Prezident: “Füzuli-Şuşa dəmir yolunun tikintisi layihəsinə bu il start veriləcək”

Son xəbərlər
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Daha çox
Çox oxunanlar
26-07-2026, 19:58
FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
27-07-2026, 12:55
Dövlət Gömrük Komitəsində yeni təyinat
27-07-2026, 12:53
Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
27-07-2026, 12:57
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
26-07-2026, 20:07
İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
26-07-2026, 20:14
Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə