
Göygöl rayonunda keçirilən Milli Yaylaq Festivalında quraşdırılmış çardağın aşması nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə zamanı çardaq festival ərazisində olan insanların üzərinə düşüb. Əraziyə təcili tibbi yardım briqadaları, polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunublar.
Xəsarət alanlara ilkin tibbi yardım göstərilib, daha sonra onlar Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıblar.
Yaralıların 1968-ci il təvəllüdlü Həmayə Fətullayeva, 8 yaşlı D.A., 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə, 1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdlü Vüsət Zeynalov olduğu bildirilib.
Polis əməkdaşları ərazidə yaralıların təxliyəsini və nəqliyyatın təhlükəsiz hərəkətini təmin ediblər.
Faktla bağlı araşdırma aparılır.